Yunanıstanda sığınacaq verilməsinə dair rəsmi işlər sadələşdiriləcək

Yunanıstanda sığınacaq verilməsinə dair rəsmi işlər sadələşdiriləcək
  • 24-08-2019, 23:34
  • 200 dəfə oxunub
Reklam

Yunanıstan hökuməti sığınacaq verilməsi sahəsindəki siyasətini dəyişdirməyi və bununla bağlı qərar vermək və inzibati prosedurları sadələşdirməyi nəzərdə tutur.

İqtisad.Org” “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşü ərəfəsində “Le Figaro”ya verdiyi müsahibəsində danışan baş nazir Kiriakos Mitsotakis Avropadakı sığınacaq və miqrasiya sahəsindəki siyasətin və Dublin sazişinin dəyişdirilməsi zərurətini irəli çəkərək Avropa İttifaqının bu məsələdə ortaq siyasət yürütməsinə tərəfdar olduğunu qeyd edib.

Yunan hökumətinin başçısı Türkiyədən qanunsuz miqrasiya məsələsinə də toxunub: "Sığınacaq haqqı olanlar Yunanıstanda qala bilər, lakin belə bir haqq əldə etməyənlərin Aİ ilə Türkiyə arasındakı sazişə uyğun olaraq Türkiyəyə qayıtması lazımdır”.

Qeyd edək ki, Dublin sazişinə görə, sığınacaq verməyin məsuliyyəti miqrantın ilk dəfə sərhədini keçdiyi dövlətin üzərinə düşür.


Yunanıstanda sığınacaq verilməsinə dair rəsmi işlər sadələşdiriləcək

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdıAzərbaycanın tədiyyə balansında kəsir yaranıb