Qurban Qurbanov: "Biz rəqib imkan verdiyi qədər hücum edirik"

Qurban Qurbanov:
  • 2-09-2019, 01:46
  • 9 dəfə oxunub
Reklam

Azərbaycan Premyer Liqasının III turunun son qarşılaşmasında “Səbail” üzərində səfərdə 4:0 hesablı qələbə qazanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

"İqtisad.Org" xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bölüşüb:

Futbolçularımı təbrik edirəm. Həm qalib gəldik, həm də yaxşı oyun oldu. Oyunçularım çox istəkli idilər. Aftandil Hacıyevə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Rəqib ilk dəqiqələrdə aqressiv idi, yaxşı pressinq tətbiq edirdi.

Sabiq qapıçınız İbrahim Şehiçin keçidi nə yerdədir?

- Razılıq yoxdur. Klubla müqaviləsi mövcuddur. Başqa variantlar var. Hazırda danışıqlar gedir.

Başqa mövqeyə də transfer gözlənilir?

- Daha iki mövqeni gücləndirmək istəyirik.

Oyunun ilk dəqiqələrində Ağabala Ramazanov futbolçularınıza qarşı çox aqressiv idi. Nə fikirləşdiniz?

- Heç bir şey. Ağabala aqressiv futbolçudur.

1:0, 3:0, 4:0. “Qarabağ”ın müdafiə xətti belə güclüdür, yoxsa Azərbaycan çempionatındakı komandaların hücum potensialı aşağıdır?

- Futbolçularımız səliqəli oynayır, tapşırıqları yerinə yetirirlər. Bu gün qol buraxmırıq, deyirik müdafiəmiz əzəmətlidir, sabah bir neçə qol buraxacağıq və deyiləcək ki, zəifdir müdafiəmiz. Sadəcə, hər oyuna maksimal konsentrasiya ilə yanaşmalıyıq. Amma qol buraxmamağımız məni sevindirir.

Yaranan fasilə komandanıza necə təsir göstərəcək?

- Düşünürəm ki, millilərə getməyən futbolçularıma müsbət təsir edəcək. Ancaq milli üzvləri ağır oyunlara gedir və bu, əlavə psixoloji yüklənməyə səbəb olacaq.

Çempionatın ən formada olan komandasının qapısına 4 top vurursunuz, “Neftçi”dən 5 xal öndəsiniz. Çempionat bitdi?

- Cəmi bir məğlubiyyət və fərq 3 xal azalır. Ümumiyyətlə, belə fikirdən uzağam. Dəfələrlə şahidi olmuşuq ki, kimsə 7-8 xal öndə olub, lakin sonra çempion ola bilməyib. Qarşıda xeyli oyunlarımız var. Özü də olduqca ağır. Bir neçə futbolçumuz zədələnir, bir neçəsi vərəqə limitini doldurur və bəzən futbolçu qıtlığı yaşayırıq. Üstəlik, hər bir rəqib bizə qarşı xüsusi motivasiyalı olur.

“Qarabağ” daha rəngarəng olub?

- Hər il dəyişiklik olur. Futbolda sürət artır. Topa sahib olmaq çox önəmlidir. Yaxşılığa doğru addım atmaq istəyirik. Bir şey var ki, biz rəqib imkan verdiyi qədər hücum edirik. Bu il avrokuboklarda qarşılaşdığımız bütün rəqiblərə qarşı bizə çətin oldu.


Qurban Qurbanov: "Biz rəqib imkan verdiyi qədər hücum edirik"

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ərdoğan Trampın yazdığı təhqiredici məktubu özünə qaytarıb“Facebook” 3 milyarddan çox saxta hesabı silibAzərbaycanlı deputatlar Belarusda parlament seçkilərini müşahidə edəcəklərDələduzluqda təqsirləndirilən "makler" məhkəmə zalında həbs edilibPrezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edibPalata: Banklar bu ilin 9 ayında 7 milyard manat kredit veribAzərbaycanda istilik xidməti üzrə yığım səviyyəsi 90-100% civarındadırBir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilibUEFA “Qarabağ”a 1 milyon 460 min manat ödəyibDSMF-nin iki rayon şöbəsinin müdirləri barəsində cinayət işi başlanıbDeputat: "Müsavat Partiyası Azərbaycanın adına ləkə gətirəcək "miqrant alveri"lə bağlı ictimaiyyətə açıqlama verməlidir"Qida Təhlükəsizliyi İnstitutu işə qəbul üçün vakansiya elan edibQazaxa yeni DYP rəisi təyin olunubBakıda sahibkarların maliyyə bazarlarına çıxışına həsr olunmuş forum keçirilirAzərbaycanlı mühacir Fransada saxlanılıbAzərbaycanda birdəfəlik şprislərlə bağlı yeni standart təsdiqlənibİrandan Azərbaycana 25 kq narkotik gətirilməsinin qarşısı alınıb, saxlanılan varMaliyyə Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənibLionel Messi: "Karyeramda yalnız bir dəfə rəqib futbolçudan forma istəmişəm"Azərbaycan nefti ucuzlaşıbAlmaniyada "miqrant alveri"nə görə Azərbaycanın 7 vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib - SİYAHINazir: “Tezliklə daha iki Dost Mərkəzi istifadəyə veriləcək"