Azərbaycan gömrükçüləri şokoladın içində narkotik aşkarlayıblar

Azərbaycan gömrükçüləri şokoladın içində narkotik aşkarlayıblar
  • 21-08-2019, 14:23
  • 31 dəfə oxunub
Reklam

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə daxil olan əməliyyat məlumatları əsasında İran İslam Respublikasından birlikdə piyada yolla gələn Azərbaycan Respublikasının 3 vətəndaşı Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun sərnişin idxal xəttində gömrük nəzarətinə daxil olarkən saxlanılıb və sorğu-sual edilərək onlara məxsus əl yükləri yoxlanılıb.

Bu barədə “İqtisad.Org”a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, yoxlama zamanı həmin şəxslərdən birinin təqdim etdiyi yük çantasındakı 4 ədəd şokolad qutusunda yad predmetin olduğu müəyyən edilib və qutulara gömrük baxışı keçirilib.

Qutulardan "Nani", "Eterno" markalı şokoladlarla yanaşı, həmin məhsulların qablaşdırmasına yerləşdirilərək gömrük nəzarətindən gizlədilən, içərisində narkotik və psixotrop maddə olan 24 ədəd uzunsov büküm aşkarlanıb.

Aşkar edilən bükümlərdən 17-də ümumi çəkisi 196 qram təşkil edən ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 6-da ümumi çəkisi 191 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 1-də isə təqribi çəkisi 1 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək, həmçinin 10 ədəd üzərində "FM 40" yazısı olan açıq qəhvəyi rəngli həb - metadon olduğu məlum olub.

Qeyd edək ki, Metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələri"nin II Siyahısına daxildir.


Azərbaycan gömrükçüləri şokoladın içində narkotik aşkarlayıblar

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Salyan şəhər 2 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyəti başçısının valideynlərlə görüşü keçirilmişdir.Bakıda işıqlar söndü - NASAZLIQ YARANIBDolların manata qarşı sabaha olan rəsmi məzənnəsi açıqlandıNeft daha da ucuzlaşdıMetroda qatarlar dayandı"Azərenerji"dən "qəza" açıqlamasıBakı Fond Birjasında bir ilkAzərbaycanda koronavirusa görə qərargah yaradıldıSalyan rayonunda “Xocalı soyqırımının” iyirmi səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdirXİN: Sərhədi qoruyan əsgərin qətlə yetirilməsi cinayətdir və bunun məsuliyyəti Ermənistan üzərindədirAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Salyan və Neftçala rayonlarının sakinlərini qəbul etmişdir.Güclü külək başlayır - XƏBƏRDARLIQAzTV-nin gənc aparıcısı sədr müavini təyin olunduTəqaüdə göndərilən 7 hakimin adı bəlli oldu - EKSKLÜZİVİlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı“Moskva” univermağından 30 min manatlıq qızıl oğurlandıQanunsuz qoşulma qaz təsərrüfatına 6,8 mln. manat ziyan vurubHeydər Əliyev Fondu Əməkdar artistin müalicəsini üzərinə götürdüAğ Ev Konqresdən koronavirusa görə 1 milyard ABŞ dolları istəyəcəkİrandan koronavirusla bağlı ziddiyyətli xəbərlər gəlirMəzahir Pənahov seçkiyə görə kimlərin cəzalandırılacağını açıqladıGülər Əhmədovanın oğlu hakim qarşısına çıxarılır