"Dorian" qasırğası Baham adalarında 5 nəfərin həyatına son qoyub

  • 3-09-2019, 12:50
  • 14 dəfə oxunub
Reklam

Baham adalarında azı 5 nəfər "Dorian" qasırğasının qurbanı olub.

Bu barədə "İqtisad.Org" AP-yə istinadən xəbər verir.

Baham adalarının baş naziri Hyubert Minnis jurnalistlərə açıqlamasında təbii hadisə zamanı daha 21 nəfərin müxtəlif xəsarətlər aldığını bildirib. O, qeyd edib ki, yaralılar tibbi helikopterlərlə təxliyə edilib.

Baş nazirin sözlərinə görə, təcili xidmətlərə 2000-dən çox çağırış daxil olub.

Ada sakinlərinin sosial şəbəkələrdəki paylaşımlarına təbii hadisə nəticəsində suyun səviyyəsinin artımını, evlərin birinci mərtəbələrinin selə qərq olduğunu, insanların çardaqlarda, bəzən hətta damlarda qaldığını əks etdirən foto, video görüntülər yer alıb.

Sinoptiklərin proqnozlarına görə, bəzi yerlərdə suyun hündürlüyü 7 metrə qədər qalxa bilər.


"Dorian" qasırğası Baham adalarında 5 nəfərin həyatına son qoyub

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Salyan şəhər 2 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyəti başçısının valideynlərlə görüşü keçirilmişdir.Bakıda işıqlar söndü - NASAZLIQ YARANIBDolların manata qarşı sabaha olan rəsmi məzənnəsi açıqlandıNeft daha da ucuzlaşdıMetroda qatarlar dayandı"Azərenerji"dən "qəza" açıqlamasıBakı Fond Birjasında bir ilkAzərbaycanda koronavirusa görə qərargah yaradıldıSalyan rayonunda “Xocalı soyqırımının” iyirmi səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdirXİN: Sərhədi qoruyan əsgərin qətlə yetirilməsi cinayətdir və bunun məsuliyyəti Ermənistan üzərindədirAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Salyan və Neftçala rayonlarının sakinlərini qəbul etmişdir.Güclü külək başlayır - XƏBƏRDARLIQAzTV-nin gənc aparıcısı sədr müavini təyin olunduTəqaüdə göndərilən 7 hakimin adı bəlli oldu - EKSKLÜZİVİlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı“Moskva” univermağından 30 min manatlıq qızıl oğurlandıQanunsuz qoşulma qaz təsərrüfatına 6,8 mln. manat ziyan vurubHeydər Əliyev Fondu Əməkdar artistin müalicəsini üzərinə götürdüAğ Ev Konqresdən koronavirusa görə 1 milyard ABŞ dolları istəyəcəkİrandan koronavirusla bağlı ziddiyyətli xəbərlər gəlirMəzahir Pənahov seçkiyə görə kimlərin cəzalandırılacağını açıqladıGülər Əhmədovanın oğlu hakim qarşısına çıxarılır