Düzgün idarəetmə və bacarıqlı kadr siyasəti

Düzgün idarəetmə və bacarıqlı kadr siyasəti
  • 2-09-2019, 11:46
  • 42 dəfə oxunub
Reklam

Düzgün idarəetmə və bacarıqlı kadr siyasəti
Azərbaycan Dövlət Neft Şirkəti – Qaz İxrac İdarəsi dünən, bu gün və sabahı
ARDNŞ-Qaz İxrac İdarəsinin əsas missiyası təbii qaz həcmlərinin səmərəli istifadə və idarə olunması, onun istər daxili, istərsə də xarici bazarlarda yüksək keyfiyyətlə beynəlxalq standartlara uyğun olaraq satışını təşkil və təmin etmək məqsədi ilə qazın qəbulu və nəql sistemləri ilə səmərəli şəkildə enerji dəhlizinə ötürülməsi üzrə normativ qaydalara uyğun texniki, texnoloji, metoroloji və kommersiya əməliyyatlarının aparılmasından ibarətdir.
Həmçinin Qaz İxrac İdarəsinin fəaliyyəti əməliyyat şirkətləri “Şahdəniz” və AÇG yataqlarından hasil olunan qazın qəbulu ARDNŞ-ə məxsus qaz həcmlərinin xarici bazarlarda satışının təmin edilməsi, bağlanmış müqavilələrinin yerinə yetirilməsi, dünyanın yanacaq-energetika bazarında Azərbaycanın rolunun artırılması, qaz idxal edən dövlətlərə etibarlı və sabit şəkildə qazın təchiz olunması, ixrac marşrutlarının diversifikasiyası və qaz tədarükünün coğrafi arealının genişləndirilməsindən ibarətdir.
Bu gün SOCAR-Qaz İxrac İdarəsi qarşısında qoyduğu vəzifələri uğurla həyata keçirir. Əsas məqsədi fəaliyyətinin beynəlxalq idarəetmə standartlarına uyğun təşkil edilməsi, işin keyfiyyətini daha da səmərəli artırılması, texniki işlərin təkmilləşdirilməsi və onların beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir.
Fərəhverici haldır ki, bu gün idarədə müasir tələblərə cavab verən yüksək ixtisaslı mütəxəssislər çalışır. Mütəmadi olaraq idarədə mütəxəssislərin bilik və bacarıq səviyyəsinin artırılması istiqamətində seminarlar və kurslar təşkil edilir.
Düzgün idarəetmə və bacarıqlı kadr siyasəti
Dövlətimizin rəhbəri İlham Əliyev cənablarının tapşırıqlarına və tövsiyyələrinə əsasən insan amili hər zaman prioritet olub. Məhz bu tapşırığa uyğun olaraq işçilərin sosial rifahının daha da yaxşılaşdırılması, onların asüdə və istirahət vaxtlarının düzgün təşkil olunması idarənin rəisi “Əməkdar mühəndis” Qağaməli Seyfullayev cənablarının daim diqqət mərkəzində olub. Bu gün bu idarə və doğma kollektivi respublikamızda – onun ictimai-siyasi, iqtisadi həyatında mühüm rol oynayan ən önəmli müəssisələrdən, kollektivlərdən biridir. Bu kollektivin uğurlarını ölkə prezidenti cənab İlham Əliyev, SOCAR prezidenti cənab Rövnəq Abdullayev hər zaman dəyərləndirib, kollektivimizin əməyi həmişə yüksək qiymətləndirilib. Mütəmadi olaraq verilən dəyərin nəticəsidir ki, kollektivimiz fəxri fərmanlar və pul mükafatları ilə mükafatlanıdırılıb və bu tendensiya bu gündə davam edir. Bariz nümunədir ki, sıralarımızdan “Əməkdar mühəndis” fəxri adına layiq görülənlər və “Tərəqqi medalı” ilə təltif edilənlər var deyə idarənin rəisi Qağaməli müəllim ağız dolusu fərəhlə danışır. Müsahibələrinin birində dediyi kimi Qağaməli müəllim xüsusi olaraq bildirmişdir ki, vəzifəsindən asılı olmayaraq bütün işçilər üçün normal iş şəraiti yaradılmışdır. İdarənin Həmkarlar İttifaqı Komitəsi tərəfindən işçilərin istirahətinin səmərəli keçirilməsi məqsədi ilə onların ailə üzvləri ilə birlikdə istirahət zonalarına və müalicəvi sanatoriyalara getmələri üçün əlverişli şərait yaradılır.
Sevindirici haldır ki, idarənin bütün sahələrində çalışan adi sıravi işçilərindın tutmuş istər fəhlə, istər usta köməkçisi, usta, sahə rəisi olsun, istərsə də yerli və regional idarə rəhbərlərindən baş idarənin idarəetmə aparıtının bütün yüksək ranqlı işçilərinə qədər hamısı Qağaməli müəllimin rəhbərə xas olan düzgün idarəetmə prinsipial iş bacarığından, qabiliyyətindən və hər zaman diqqətli bir rəhbər olmasından fərəhlə-qürurla danışırlar. Peşəkar bir rəhbər kimi Qağaməli müəllim də öz növbəsində hər zaman insan amilinə-insan faktoruna çox önəm verir. O bütün işçilərin əmək fəaliyyətini, sağlamlıq durumunu və iş qabiliyyətini daim diqqət mərkəzində saxlayır. O həmdə dövlət başçısı İlham Əliyev cənablarının tapşırıqlarına və tövsiyyələrinə adekvat cavab olaraq vəzifə borcuna, vəzifə təlimatına uyğun olaraq məsuliyyətini dərk edərək işçilərdən qayğısını əsirgəmir.
İstehsalat uğurları ilə yanaşı, insan faktoruna önəm verməsi, işçilərin əmək və iş şəraitinin yaxşılaşdırılması, texniki təhlükəsizlik qaydalarına məsuliyyətli dərəcədə diqqət yetirməsi Qağaməli müəllim üçün daim nəzarətdə saxlanılan əsas sosial prinsiplərdən biridir. Bu uğurlarınız SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayevin bacarıqlı, tələbkar bir rəhbər kimi gərgin iş əməyinin nəticəsidir ki, sizin kimi etibarlı peşəkar rəhbərlər bu tapşırıqları vicdanla yerinə yetirirsiniz. Bu yolda şəxsən sizə - Qaz İxrac İdarəsinin rəhbəri kimi Qağaməli müəllim şəxsiyyətinə və onun rəhbərlik etdiyi kollektivə uğurlar arzu edirik. Qağaməli müəllim sıravi bir vətəndaş kimi də hər zaman dövlətimizin başçısı, Ulu Öndərin layiqli davamçısı İlham Əliyev cənablarının daxili və xarici siyasətini bəyənmiş, onun yürütdüyü siyasəti dəstəkləmişdir. O bü gündə Dövlətə-Dövlətçiliyə, xalqa-millətə xidmət edərək Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sadiqdir.

