Azərbaycanda ilin sonunadək tikinti icazələri üzrə "Bir pəncərə" elektron sistemin tətbiqi planlaşdırılır

Azərbaycanda ilin sonunadək tikinti icazələri üzrə
  • 31-08-2019, 01:02
  • 45 dəfə oxunub
Reklam

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin sonuna qədər bütün tikinti növləri üzrə icazələrin verilməsi ilə bağlı "Bir pəncərə" elektron sistemi tətbiq etməyi planlaşdırır".

"İqtisad.Org" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında Bakı şəhərində “Bir pəncərə” prinsipi üzrə icazələrin verilməsi ilə tanışlıq məqsədi ilə press-turda bildirib.

Onun sözlərinə görə, hazırda gələcəkdə tətbiq ediləcək sistemlərin arxitekturası hazırlanır.

R. Mahmud bildirib ki, "Bir pəncərə" elektron sistem tikintiyə və istismara icazələrin verilməsi üçün yaradılıb: "Müraciətlər elektron şəkildə qəbul edilir. Tam tikinti layihə sənədləri, o cümlədən torpaq üzərində mülkiyyət sənədi elektron üzərindən göndərilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fəaliyyət göstərən özünə xidmət mərkəzində sənədlərə baxılır. Rəylərin və texniki şərtlərin alınması üçün aidiyyəti qurumlara göndərilir və qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində müsbət cavab və imtina cavabı verilir".

R. Mahmud əlavə edib ki, bu gün bu xidməti ancaq bəzi tikinti obyektləri üçün istifadədir. Lakin digər növ tikinti obyektlərin istifadəyə verilməsi üçün işlər aparılır və qısa müddət ərzində istifadəyə verilməsi nəzərdə tutulub. Eyni zamanda, bu xidmətin ölkə üzrə bütün bölgələrində istifadəyə verilməsi üzərində işlər aparılır".


Azərbaycanda ilin sonunadək tikinti icazələri üzrə "Bir pəncərə" elektron sistemin tətbiqi planlaşdırılır

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ədliyyə Nazirliyinin əməkdaşları təltif olunub - SƏRƏNCAMMilli Məclis yeni Ombudsman seçəcəkPrezident İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırıbSumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıbBirinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edibSofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb“Barış pınarı” çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı açıqlanıbPrezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edibSergey Skripka: Brodi-Adamova Zastava kəmərinə dair ekoloji icazənin müddəti uzadılıb" - EKSKLÜZİVƏli Həsənov: "Azərbaycan vətəndaşlarını xarici ölkələrə saxta yollarla aparanlar layiqli cəzalarını alacaqlar""Google" siyasi reklamları məhdudlaşdırırAzərbaycan və Rusiya əməkdaşlıq məsələlərini müzakirə edibİran Rusiyadan 5 milyard dollar kredit alır"PayPal" 4 milyard dollara "Honey"alış-veriş platformasını satın alırSəfir: "Son illər Azərbaycana səfər edən hindistanlı turistlərin sayı artıb"İngilis dilində “ilin ifadəsi” açıqlanıbRegionda ilk dəfə Azərbaycanda təzyiqlərin idarə olunması ilə qazma texnologiyasının tətbiqinə başlanılıbAssosiasiya: Azərbaycan fındığının Avropaya qablaşdırılmış şəkildə ixracı rəqabətqabiliyyətli deyilAzərbaycanda qanunsuz torpaq satan bələdiyyə sədri həbs edilib - RƏSMİAzərbaycanda yağıntılı hava şəraiti davam edəcəkTəhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıbSalyan rayon İcra Hakimiyyətinin başçısı rayonun Xələc kəndində səyyar-qəbul keçirmişdir