Kimlər qurban kəsməlidir? - QURBAN HAZIRLIQLARI

Kimlər qurban kəsməlidir? - QURBAN HAZIRLIQLARI
  • 9-08-2019, 02:07
  • 22 dəfə oxunub
Reklam

Azərbаycаnda Qurban bayramı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvaya uyğun olaraq, avqustun 12-13-də qeyd ediləcək. Qurban bayramının namazı isə avqustun 12-si səhər saatlarından etibarən məscidlərdə qılınacaq.

Hər il olduğu kimi, bu bayram günündə də müsəlmanlar qurbanlıq heyvanlar kəsəcəklər.

Bəs heyvan kəsimi zamanı diqqət edilməli məqamlar nələrdir?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) axundu, ilahiyyatçı hacı Fəxri Sadiqov açıqlamasında qurbanlıq heyvanın necə seçilməsi və kəsilməsi qaydalarından danışıb.

O bildirib ki, qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir: “Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri müsəlmanın öhdəsində olan müstəhəb əməllərdən hesab olunur. Qurbanı fərdi və ya müştərək qaydada da kəsmək olar. Yaxşı olar ki, xırdabuynuzlu heyvan fərdi qaydada, iribuynuzlu heyvanı həm fərdi, həm də müştərək qaydada kəsilsin. Müştərək qaydada kəsilən qurbanlıqda kəsilmə və bölünmədə müsəlmanlar şəriət prinsiplərindən kənar çıxmamalıdırlar”.

F.Sadıqov əlavə edib ki, qurbanlıq heyvanın erkək olması daha bəyənilir, amma dişi olsa da, olar: “Qurbanlıq heyvan hər şeydən öncə sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, axtalanmış, buynuzu qırılmış və ya hər hansı bədən üzvündə eyib olan heyvanı qurban kəsmək olmaz. Qoyun, təqribən, 1 yaşına yaxın kəsilməlidir. İribuynuzlu heyvanlar isə 2 yaşına kimi kəsilə bilər. Qurbanlıq üzü qibləyə kəsilməli və kəsənin müsəlman olması vacibdir. Yaxşı olar ki, bayram namazı qılınandan sonra qurban kəsilsin. Qurbanlıq heyvan, şəriət qaydalarına uyğun olaraq kəsilərkən “Bismillаhi və billəhi vəllаhu əkbər” deyilməlidir. Qurbаn duаsının охunması məsləhətdir. Qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi tövsiyə edilmir”.

“Qurbanı kəsəndən sonra onun ətinin bölünməsi məsələsi də şəriət qanunlarına uyğun olmalıdır”- deyən QMİ axundu bildirib ki, hədislərə görə, qurbanlıq əti üç hissəyə - Qurban kəsənin ailə üzvlərinin payı, qohum-əqrəbadan olan ehtiyaclıların payı və qohum olmayan qonşu və ətrafdan olan ehtiyaclı müsəlmanın payına bolünməlidir.

Qeyd edək ki, bayram günlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını genişləndirib.

Qurban bayramı ilə bağlı hər üç qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına veriləcək.

Bayram günlərində sağlamlığı şübhə doğuran heyvanlarla bağlı, eyni zamanda, küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı müşahidə olunduqda Daxili İşlər Nazirliyinin “102” Xidməti - Zəng Mərkəzinə, Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə, Kənd Təsərrüfatı Nazirliyinin isə 1652 “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.


Kimlər qurban kəsməlidir? - QURBAN HAZIRLIQLARI

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Təhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildiribOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqXanış həkimin rəhbərliyi altında rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasında işlər uğurla davam etdirilir.Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıbOperativ Qərargah: Məhdudiyyətlərin bir qisminin ləğv olunması qərarı qüvvəyə minibMüdafiə Nazirliyi: Yalan danışmaq deputata yaraşmazCənubi Koreya vətəndaşı Ermənistan həbsxanasında özünü asdı“Azərkosmos” mənfəətlə işləməyə başlayıbMüdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildirAzərbaycanda daha bir vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olunubAzərbaycanda otellərin gəliri 16% azalıbAzərbaycanda dövlət xərclərinə yenidən baxılacaqAzərbaycan daha bir beynəlxalq reytinq cədvəlində mövqeyini yüksəldibAzərbaycan içki ixracını 48%-dən çox azaldıbDünya iqtisadiyyatının bu il çəkdiyi zərər açıqlandıAyda dağların formalaşması səbəbi müəyyən edilib"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir!Bank Respublika özünüməşğulluq proqramına dəstək olmağa davam edirHavanın temperaturu daha da yüksələcəkAğsudan Körfəz ölkələri və Avropaya ixrac ediləcəkVolkswagen Bakı Mərkəzindən bayrama özəl kampaniya“Azsığorta”dan oğurluq olub