Göygöldə Beynəlxalq Bankın qadın əməkdaşının qətlinin bəzi təfərrüatları məlum olub

Göygöldə Beynəlxalq Bankın qadın əməkdaşının qətlinin bəzi təfərrüatları məlum olub
  • 8-09-2019, 14:44
  • 10 dəfə oxunub
Reklam

Göygöldə törədilmiş qətllə bağlı bəzi təfərrüatlar məlum olub

"İqtisad.Org"un Qərb Mərkəzinin məlumatına görə, qətllə yetirilən Günay Cəlili Beynəlxalq Bankın Gəncə fililanda aparıcı mütəxəssis vəzifəsində çalışıb.

Onun həyat yoldaşı illər öncə xəstəlikdən dünyasını dəyişib və qadın atası və ovladları (bir oğlu və qızı -red) ilə birlikdə Üçtəpə kəndindəki ər evində (yarıtikili -red) yaşayırmış. Hadisə zamanı evdə qadınla birlikdə bibisi və övladları olub. Qətlin gecə saat 4 radələrində törədildiyi deyilir. Kənd sakinlərinin bildirdiyinə görə, Günay Cəlilinin qaldığı ev kəndin kənarında yerləşir və bu günə kimi onun haqqında heç bir pis söz, şayiə eşidilməyib.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Məmmədov vaxtilə qadının çalışdığı bankda mühafizəçi işləyib. O, hadisəni törətdikdən sonra qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən O.Məmmədovun axtarışları davam etdirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

***07:18

Göygöl rayonunda qətl hadisəsi olub.

"İqtisad.Org"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Üçtəpə kəndində təqribən yaşı 30-35 olan Cəlili Günay Yusif qızı yaşadığı evdə boğazı kəsilərək öldürülüb.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

G.Cəlili Beynəlxalq Bankın Gəncə şəhər filialının əməkdaşıdır. Qətli törədən Orxan adlı şəxs də həmin bankda mühafizəçi işləyir. Qadının iki övladı qalıb. Həyat yoldaşının illər öncə rəhmətə getdiyi bildirilir. Qadın övladları və bibisi ilə birgə yaşayırmış.

Hadisənin dəqiq başvermə səbəbləri Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır.


Göygöldə Beynəlxalq Bankın qadın əməkdaşının qətlinin bəzi təfərrüatları məlum olub

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakı məktəblərində I sinfə şagird qəbulunun vaxtı uzadılıbZakir Həsənov: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarını qəsdən yubadır"ATƏT təmas xəttində monitorinq keçirəcək"SOCAR Balkans": Bolqarıstanın qazpaylama sektoruna sərmayə qoyulmasının məqsədəuyğunluğu oktyabrda müəyyənləşəcək - EKSKLÜZİVAzərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblarAzərbaycanda iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılırGənc Tamaşaçılar Teatrının tavanı çökübBakının Zərgərpalan küçəsində hərəkət məhdudlaşdırılacaqDünya çempionatı: Azərbaycan ağırlıqqaldıranlarının çıxış cədvəli məlum olubGələn həftə Azərbaycana payız fəsli daxil olacaqİki avtomobil qəzası Bakıda 850 abunəçini qazsız qoyubAzərbaycan nefti 12%-ə yaxın bahalaşıbErmənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozubGürcüstanda Krım-Konqo qızdırmasından bir nəfər ölübYaponiyanın baş naziri bu ay İran prezidentilə görüşəcəyini bəyan edibQəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulubMaduro Venesuela müxalifəti ilə dialoqa hazır olduğunu bəyan edibTramp: “Son zamanlar neftin qiymətinin artması ciddi problem deyil”"Google"un işində problem yaranıbSəkkiz ayda BTC ilə 21,3 mln. ton neft nəql edilibAZTV və "Mədəniyyət TV"nin loqosu, "İdman Azərbaycan"ın adı dəyişibDövlət qulluğuna qəbul üzrə müsahibələrin vaxtı açıqlanıb