Elşən Əliyev
“İqtisad.org” (İqtisadiyyat) xəbər portalının baş redaktoru

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Təhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildiribOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqXanış həkimin rəhbərliyi altında rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasında işlər uğurla davam etdirilir.Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıbOperativ Qərargah: Məhdudiyyətlərin bir qisminin ləğv olunması qərarı qüvvəyə minibMüdafiə Nazirliyi: Yalan danışmaq deputata yaraşmazCənubi Koreya vətəndaşı Ermənistan həbsxanasında özünü asdı“Azərkosmos” mənfəətlə işləməyə başlayıbMüdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildirAzərbaycanda daha bir vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olunubAzərbaycanda otellərin gəliri 16% azalıbAzərbaycanda dövlət xərclərinə yenidən baxılacaqAzərbaycan daha bir beynəlxalq reytinq cədvəlində mövqeyini yüksəldibAzərbaycan içki ixracını 48%-dən çox azaldıbDünya iqtisadiyyatının bu il çəkdiyi zərər açıqlandıAyda dağların formalaşması səbəbi müəyyən edilib"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir!Bank Respublika özünüməşğulluq proqramına dəstək olmağa davam edirHavanın temperaturu daha da yüksələcəkAğsudan Körfəz ölkələri və Avropaya ixrac ediləcəkVolkswagen Bakı Mərkəzindən bayrama özəl kampaniya“Azsığorta”dan oğurluq olub