“Yeni qaydalar fermerlərin gübrəni lazım olan zaman özlərinə yaxın yerlərdən və nağdsız ödəmə ilə almasına imkan verəcək”

“Yeni qaydalar fermerlərin gübrəni lazım olan zaman özlərinə yaxın yerlərdən və nağdsız ödəmə ilə almasına imkan verəcək”
  • 28-08-2019, 15:23
  • 92 dəfə oxunub
Reklam

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) gübrə təchizatçıları - gübrə istehsalçıları və satıcıları ilə görüş keçirilib.

Bu barədə "İqtisad.Org "a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Görüşə 50-dən artıq mineral və orqanik gübrə təchizatçısı qatılıb. İştirakçılara Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiqlənmiş yeni subsidiya qaydaları və bu qaydaların icra mexanizmi barədə geniş təqdimat edilib.

“Fermerlərin subsidiyadan istifadəsinin asanlaşdırılması, onlara verilən subsidiyanın təyinatı barədə hesabatlılığın təmin edilməsi üçün bütün təchizatçıların, o cümlədən gübrə təchizatçılarının şəffaf işləməsi vacibdir. Buna görə də, ilk növbədə, fermer kartı ilə ödənişlərin təmin olunması üçün bütün gübrə satıcılarında POS-terminallar olmalıdır. Bununla biz fermerlərin subsidiyadan istifadə ilə nağdsız alışlarını təmin edəcəyik”, - AKİA sədri Mirzə Əliyev vurğulayıb.

Sədr əlavə edib ki, gübrə təchizatları kartla alış-verişi təmin etməklə yanaşı, satış şəbəkələrini də genişləndirməli və bütün növ gübrələri fermerlər üçün daha əlçatan etməlidirlər: “Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiya nəticəsində subsidiyaların verilməsi asanlaşdığı, sənədləşdirmə işləri azaldığı kimi, gübrə satışı üçün də xüsusi sənədləşmələr lazım olmayacaq. Alış-verişin şəffaf - nağdsız aparılması kifayət edəcək”.

Görüşdə Aqrar Kredit və İnkişaf Agentliyi ilə təchizatçılar arasında əlaqələrin qurulması və tənzimlənməsi, fermerlərin ehtiyac duyduqları gübrələrlə vaxtında təchiz olunması kimi məsələlər də müzakirə olunub. AKİA sədri təchizatçıları maraqlandıran sualları cavablandırıb. “Yeni qaydalar fermerlərin gübrəni lazım olan zaman özlərinə yaxın yerlərdən və nağdsız ödəmə ilə almasına imkan verəcək”

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməyibBu sahələr üzrə işləyənlərin sayına qoyulan məhdudiyyətlər ləğv olunduBu şəhərlər və rayonlar üzrə 190 manat ödəniləcək - QƏRARBakı polisi reyd keçiribPolis Bakıda əməliyyat keçirdi, 30 kq narkotik aşkarlandıSaxta arayış verən baş həkim barəsində cinayət işi başlanıldı"Qobu park-3"ə məcburi köçkünlərin yerləşdirilməsi başa çatırDYP rayonlara getmək istəyən şəxslərə xəbərdarlıq etdiAQTA daha 103 obyektdə pozuntular aşkarlayıbTəhsil Nazirliyindən yeni tədris ilinin başlaması ilə bağlı açıqlamaAzərbaycanda aktiv koronavirus xəstələrinin sayı xeyli azalıbZelenski generalı işdən çıxardıRəşad Sadıqova ağır itkiHökumət sahibkarları icarə haqqından müvəqqəti azad etdiMüdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edibŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 109 mənzil verilibƏr arvadını qısqanaraq boğazını kəsib öldürdüLivanda dünyanı silkələyən partlayış - yeni siyasi böhranSosial şəbəkələrdə yalan məlumat yayan şəxslərə xəbərdarlıq edilibBaş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıbFHN çimərliklərdən istifadəyə dair əhaliyə müraciət edibXudatda karantini pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb