BŞTİ: Məktəbəhazırlıq qruplarına 17 377 uşaq qeydiyyatdan keçib

BŞTİ: Məktəbəhazırlıq qruplarına 17 377 uşaq qeydiyyatdan keçib
  • 31-08-2019, 00:48
  • 22 dəfə oxunub
Reklam

Bakı məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 17 377 ərizənin onlayn qeydiyyatı (30.08.2019-cu il tarixinə saat 09:30-a olan məlumata əsasən) aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "İqtisad.Org"a bildirilib ki, məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilir.

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar (2014-cü il təvəllüdlü) qəbul olunurlar. Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət etmək olar.

Xatırladaq ki, 2019-2020-ci tədris ilində bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb.

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.


BŞTİ: Məktəbəhazırlıq qruplarına 17 377 uşaq qeydiyyatdan keçib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakı məktəblərində I sinfə şagird qəbulunun vaxtı uzadılıbZakir Həsənov: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarını qəsdən yubadır"ATƏT təmas xəttində monitorinq keçirəcək"SOCAR Balkans": Bolqarıstanın qazpaylama sektoruna sərmayə qoyulmasının məqsədəuyğunluğu oktyabrda müəyyənləşəcək - EKSKLÜZİVAzərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblarAzərbaycanda iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılırGənc Tamaşaçılar Teatrının tavanı çökübBakının Zərgərpalan küçəsində hərəkət məhdudlaşdırılacaqDünya çempionatı: Azərbaycan ağırlıqqaldıranlarının çıxış cədvəli məlum olubGələn həftə Azərbaycana payız fəsli daxil olacaqİki avtomobil qəzası Bakıda 850 abunəçini qazsız qoyubAzərbaycan nefti 12%-ə yaxın bahalaşıbErmənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozubGürcüstanda Krım-Konqo qızdırmasından bir nəfər ölübYaponiyanın baş naziri bu ay İran prezidentilə görüşəcəyini bəyan edibQəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulubMaduro Venesuela müxalifəti ilə dialoqa hazır olduğunu bəyan edibTramp: “Son zamanlar neftin qiymətinin artması ciddi problem deyil”"Google"un işində problem yaranıbSəkkiz ayda BTC ilə 21,3 mln. ton neft nəql edilibAZTV və "Mədəniyyət TV"nin loqosu, "İdman Azərbaycan"ın adı dəyişibDövlət qulluğuna qəbul üzrə müsahibələrin vaxtı açıqlanıb