OPEC: Səudiyyə Ərəbistanında hasilatın azalması neft bazarı üçün fors-major vəziyyətə səbəb olmayacaq

OPEC: Səudiyyə Ərəbistanında hasilatın azalması neft bazarı üçün fors-major vəziyyətə səbəb olmayacaq
  • 16-09-2019, 13:10
  • 13 dəfə oxunub
Reklam

Husilərin "Saudi Aramco"nun güclərinə hücumları nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatının azalması neft bazarı üçün fors-major vəziyyətə səbəb olmayacaq.

"İqtisad.Org" xəbər verir ki, bu barədə TASS-a OPEC-dəki yüksək vəzifəli şəxs məlumat verib.

Onun sözlərinə görə, OPEC vəziyyəti Beynəlxalq Enerji Agentliyi (BEA) ilə birgə izləyir.

"Səudiyyə Ərəbistanı və "Saudi Aramco" vəziyyətə tam nəzarət edir. İndiyə qədər onlar keçmişdəki hadisələrin öhdəsindən çox yaxşı gəliblər. Burada fors-major üçün heç bir səbəb yoxdur", - agentliyin müsahibi deyib.

O həmçinin bildirib ki, tədarükün təhlükəsizliyi OPEC üçün prioritet məsələdir, buna görə təşkilatın qərargahı vəziyyəti BEA ilə birlikdə izləyir.

Mənbənin sözlərinə görə, OPEC ölkələrinin növbədənkənar iclasının çağırılması məsələsi müzakirə olunmur.

"OPEC-də bu barədə təşviş yoxdur", - o söyləyib.


OPEC: Səudiyyə Ərəbistanında hasilatın azalması neft bazarı üçün fors-major vəziyyətə səbəb olmayacaq

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Rayonda 18 Oktyabr-Dövlət Müstəqilliyi gününə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” devizi altında tədbir keçirilmişdirSOCAR-AQŞ Türkiyədə qazma aparacaqTerrorçular İran ərazisindən Türkiyəyə atəş açıblar, ölən və yaralanan varBakıda çay evində 61 yaşlı kişi çaydanla öldürülübRusiyada plastik paketlərdən istifadə qadağan ediləcəkNyu-Yorkda dünyanın ən böyük həbsxanası bağlanılacaqTramp: "İŞİD tam nəzarət altındadır"Fransada 11 sentyabr terroruna bənzər terror aktının qarşısı alınıbBirinci vitse-prezident Azərbaycan xalqını təbrik edibƏrdoğan: "Biz terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək"BMT baş katibi ABŞ və Türkiyənin Suriya üzrə razılaşmasını alqışlayıbAzərbaycanın Dövlət Müstəqilliyi GünüdürTəhsil naziri: "Xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur"Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edibBu gün dünyanın diqqəti Ankarada olacaqXəzər dənizi hövzəsində “yaşıl liman” adını qazanan ilk Bakı Limanı olubLatviyanın sabiq prezidenti Azərbaycana gələcəkNazir: "Gələn il Azərbaycanda 130 minə yaxın şəxsin işə düzəlməsi təmin olunacaq"Kür çayının Neftçaladan keçən hissəsi qadağan olunmuş ov vasitələrindən təmizlənibKİV: Klinsmann Ekvador yığmasının baş məşqçisi olacaqPKK tərəfdarları Almaniyanın türk əslli vətəndaşını bıçaqlayıblar"YouTube" videohostinqin işində nasazlıq yaranıb