Bakıya vizasız gələn ilk Türkiyə vətəndaşı danışdı - FOTO

Bakıya vizasız gələn ilk Türkiyə vətəndaşı danışdı - FOTO
  • 2-09-2019, 01:51
  • 116 dəfə oxunub
Reklam

Azərbaycan bu gündən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib.

İqtisad.Org-un xəbərinə görə, vizasız rejimdən yararlanan Türkiyə vətəndaşı Yılmaz Dilsiz olub. O, bu barədə redaksiyaya özü məlumat verib: “Bu gün Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etdiyi önəmli bir gündür. Mən də bu məqsədlə ailəmlə birlikdə Türkiyədən Bakıya gəldim. Azərbaycana salam olsun”.

Yılmaz Dilsiz əməkdaşımızla söhbətində bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir. Hazırda Bakını gəzən türkiyəli qonaq Bakını çox bəyəndiyini, paytaxtın çox müasir olduğunu, belə təxmin etmədiyini vurğulayıb. Yılmaz Dilsiz Türkiyənin Qaziantep şəhərindən həyat yoldaşı və iki övladı ilə vizasız rejimdən faydalanan və sərhədi ilk keçən türkiyəlidir. O, avtomobilini Azərbaycan və Türkiyə bayraqları ilə bəzəyib.

Qeyd edək ki, Azərbaycan bu gündən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib. Bununla bağlı qərar bu gündən qüvvəyə minib. Qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunub. Bundan əlavə, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir. Həmçinin, Türkiyə Respublikası Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan Respublikası vətəndaşları da viza tələbindən azad edilib.

Bakıya vizasız gələn ilk Türkiyə vətəndaşı danışdı - FOTO

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ədliyyə Nazirliyinin əməkdaşları təltif olunub - SƏRƏNCAMMilli Məclis yeni Ombudsman seçəcəkPrezident İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırıbSumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıbBirinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edibSofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb“Barış pınarı” çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı açıqlanıbPrezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edibSergey Skripka: Brodi-Adamova Zastava kəmərinə dair ekoloji icazənin müddəti uzadılıb" - EKSKLÜZİVƏli Həsənov: "Azərbaycan vətəndaşlarını xarici ölkələrə saxta yollarla aparanlar layiqli cəzalarını alacaqlar""Google" siyasi reklamları məhdudlaşdırırAzərbaycan və Rusiya əməkdaşlıq məsələlərini müzakirə edibİran Rusiyadan 5 milyard dollar kredit alır"PayPal" 4 milyard dollara "Honey"alış-veriş platformasını satın alırSəfir: "Son illər Azərbaycana səfər edən hindistanlı turistlərin sayı artıb"İngilis dilində “ilin ifadəsi” açıqlanıbRegionda ilk dəfə Azərbaycanda təzyiqlərin idarə olunması ilə qazma texnologiyasının tətbiqinə başlanılıbAssosiasiya: Azərbaycan fındığının Avropaya qablaşdırılmış şəkildə ixracı rəqabətqabiliyyətli deyilAzərbaycanda qanunsuz torpaq satan bələdiyyə sədri həbs edilib - RƏSMİAzərbaycanda yağıntılı hava şəraiti davam edəcəkTəhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıbSalyan rayon İcra Hakimiyyətinin başçısı rayonun Xələc kəndində səyyar-qəbul keçirmişdir