Müdafiə Nazirliyi: Fərari erməni hərbi qulluqçu təmas xəttində saxlanılıb

Müdafiə Nazirliyi: Fərari erməni hərbi qulluqçu təmas xəttində saxlanılıb
  • 13-08-2019, 00:39
  • 9 dəfə oxunub
Reklam

Avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.

Bu barədə “İqtisad.Org”a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

Erməni hərbi qulluqçu A.X.Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da aydın görünür.

Hazırda A.X.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.


Müdafiə Nazirliyi: Fərari erməni hərbi qulluqçu təmas xəttində saxlanılıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsinə başlanılıbBiləsuvarda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirildi.Yunanıstanda sığınacaq verilməsinə dair rəsmi işlər sadələşdiriləcəkBakıda taxta bazarı yanır, iki nəfər xəsarət alıb - YENİLƏNİB-2Baş Nazirin müavini: "Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb"Azərbaycan Ermənistanın təxribatı ilə bağlı BMT Baş katibinə etiraz məktubu ünvanlayıbAzərbaycanla Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü nəzərdə tutulurƏli Əhmədov və İnam Kərimov "Yaşıl bazar"a gedib: "İki manata kartof olmaz"İran, Türkmənistan, Qazaxıstan və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılırNaxçıvanda kənd təsərrüfatı məhsulları istehsalı 3,4% artıbSəhiyyə Nazirliyi: Bu yay günvurma ilə bağlı 29 müraciət olubYerevan yaxınlığındakı yanğın 1,8 min hektar ərazini əhatə edirBakıda yeni liftlərin quraşdırılması davam edirAzərbaycanın turizm potensialı Hindistanın 3 böyük şəhərində təbliğ olunacaq"Apple" şirkətinin rəhbəri Bakı bulvarının fotosunu paylaşıbDanimarkanın kral ailəsi Trampın səfərinin Qrenlandiya məsələsinə görə təxirə salınmasına təəccüblənibAlimlər Messinin, yoxsa Ronaldunun güclü olduğunu müəyyənləşdiriblərCNN: Tramp və Makron 2020-ci ildə Rusiyanı G7 görüşünə dəvət edəcəklərAzərbaycan nefti cüzi ucuzlaşıbErməni tərəfi atəşkəs rejimini 23 dəfə pozubKXDR ABŞ-ı düşmənçilik siyasəti yürütməkdə ittiham edibBiləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bəydili kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi