Xoşbəxt Yusifzadə: "Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır"

Xoşbəxt Yusifzadə:
  • 18-08-2019, 14:08
  • 213 dəfə oxunub
Reklam

"Yeni yataqlarımızın uğurla işlənilməsi ölkəmizdə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır".

İqtisad.Org”un məlumatına görə, bu barədə SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə deyib.

“Dünyanın ən qədim neft sənayesinin beşiyi başında durmuş Azərbaycanda zəngin və peşəkar neftçi ənənələri formalaşıb. Lakin digər tərəfdən dünyanın ən qədim və uzun müddət ərzində istismar olunan yataqlarının məhz bizim ölkəmizdə olması qarşımızda çağırışlar yaradır. Bu baxımdan qarşıdakı dövrdə əsas hədəfimiz bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır. Digər tərəfdən yeni yataqlarımızın uğurla işlənilməsi ölkəmizdə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır", - X. Yusifzadə bildirib.

Onun sözlərinə görə, 2019-cu ilin sonuna qədər ölkə üzrə ümumi qaz hasilatında 20% artım gözlənilir: "Növbəti illərdə də ölkədə qaz hasilatı yüksələn xətt üzrə inkişaf edəcəkdir. Bu müsbət trend qarşımızda həm də qaz emalı və kimya sənayesinin inkişafı üçün yeni imkanlar açır”.

2019-cu ilin II rübündə Azərbaycanın digər hasilatçı şirkətləri daxil olmaqla, ölkə üzrə ümumilikdə 9,061 mln ton neft, 8,238 mlrd kubmetr qaz hasil edilib. Dövr ərzində ölkədən 2 421,574 mln kubmetr təbii qaz ixrac edilib. Təbii qazın ixracında Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqədar olan artım ötən ilin müvafiq dövrünə nisbətən təqribən 37% təşkil edib.

II rübdə SOCAR 1,928 mln ton neft, 1,672 mlrd kubmetr qaz hasil edib.


Xoşbəxt Yusifzadə: "Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır"

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir!Bank Respublika özünüməşğulluq proqramına dəstək olmağa davam edirHavanın temperaturu daha da yüksələcəkAğsudan Körfəz ölkələri və Avropaya ixrac ediləcəkAvrora Qrup Ramazan bayramında aztəminatlı ailələri sevindiribVolkswagen Bakı Mərkəzindən bayrama özəl kampaniyaPAŞA Sığorta şirkəti vətəndaşları dələduzlara aldanmamağa çağırır“Azsığorta”dan oğurluq olubŞamaxının icra başçısı açıqlama verdiBölgələrdə şimşək çaxıb, yağış yağıbİlham Əliyev: “Bakıda köhnədən qalan avtobuslar yeniləri ilə əvəzlənir”Naxçıvan-Bakı aviareysinin açılması ilə bağlı müraciət edildiŞamaxının icra başçısı və işçiləri karantindədir - RƏSMİYeni "iPhone"ların satış qiymətləri açıqlandıQurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təbrik məktubu göndəribKoronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianələrin məbləği açıqlanıbBiləsuvarda narkotacirlər tutulduBakıda “Kəlbəcər” restoranında karantini pozan şəxslər saxlanıldıAzərbaycanda istehlak bazarı 4% azalıbAzərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıbAzərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubBöyükağa Xantəmirov vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludur.