Azərbaycan bu il Gürcüstan iqtisadiyyatına 30 mln. dollara yaxın investisiya qoyub

Azərbaycan bu il Gürcüstan iqtisadiyyatına 30 mln. dollara yaxın investisiya qoyub
  • 9-09-2019, 13:06
  • 13 dəfə oxunub
Reklam

Bu ilin birinci yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına 29,1 mln. dollar həcmində investisiya qoyub.

İqtisad.Org”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İllik müqayisədə Azərbaycanın Gürcüstan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 110,4 mln. dollar və ya 79,1% azalıb.

2019-cu ilin I rübündə Azərbaycanın Gürcüstana qoyduğu sərmayələrin həcmi 13,3 mln. dollar, II rübündə isə 15,8 mln. dollar təşkil edib. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin dördüncü ən böyük investoru olub. İkinci rübdə Azərbaycanın Gürcüstana yönəldilən birbaşa xarici investisiyaların ümumi həcmində payı 8,4% təşkil edib.

Aprel-iyun aylarında Gürcüstana, ümumilikdə, 187 mln. dollar həcmində sərmayə yatırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,7% azdır.

Gürcüstana ikinci rübdə ən çox investisiya qoyan ölkələrin ilk üçlüyünə Niderland, Türkiyə və ABŞ daxil olub.

Bu ilin birinci yarısında qonşu ölkədə ən çox sərmayə energetika (112,3 mln. dollar), istehsal (57,7 mln. dollar), hotel və restoranlar (86,7 mln. dollar), nəqliyyat (54,8 mln. dollar) və daşınmaz əmlak (102,3 mln. dollar) sahələrinə yönəldilib.


Azərbaycan bu il Gürcüstan iqtisadiyyatına 30 mln. dollara yaxın investisiya qoyub

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
ABŞ İran generalına sanksiya tətbiq edibYanvarın 20-də Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHIBakı metrosunda ventilyatorların sayı artırılır“Tesla” maşınları daha bir özəlliyə sahib olacaq“SOCAR istiqrazları”nın növbəti faiz ödənişi həyata keçirilibÖtən il 6 minə yaxın KOB subyekti arasında sorğu keçirilibAzərbaycan və Ermənistan XİN başçılarının görüşü bu aya planlaşdırılırUkraynanın baş naziri istefa veribAQTA qida təhlükəsizliyi qeydiyyatı üçün müraciət edən 405 sahibkarlıq subyektinə mənfi cavab veribBakı dünyanın ən bahalı şəhərləri reytinqinə daxil olub“Alphabet”in bazar dəyəri 1 trilyon dolları keçibHərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçirilibAzərbaycanın Gürcüstanın yanacaq idxalındakı payı azalıbAQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olubDeputatlığa namizədlərin sayı 1623-ə çatıbİranın ali rəhbəri 8 ildən sonra ilk dəfə Tehranda namaza rəhbərlik edəcəkUşaqlarda müşahidə olunan temperatur, ishal və qusma hallarının səbəbləri açıqlanıbAli Məhkəmənin ən gənc hakiminə yeni vəzifə verilibAzərbaycanda ötən il dövlət xətti ilə ipoteka krediti almaq üçün banklara 7 mindən çox müraciət olub.Azərbaycan klubları 2018-ci ildə futbolçulara 17 milyon avro maaş ödəyibDSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi bu gün başa çatırMəktəblərin qış tətilinin vaxtı açıqlanıb