Azərbaycanın ikinci böyük su elektrik stansiyasında təmir işlərinə başlanılıb

Azərbaycanın ikinci böyük su elektrik stansiyasında təmir işlərinə başlanılıb
  • 28-08-2019, 07:15
  • 45 dəfə oxunub
Reklam

“Azərenerji” ASC “Şəmkir” SES-də təmir-bərpa işləri həyata keçirir.

ASC-dən “İqtisad.Org”a verilən məlumata görə, ötən ilin payızından başlayaraq “Reabilitasiya Proqramı” çərçivəsində bu stansiyanın hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqat üçün sifariş əsasında gətirilən ehtiyat hissələri dəyişdirilib, 330 kV-luq blok avtotransformatoru əsaslı təmir olunub. Bununla itirilmiş güc bərpa olunub, dayanıqlıq və etibarlıq artırılıb.

“Hazırda əsas diqqət “Şəmkir” SES-in su tullayıcı qurğusuna yönəlib. Çünki 1983-cü ildə stansiya istismara veriləndən sonra su tullayıcı qurğuda heç bir təmir işləri aparılmayıb. Ona görə də bu qurğunun döşəməsində, tavanında, orta aşrımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəlib. Qurğuda su sızmalarının qarşısını almaq üçün yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə layihə hazırlanır və yaxın vaxtlarda əsaslı təmir işlərinə başlanacaq”, - deyə məlumatda bildirilir.

Eyni zamanda planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, hidroaqreqat generatorların təsirlənmə sistemlərinin, idarəetmə mərkəzinin, SCADA dispetçer idarəetmə sisteminin, tezliyin və aktiv gücün avtomatik tənzimlənməsi sisteminin yenidən qurulması nəzərdə tutulub.


Azərbaycanın ikinci böyük su elektrik stansiyasında təmir işlərinə başlanılıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ədliyyə Nazirliyinin əməkdaşları təltif olunub - SƏRƏNCAMMilli Məclis yeni Ombudsman seçəcəkPrezident İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırıbSumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıbBirinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edibSofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb“Barış pınarı” çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı açıqlanıbPrezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edibSergey Skripka: Brodi-Adamova Zastava kəmərinə dair ekoloji icazənin müddəti uzadılıb" - EKSKLÜZİVƏli Həsənov: "Azərbaycan vətəndaşlarını xarici ölkələrə saxta yollarla aparanlar layiqli cəzalarını alacaqlar""Google" siyasi reklamları məhdudlaşdırırAzərbaycan və Rusiya əməkdaşlıq məsələlərini müzakirə edibİran Rusiyadan 5 milyard dollar kredit alır"PayPal" 4 milyard dollara "Honey"alış-veriş platformasını satın alırSəfir: "Son illər Azərbaycana səfər edən hindistanlı turistlərin sayı artıb"İngilis dilində “ilin ifadəsi” açıqlanıbRegionda ilk dəfə Azərbaycanda təzyiqlərin idarə olunması ilə qazma texnologiyasının tətbiqinə başlanılıbAssosiasiya: Azərbaycan fındığının Avropaya qablaşdırılmış şəkildə ixracı rəqabətqabiliyyətli deyilAzərbaycanda qanunsuz torpaq satan bələdiyyə sədri həbs edilib - RƏSMİAzərbaycanda yağıntılı hava şəraiti davam edəcəkTəhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıbSalyan rayon İcra Hakimiyyətinin başçısı rayonun Xələc kəndində səyyar-qəbul keçirmişdir