Şənbə gününün hava proqnozu açıqlanıb

Şənbə gününün hava proqnozu açıqlanıb
  • 6-09-2019, 12:57
  • 209 dəfə oxunub
Reklam

Azərbaycanda sentyabrın 7-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “İqtisad.Org”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-27, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 7-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 7-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


Şənbə gününün hava proqnozu açıqlanıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
20 Yanvarda Bakıda gün ərzində gözlənilən hava şəraiti açıqlanıbPrezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı videoçarx paylaşılıbAzərbaycan XİN: "20 yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır"Gürcüstanda 20 Yanvar şəhidinin xatirəsi anılıbPrezident 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Sərəncam imzalayıb“20 Yanvar”ın 30 illiyi necə qeyd olunacaq?Mehriban Əliyeva: "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub"20 Yanvar hadisələrindən 30 il ötürBakı - Astara yolunda avtomobil qəzası olub, xəsarət alanlar varMSK sədri: "Seçkiləri izləmək üçün 92 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib"Almaniya hər il 200 min miqrant qəbul edəcəkBaş Prokurorluqda 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilibErməni silahlı bölmələri atəşkəs rejimini 23 dəfə pozubPKK-nın 13 terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olubÇində yeni virusa yoluxanların sayı 1,7 min nəfərdən çox ola bilərBerlində Liviya üzrə konfransın iştirakçıları birgə bəyanat qəbul ediblərİlon Mask 2050-ci ilə qədər Marsa milyon insan göndərəcəkRusiyada gömrük itlərinin gündə 12 saatdan çox istifadəsi qadağan olunubMaduro ABŞ-la birbaşa dialoqa hazır olduğunu bildiribTramp impiçment üzrə bütün ittihamları rədd edibNazim Ağayev : 20 YANVAR FACİƏSİ AZƏRBAYCAN XALQINA VƏ İNSANLIĞA QARŞI TÖRƏDİLMİŞ DƏHŞƏTLİ CİNAYƏTDİR.Musa Şəkiliyev : 20 Yanvar faciəsi tarixin Qan yaddaşı, xalqımızın qəhrəmanlıq tarixidir