BP: “Şəfəq-Asiman” blokunda kəşfiyyat quyusunun qazılmasına gələn ay başlanıla bilər

BP: “Şəfəq-Asiman” blokunda kəşfiyyat quyusunun qazılmasına gələn ay başlanıla bilər
  • 11-09-2019, 10:44
  • 43 dəfə oxunub
Reklam

“Şəfəq-Asiman" üzrə Kəşfiyyat Qazma Layihəsi Şəfəq-Asiman müqavilə sahəsinin daxilində kəşfiyyat quyusunun (SAXO1 adlanan) qazılmasından ibarətdir. Quyunun qazılması ilə əlaqədar planlaşdırılan fəaliyyətin həyata keçirilməsinə icazə almaq üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) hesabatı hazırlanaraq bu il avqust ayının 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib.

"İqtisad.Org" xəbər verir ki, bunu “BP Azerbaijan” şirkətinin mətbuat katibi Tamam Bayatlı deyib.

Onun sözlərinə görə, hazırda BP hökumətin icazəsini gözləyir: “Təxminən oktyabr ayında hökümətdən layihənin icrasına başlanılması üçün cavab gözləyirik. Müsbət cavab verilərsə artıq quyunun qazılmasına başlanılacaq. SAXO1 kəşfiyyat quyusu Şəfəq-Asiman Kontrakt Sahəsində Bakıdan təxminən 125 km cənub-şərqdə suyun dərinliyinin təxminən 624 m olduğu sahədə qazılacaq. Qazmanın cari ilin 4-cü rübündə başlanması və qazma fəaliyyətlərinin tamamlanması üçün 12 aya qədər müddətin lazım olduğunu bildirmişik.

SAXO1 quyusunun qazılmasının məqsədi isə Kontrakt sahəsinin potensial gələcək işlənməsindən qabaq kollektorun bu hissəsində karbohidrogenlərin olub-olmadığını təsdiqləməkdir. SAXO1 quyusu vasitəailə dəniz səviyyəsindən təqribən 6 000-7 000 metr dərinlikdə potensial karbohidrogen kollektorunun açılması planlaşdırılır".

Xatırladaq ki,, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.


BP: “Şəfəq-Asiman” blokunda kəşfiyyat quyusunun qazılmasına gələn ay başlanıla bilər

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Müdafiə Nazirliyi: "Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib"Daha bir hərbçimiz şəhid oldu, Müdafiə Nazirliyi şəhidlərin adlarını açıqladıYaponiyada virusa yoluxanların sayı artırMüdafiə Nazirliyi: "Hər hansı ərazi itkisinə yol verilməyibİranda neft emalı zavodu yanırCənubi Koreya vətəndaşı Ermənistan həbsxanasında özünü asdıBank Respublika özünüməşğulluq proqramına dəstək olmağa davam edir“Azsığorta”dan oğurluq olubVəzifəli vergi işçiləri məzuniyyətə çıxarkən müavinət alacaqlarAzərbaycanda 135 mindən çox vergi ödəyicisi dövlət dəstəyi üçün müraciət edibAzərbaycan içki ixracını 48%-dən çox azaldıbDünya iqtisadiyyatının bu il çəkdiyi zərər açıqlandıAyda dağların formalaşması səbəbi müəyyən edilibAzərbaycanda otellərin gəliri 16% azalıbMaldiv Respublikası əcnəbi turistləri qəbul edəcəkQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbAzərbaycanın tədiyyə balansında kəsir yaranıbMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibGömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıbAMB ADIF-ə 480 milyon manat kredit verəcək