SOCAR: Ölkə başçısının Fərmanı “SOCAR Polymer” kompleksinin ixrac potensialını 30%-ə qədər artırmağa imkan yaradacaq

SOCAR: Ölkə başçısının Fərmanı “SOCAR Polymer” kompleksinin ixrac potensialını 30%-ə qədər artırmağa imkan yaradacaq
  • 9-08-2019, 02:14
  • 22 dəfə oxunub
Reklam

Ölkə başçısının Fərmanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “SOCAR Polymer” kompleksinin ixrac potensialını 30%-ə qədər artırmağa imkan yaradacaq.

Bu barədə “İqtisad.Org”a SOCAR-dan bildirilib.

Məlumatda deyilir ki, Prezident İlham Əliyevin 1 iyul 2019-cu il tarixli 763 saylı Fərmanı ilə propan və butanın idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materiallar siyahısına daxil edilib: “Nazirlər Kabinetinin 300 saylı qərarı ilə həmin məhsulların gömrük rüsumlarının Tarif dərəcəsi 15 manatdan sıfır manata endirilib, başqa sözlə, ləğv edilib. Bu isə öz növbəsində SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin və “SOCAR Polymer” zavodlarının istehsal imkanlarından səmərəli istifadə edərək, polietilen, polipropilen və yüksək sıxlıqlı polietilen məhsullarının istehsal və ixrac həcmlərini, eləcə də ölkəyə xarici valyuta daxilolmalarını artırmağa əlavə imkan yaradacaq.

Bu qərar, həmçinin “SOCAR Polymer”in məhsullarından xammal kimi istifadə etməklə plastik istehlak məhsullarının istehsalına stimul verəcək, kiçik və orta sahibkarlığın inkişafı və qeyri-neft sektorunun daha da genişlənməsi üçün münbit şərait yaradacaq. Hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunan butan və proran aralıq məhsulu olaraq SOCAR-ın “Azərikimya” İB-nə, oradan da “SOCAR Polymer”ə göndərilir və istehsalat prosesində polietilen, polipropilen və yüksək sıxlıqlı polietilen məhsulları üçün xammal rolu oynayır. Xarici bazarda bu məhsullara olan tələbat yaxın illərdə “SOCAR Polymer”in istehsal həcminin yüksəlməsinə və ixrac potensialının 30%-ə qədər artırılmasına səbəb ola bilər.

Xatırladaq ki, Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı iyulun 31-də keçirilmiş müşavirədə bu ilin I yarısında ölkə iqtisadiyyatının 2,4%, qeyri-neft sektorunun isə 3,2% artdığını bildirib, sektordakı artımda bu il istifadəyə verilmiş “SOCAR Karbamid” və “SOCAR Polymer” zavodlarının istehsal həcmlərinin kifayət qədər böyük yol oynadığını qeyd edib.


SOCAR: Ölkə başçısının Fərmanı “SOCAR Polymer” kompleksinin ixrac potensialını 30%-ə qədər artırmağa imkan yaradacaq

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Sabiq Rabitə naziri səfir Vilayət Quliyevin ittihamlarına cavab veribBakıda şagirdlərə qanunsuz olaraq fərqlənmə attestatları verən direktor işdən çıxarılıb“Azərişıq” Xırdalanda elektrik enerjisi şəbəkəsini yeniləyirAğdamda gənc oğlan güllələnibÇindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilibPentaqon Yaxın Şərqə 14 min hərbçi göndəriləcəyi ilə bağlı məlumatı təkzib edibBakı Nəqliyyat Agentliyi avtobus sürücüsünün sərnişini döyməsinə münasibət bildiribVəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyulubDİM sədri: "Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir"Azərbaycanla Rusiya birgə peyk rabitəsi və yayım xidmətləri göstərəcəkXaçmaz Rayon İcra Hakimiyyətində yeni təyinat olubMüdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEOAzərbaycanın Macarıstandakı səfiri sabiq naziri oğurluqda ittiham edibBakıda 46 nömrəli marşrutda avtobusların hərəkət sxemi dəyişdirilirAzərbaycan millisinin futbolçusu 3 il müddətinə azadlıqdan məhrum edilə bilər“Azərbaycan Dəmir Yolları” QSC: Hazırda qatarlar cədvəl üzrə hərəkət edirMoldovanın Azərbaycandakı səfiri geri çağırılıbAzərbaycan nefti kəskin bahalaşıbErmənilər atəşkəs rejimini 20 dəfə pozubAvstraliyada 828 milyon dollarlıq narkotik maddə müsadirə edilibÇində 4,5 bal gücündə zəlzələ olubSalyan rayon İcra Hakimiyyətinin başçısı rayonun Dayıkənd kəndində səyyar-qəbul keçirmişdir