Kanada şirkəti Azərbaycanın neft quyularında istehsalı artırır

Kanada şirkəti Azərbaycanın neft quyularında istehsalı artırır
  • 21-08-2019, 14:25
  • 26 dəfə oxunub
Reklam

Kanadanın “Zenith Energy Ltd.” şirkəti “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarında hasılatı artırmaq niyyətindədir.

İqtisad.Org” xarici mediaya istinadən xəbər verir ki, şirkətin icraçı direktoru Andrea Kattaneonun sözlərinə görə, cari ilin sonuna kimi “Muradxanlı-Cəfərli-Zərdab” yataqlarından sutka ərzində 1000 barel neft çıxarılması planlaşdırılır.

“Əgər neft istehsalı gün ərzində 700 barelə, ilin sonuna kimi isə 1000 barelə çatarsa şirkət profisitlə çalışacaq. İstehsalın artması böyük xərc tələb etməyəcək. Lakin gündəlik 1000 barel hədəfinə çatsaq çoxlu gəlir əldə edəcəyik”, - deyə şirkət rəhbəri vurğulayıb.

Qeyd edək ki, 2016-cı il martın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişi SOCAR prezidenti Rövnəq Abdullayev və “Zenith Aran Oil Company Limited” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar. Sazişdə “Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20%-lik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadratkilometr ərazini əhatə edir.


Kanada şirkəti Azərbaycanın neft quyularında istehsalı artırır

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Türkiyə XİN başçısı: "Möhlətin başa çatmasına 35 saat qaldı"Xəzərdə zəlzələ olubSalyanda Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün doğum günü ilə əlaqədar tədbir keçirilmişdir.İsveçrənin məşhur bankı Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırırErmənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 23 dəfə pozubABŞ Suriyadakı 1000 hərbçisini İraqa göndərəcəkAVRO-2020-nin himninin müəllifi məlum olubDünyada ən uzun birbaşa aviareys rekordu qeydə alınıbAzərbaycan hökuməti gələn il üçün inflyasiya və manatın məzənnəsinə dair proqnozunu açıqlayıbRusiyada plastik paketlərdən istifadə qadağan ediləcəkNyu-Yorkda dünyanın ən böyük həbsxanası bağlanılacaqTramp: “Hillari Klinton ağlını itirib”Alimlər “Ebola” virusu barədə xəbərdarlıq ediblərSahil Babayev gələn il sosial müdafiəyə ayrılacaq vəsaitin məbləğini açıqlayıbSiyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıbHonkonqda növbəti razılaşdırılmamış aksiya keçirilirPKK terrorçularının açdığı atəş nəticəsində Suriyada 1 türk əsgəri şəhid olubBarselonada polis etirazçıları dağıtmaq üçün rezin güllələr tətbiq edibLondonda "Brexit"in on minlərlə əleyhdarı aksiya keçiribBərdədə avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıbKuba prezidenti Azərbaycana səfər edəcəkBŞBPİ: "Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb"