Cəlilabad polisi 16 il axtarışda olan şəxsi saxlayıb

Cəlilabad polisi 16 il axtarışda olan şəxsi saxlayıb
  • 9-09-2019, 12:38
  • 38 dəfə oxunub
Reklam

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları 16 il axtarışda olan şəxsi saxlayıb.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan "İqtisad.Org"un Muğan bürosuna verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə barəsində axtarış elan olunmuş Cəlilabad rayon Gülməmmədli kənd sakini Hikmət Ağayev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində saxlanılıb.

H.Ağayev 02.01.2003-cü ildən axtarışda olub.


Cəlilabad polisi 16 il axtarışda olan şəxsi saxlayıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: