İranın Qərb qarşısında şərti: "15 milyard dollar kredit verin, ya da neft alın"

İranın Qərb qarşısında şərti:
  • 4-09-2019, 13:55
  • 2 596 dəfə oxunub
Reklam

İran hakimiyyəti nüvə proqramı ilə bağlı Əhatəli Razılaşma müqaviləsinin şərtlərinə əməl etmək üçün yeni şərtlər irəli sürüb.

İqtisad.Org” “Mehr”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Abbas Arakçi Sloveniyanın paytaxtı Lyublyanada KİV nümayəndələrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, şərtlərə əsasən, 2019-cu ilin sonunadək Avropa İttifaqına üzv ölkələr İrandan neft almağa başlamalı, yaxud 15 milyard dollar məbləğində kredit verməlidir. Nazir müavini qeyd edib ki, bu kredit neftin pulunun qabaqcadan ödənilməsi hesab olunacaq.

A.Arakçi vurğulayıb ki, İran 15 milyard dolları aldıqdan sonra Almaniya, Britaniya, Fransa, Çin və Rusiya ilə nüvə proqramını müzakirə etməyə başlayacaq.

“Nüvə müqaviləsi barədə yenidən müzakirələr olmayacaq. Lakin başqa bir tərəf bu məsələdə ciddi çatışmazlıqların olduğunu iddia etdiyi üçün müqavilənin doğru şəkildə reallaşması gündəlikdə ola bilər. Bütün beynəlxalq dəniz yollarında təhlükəsizlik məsələsini də müzakirə etmək mümkündür. İran körfəzdə və Hörmüz boğazında gəmilərin təhlükəsizliyi və sərbəst hərəkəti ilə bağlı məsələləri müzakirə etməyə hazırdır”, - deyə nazir müavini qeyd edib.


İranın Qərb qarşısında şərti: "15 milyard dollar kredit verin, ya da neft alın"

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bu gündən məktəblər açılırƏrdoğan: “Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub”Azərbaycanda vurulan vaksinlərin sayı 8 milyonu keçdiVüqar Səfərli: "Həmin vəsaiti devalvasiya zamanı əldə etdim"Azərbaycan qırıcıları İstanbul səmasında nümunəvi uçuşlar həyata keçiribƏrdoğanın Rusiyaya səfər tarixi açıqlanıbAXC-nin elan edildiyi bina bərpa olunurTürkiyədə Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park açılıbDSX və DTX Xəzər dənizində əməliyyat keçirib, saxlanılanlar varDüzgün idarəçilik hər kəsə başucalığı gətirir - Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov !Neftçala Suvarma Sistemləri İdarəsi Elçin Əsədovun rəhbərliyi ilə öz işinin öhdəsindən layiqincə gəlirTanınmış jurnalist koronavirusa yoluxub, süni tənəffüs aparatına qoşulubMingəçevir Xəstəxanası xəstə yaxını ilə həkimlər arasında baş verən davaya münasibət bildiribAzad olunan ərazilərdə daha 63 mina aşkarlanıbƏrdoğan Rusiyaya səfər edəcəkTəcrübəli və səriştəli şəxs - Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılovGömrük Komitəsinin elektron xidmətlərinin istifadəçisi 6,8 milyonu ötübBakıda ilk dəfə qabarıq sahəyə malik piyada zolağı yaradılıbAzərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başlayıbUkraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilibGözünüz aydın, Üzeyir bəy, doğum gününüz Şuşada qeyd olunurABŞ polisi yüzlərlə insanın həyatını xilas edən azərbaycanlını mükafatlandırıb