Kaliforniyada katerdə yanğın zamanı ölənlərin 8-nin meyiti tapılıb

Kaliforniyada katerdə yanğın zamanı ölənlərin 8-nin meyiti tapılıb
  • 3-09-2019, 12:51
  • 31 dəfə oxunub
Reklam

Kaliforniyanın cənub sahilləri yaxınlığında, Santa Kruz adası ətrafında "Conception" kommersiya katerində baş verən yanğın zamanı ölənlərin 8-nin meyiti tapılıb.

"İqtisad.Org" xəbər verir ki bu barədə NBC məlumat yayıb.

Məlumata görə, meyitlərdən 4-ü sudan çıxarılıb, daha 4 meyit isə okeanın dibindədir. Həmçinin bildirilir ki, katerin heyət üzvlərindən 5-i xilas edilib.

ABŞ-ın Sahil Mühafizəsinin məlumatına görə, hadisə zamanı katerdə 39 nəfər olub. Bildirilir ki, yerli hakimiyyət orqanları azı 33 nəfərin həlak olduğunu güman edir.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.


Kaliforniyada katerdə yanğın zamanı ölənlərin 8-nin meyiti tapılıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: