AÇG-də yeni platformanın inşası üçün 486 mln. dollarlıq müqavilə imzalanıb

AÇG-də yeni platformanın inşası üçün 486 mln. dollarlıq müqavilə imzalanıb
  • 29-08-2019, 15:30
  • 67 dəfə oxunub
Reklam

“Azfen” birgə müəssisəsi (SOCAR 60%, “Tekfen İnşaat” 40%) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində yeni platformanın (“Mərkəzi-Şərqi Azəri”) tikinti və montaj işlərini həyata keçirəcək.

İqtisad.Org” xəbər verir ki, bu barədə “Tekfen Holding” məlumat yayıb.

Bildirilib ki, AÇG-nin operatoru “BP-Exploration” şirkəti ilə 486,3 mln. dollar dəyərində müqavilə imzalanıb.

Məlumata görə, 16 936 ton ağırlığındakı platformanın inşasının 38 ay müddətində tamamlanması gözlənilir. Qeyd edilib ki, “Azfen” şirkətində ortaqlıq payına uyğun olaraq “Tekfen İnşaat”ın layihədə payı 194,5 mln. dollardır.

Qeyd edək ki, “Mərkəzi-Şərqi Azəri” layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq.

Bu il aprelin 19-da “Mərkəzi-Şərqi Azəri” platforması üzrə yekun investisiya qərarı qəbul olunub. 6 mlrd. dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 min barel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 mln.barel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.

AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir: BP (30.37%), SOCAR (25.0% ), Chevron (9.57%), INPEX (9.31%), Equinor (7.27%), ExxonMobil (6.79%), TPAO (5.73%), ITOCHU (3.65%), ONGC Videsh Limited (OVL) (2.31%).

“Azfen” 1996-cı ilin yanvarında SOCAR (60% sahiblik hüququ ilə) və “Tekfen İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilib.


AÇG-də yeni platformanın inşası üçün 486 mln. dollarlıq müqavilə imzalanıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdıAzərbaycanın tədiyyə balansında kəsir yaranıb