Azərbaycanda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

Azərbaycanda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır
  • 19-08-2019, 12:41
  • 22 dəfə oxunub
Reklam

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən “İqtisad.Org ”a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin (subbakalavrların) boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5 ci sayında dərc olunub.

Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün qeyd olunan vaxta qədər qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər. Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuşdur. Qəbul aparılan ixtisasların uyğunluğu “Abituriyent” jurnalının “2019/2020-ci tədris ili üçün Azərbaycan Respub-likasının ali təhsil müəssisələrinə subbakalavrların qəbulu elanı” adlı xüsusi buraxılışında (bax: “Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas(baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”) və “Abituriyent” jurnalının 8-ci sayında (“Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas(baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”nə edilmiş əlavə) təqdim olunmuşdur.

İxtisas seçmək hüququ olan abituriyent (subbakalavr) ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.dim.gov.az/erizebak/ixtisas2/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisas kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Orta ixtisas təhsili müəssisələrinin isə dövlət hesabına və ya ödənişli əsaslarla qəbul aparılan ixtisaslarının kodları fərqlidir. Hər bir ixtisas kodu ərizəyə ayrıca daxil edilməlidir.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.


Azərbaycanda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ədliyyə Nazirliyinin əməkdaşları təltif olunub - SƏRƏNCAMMilli Məclis yeni Ombudsman seçəcəkPrezident İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırıbSumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıbBirinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edibSofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb“Barış pınarı” çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı açıqlanıbPrezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edibSergey Skripka: Brodi-Adamova Zastava kəmərinə dair ekoloji icazənin müddəti uzadılıb" - EKSKLÜZİVƏli Həsənov: "Azərbaycan vətəndaşlarını xarici ölkələrə saxta yollarla aparanlar layiqli cəzalarını alacaqlar""Google" siyasi reklamları məhdudlaşdırırAzərbaycan və Rusiya əməkdaşlıq məsələlərini müzakirə edibİran Rusiyadan 5 milyard dollar kredit alır"PayPal" 4 milyard dollara "Honey"alış-veriş platformasını satın alırSəfir: "Son illər Azərbaycana səfər edən hindistanlı turistlərin sayı artıb"İngilis dilində “ilin ifadəsi” açıqlanıbRegionda ilk dəfə Azərbaycanda təzyiqlərin idarə olunması ilə qazma texnologiyasının tətbiqinə başlanılıbAssosiasiya: Azərbaycan fındığının Avropaya qablaşdırılmış şəkildə ixracı rəqabətqabiliyyətli deyilAzərbaycanda qanunsuz torpaq satan bələdiyyə sədri həbs edilib - RƏSMİAzərbaycanda yağıntılı hava şəraiti davam edəcəkTəhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıbSalyan rayon İcra Hakimiyyətinin başçısı rayonun Xələc kəndində səyyar-qəbul keçirmişdir