Azərbaycanda vətəndaşsızlıq vəziyyətində olan şəxs öz vətəninə yola salınıb

Azərbaycanda vətəndaşsızlıq vəziyyətində olan şəxs öz vətəninə yola salınıb
  • 9-09-2019, 13:05
  • 9 dəfə oxunub
Reklam

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) vətəndaşsızlıq vəziyyətində olan şəxsin insan hüquqlarının təmininə nail olub.

Bu barədə "İqtisad.Org"a Ombudsmanın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fəaliyyətə başladığı ilk günlərdən Müvəkkil Elmira Süleymanova bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verir, innovativ təşəbbüslər irəli sürür. Bunun bariz nümunəsi kimi Ombudsman təsisatının miqrasiya prosesləri iştirakçılarının hüquqlarının müdafiəsi və təbliği, hüquq pozmalarının qarşısının alınması məqsədilə bir sıra xarici ölkələrin ombudsmanları ilə imzalanmış ikitərəfli əməkdaşlıq sazişləri əsasında görülən işləri qeyd etmək olar. Nəticədə həm həmvətənlərimizin xarici ölkələrdə, həm də xarici vətəndaşların ölkəmiz ərazisində pozulmuş insan hüquqları bərpa edilib. Bundan başqa, qanuni miqrasiyanın təbliği məqsədilə yerlərdə mütəmadi görüşlər və əhatəli müzakirələr keçirilib, həmçinin vətəndaşsızlıq vəziyyətində olan şəxslərin müvafiq sənədlərlə təmin edilməklə statuslarının rəsmiləşdirilməsinə nail olunub.

Belə ki, Müvəkkilin bu istiqamətdə həyata keçirdiyi fəaliyyət çərçivəsində uzun müddətdir heç bir təsdiqedici sənədi olmadan Azərbaycan Respublikası ərazisində yaşayan və 18 aydan artıqdır ki, Quba rayon Mərkəzi Xəstəxanasının stasionar şöbəsinə yerləşdirilən görmə qabiliyyətini itirmiş Seryakov Viktor Semyonoviçin vətəndaşlıq mənsubiyyəti müəyyən edilib. Bununla bağlı Müvəkkilin Rusiya Federasiyasının ölkəmizdəki Səfirliyinə müraciəti nəticəsində həmin ölkənin Vladimir şəhərində anadan olmuş V.Seryakovun RF vətəndaşlığına mənsubiyyətinin tanındığı məlum olub. Onun pasportla təmin edilməsi məqsədilə həmin Səfirlik tərəfindən sonuncunun adına Qayıdış şəhadətnaməsi rəsmiləşdirilib. Bununla yanaşı, həmin şəhadətnamənin surəti,həmçinin V.Seryakovun səhhəti ilə bağlı epikriz və digər tibbi sənədləri Quba rayon Mərkəzi Xəstəxanasının baş həkimi tərəfindən təsdiq edilərək Vladimir vilayətinin Ombudsmanına göndərilib.

V.Seryakovun RF-nın Vladimir vilayətində qohumlarının və qalmağa yerinin olmadığını nəzərə alaraq, Müvəkkilin Rusiya Federasiyasının və Vladimir vilayətinin Ombudsmanlarına müraciətindən sonra onun Vladimir şəhərində yerləşən “Yaşayış yeri olmayan şəxslərin reabilitasiya mərkəzi” dövlət sosial müəssisəsinə qəbul olunması məsələsi həll edilib.

V.Seryakov Quba rayon Mərkəzi Xəstəxanasında olan müddət ərzində onun fiziki, tibbi və prixoloji durumu, ehtiyaclarının ödənilməsi məsələlələri diqqətdə saxlanılıb, habelə Müvəkkilin tapşırığı əsasında Ombudsmanının Quba Regional Mərkəzinin təhbəri Bəhruz Əfəndiyev tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görülüb.

Jurlanistlərin və həkimlərin iştirakı ilə mətbuata müsahibə vermiş V.Seryakov saxlanılma şəraiti, ona qarşı rəftar, vaxtlı-vaxtında tibbi xidmətlə təmin olunmasından öz razılığını və minnətdarlığını bildirib.

Sentyabrın 6-da V.Seryakov Müvəkkilin nəzarəti altında öz vətəninə yola salınıb.


Azərbaycanda vətəndaşsızlıq vəziyyətində olan şəxs öz vətəninə yola salınıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Türkiyə XİN başçısı: "Möhlətin başa çatmasına 35 saat qaldı"Xəzərdə zəlzələ olubSalyanda Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün doğum günü ilə əlaqədar tədbir keçirilmişdir.İsveçrənin məşhur bankı Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırırErmənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 23 dəfə pozubABŞ Suriyadakı 1000 hərbçisini İraqa göndərəcəkAVRO-2020-nin himninin müəllifi məlum olubDünyada ən uzun birbaşa aviareys rekordu qeydə alınıbAzərbaycan hökuməti gələn il üçün inflyasiya və manatın məzənnəsinə dair proqnozunu açıqlayıbRusiyada plastik paketlərdən istifadə qadağan ediləcəkNyu-Yorkda dünyanın ən böyük həbsxanası bağlanılacaqTramp: “Hillari Klinton ağlını itirib”Alimlər “Ebola” virusu barədə xəbərdarlıq ediblərSahil Babayev gələn il sosial müdafiəyə ayrılacaq vəsaitin məbləğini açıqlayıbSiyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıbHonkonqda növbəti razılaşdırılmamış aksiya keçirilirPKK terrorçularının açdığı atəş nəticəsində Suriyada 1 türk əsgəri şəhid olubBarselonada polis etirazçıları dağıtmaq üçün rezin güllələr tətbiq edibLondonda "Brexit"in on minlərlə əleyhdarı aksiya keçiribBərdədə avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıbKuba prezidenti Azərbaycana səfər edəcəkBŞBPİ: "Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb"