Livanla sərhəddə gərginlik artıb, İsrail 100-dən çox raket atıb - TƏFƏRRÜAT - YENİLƏNİB

Livanla sərhəddə gərginlik artıb, İsrail 100-dən çox raket atıb - TƏFƏRRÜAT - YENİLƏNİB
  • 2-09-2019, 01:49
  • 23 dəfə oxunub
Reklam

İsrail ordusu Livandan ölkənin şimalına tank əleyhinə raketin atılmasına cavab olaraq qarşı tərəfə 100-dən çox mərmi atıb.

İqtisad.Org” xəbər verir ki, bu barədə İsrail müdafiə ordusunun saytında dərc olunan bəyanatda deyilir.

KİV yazır ki, daha əvvəl "Hizbullah" hərəkatının döyüşçüləri Livanla sərhəddə İsrailə məxsus zirehli texnikanı məhv ediblər. Nəticədə yəhudi hərbçilər arasında ölən və yaralananlar olub.

Ardınca İsrailin baş naziri Binyamin Netanyahu Livandan açılan atəş nəticəsində ölkəsinin heç bir itki vermədiyini bəyan edib.

"Reuters" yazır ki, son bir həftə ərzində iki ölkə sərhədində artmaqda olan gərginliyin ardından yeni müharibənin başlanması ehtimalı da yüksəlib.

Məsələyə İran, ABŞ və Ərəb Dövlətləri Liqası da münasibət bildirib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib ki, "Hizbullah" hərəkatı tərəfdarları Qüdsün təcavüzkar hərəkətlərinə cavab olaraq, İsrail ərazisində hərbi obyektlər də daxil olmaqla, bir neçə hədəfi atəşə tutublar.

"Hizbullah" cavab zərbəsi endirib", - deyə IRNA onun sözlərini sitat gətirib.

İran rəsmisi qeyd edib ki, İsrailin hərəkətləri ABŞ-ın bölgədə bədniyyət davranışları ilə eyniyyət təşkil edir.

Amerikanın beynəlxalq danışıqlarda xüsusi nümayəndəsi və prezident Donald Trampın köməkçisi Ceyson Qrinblatt sentyabrın 1-i "Twitter"də bəyan edib ki, İsrailin Livan ərazisindən gələn hücumdan müdafiə olunmaq hüququ tam legitimdir.

Onun sözlərinə görə, "Hizbullah" döyüşçülərinin Livandən İsrailə tank əleyhinə raketlə hücumu "İran kuklaları" tərəfindən təşviq edilib. Və buna görə İsrailin müdafiə olunmaq haqqı var. Qrinblattın sözlərinə görə, İran öz növbəsində bütün regionda sülhün bərqərar olmasına maneəçilik törədir və həm israillilərin, həm də fələstinlilərin gələcəklərinə zərbə vurur.

Ərəb Dövlətləri Liqası (ƏDL) öz növbəsində iki ölkə arasında artan gərginliklə bağlı bazar günü bəyanatla çıxışb edib.

Təşkilat bildirib ki, İsrailin Livanla sərhəddə vəziyyəti daha da gərginləşdirə biləcək hərəkətlərinin qarşısının alınmasına görə məsuliyyət beynəlxalq ictimaiyyətin üzərinə düşür:

"Dünya ictimaiyyəti İsrailin öz seçkiqabağı məqsədləri üçün vəziyyətin daha da gərginləşməsinə təkan verə biləcək hərəkətlərini dayandırmalıdır. Baş katib Əhməd Əbu əl-Qeyt sərhədyanı ərazilərin atəşə tutulmasını narahatçılıqla izləyir və istənilən hücumların fonunda Livan dövləti ilə tam həmrəy olduğunu ifadə edir".

***18:30

İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bazar ertəsi ölkənin Livanla sərhəddə yerləşən hərbi baza və texnikasına bir neçə tank əleyhinə raket atıldığını bəyan edib.

İqtisad.Org” TASS-a istinadən xəbər verir ki, bəyanat nazirliyin rəsmi saytında dərc olunub.

Bildirilir ki, hücum Bakı vaxtı ilə 17:20-də baş verib. İsrail hərbçiləri Livanın cənubundakı sərhədyanı hədəflərə cavab atəşi açıb.


Livanla sərhəddə gərginlik artıb, İsrail 100-dən çox raket atıb - TƏFƏRRÜAT - YENİLƏNİB

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Təhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildiribOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqXanış həkimin rəhbərliyi altında rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasında işlər uğurla davam etdirilir.Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıbOperativ Qərargah: Məhdudiyyətlərin bir qisminin ləğv olunması qərarı qüvvəyə minibMüdafiə Nazirliyi: Yalan danışmaq deputata yaraşmazCənubi Koreya vətəndaşı Ermənistan həbsxanasında özünü asdı“Azərkosmos” mənfəətlə işləməyə başlayıbMüdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildirAzərbaycanda daha bir vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olunubAzərbaycanda otellərin gəliri 16% azalıbAzərbaycanda dövlət xərclərinə yenidən baxılacaqAzərbaycan daha bir beynəlxalq reytinq cədvəlində mövqeyini yüksəldibAzərbaycan içki ixracını 48%-dən çox azaldıbDünya iqtisadiyyatının bu il çəkdiyi zərər açıqlandıAyda dağların formalaşması səbəbi müəyyən edilib"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir!Bank Respublika özünüməşğulluq proqramına dəstək olmağa davam edirHavanın temperaturu daha da yüksələcəkAğsudan Körfəz ölkələri və Avropaya ixrac ediləcəkVolkswagen Bakı Mərkəzindən bayrama özəl kampaniya“Azsığorta”dan oğurluq olub