Bu şəxslərin maaşlarında 500 manatadək əlavə ediləcək - QƏRAR

Bu şəxslərin maaşlarında 500 manatadək əlavə ediləcək - QƏRAR
  • 9-10-2016, 20:36
  • 868 dəfə oxunub
Reklam

Nazirlər Kabineti “Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr”i təsdiq edib.
Bu şəxslərin maaşlarında 500 manatadək əlavə ediləcək - QƏRAR

İqtisad.org Nazirlər Kabinetinə istinadən xəbər verir ki, milli status almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr üçün 100 manat, 5-7-ci dərəcələr üçün 180 manat, 8-11-ci dərəcələr üçün 240 manat, 12-15-ci dərəcələr üçün 300 manat, 16-17-ci dərəcələr üçün 375 manat, 18-19-cu dərəcələr üçün 500 manat olacaq.

“Akademik” status almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr 70 manat, 5-7-ci dərəcələr üçün 110 manat, 8-11-ci dərəcələr üçün 140 manat, 12-15-ci dərəcələr üçün 200 manat, 16-17-ci dərəcələr üçün 275 manat, 18-19-cu dərəcələr üçün 350 manat müəyyənləşdirilib. “Respublika” statusu almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr üçün 40 manat, 5-7-ci dərəcələr üçün 60 manat, 8-11-ci dərəcələr üçün 80 manat, 12-15-ci dərəcələr üçün 100 manat, 16-17-ci dərəcələr üçün 130 manat, 18-19-cu dərəcələr üçün 200 manat olacaq.

“Milli”, “Akademik”, “Respublika” statusları almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr “Teatr və teatr fəaliyyəti haqqında” qanununa əsasən aylıq vəzifə maaşlarına əlavələr tətbiq edilən mədəniyyət təsisatlarının işçilərinə şamil edilmir.

Yeni əlavələrin müəyyən edilməsi ilə əlaqədar “Milli status almış və respublika əhəmiyyətli mədəniyyət müəssisələrinin işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2008-ci il 9 iyul tarixli 152 nömrəli qərarı ləğv edilib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakı məktəblərində I sinfə şagird qəbulunun vaxtı uzadılıbZakir Həsənov: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarını qəsdən yubadır"ATƏT təmas xəttində monitorinq keçirəcək"SOCAR Balkans": Bolqarıstanın qazpaylama sektoruna sərmayə qoyulmasının məqsədəuyğunluğu oktyabrda müəyyənləşəcək - EKSKLÜZİVAzərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblarAzərbaycanda iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılırGənc Tamaşaçılar Teatrının tavanı çökübBakının Zərgərpalan küçəsində hərəkət məhdudlaşdırılacaqDünya çempionatı: Azərbaycan ağırlıqqaldıranlarının çıxış cədvəli məlum olubGələn həftə Azərbaycana payız fəsli daxil olacaqİki avtomobil qəzası Bakıda 850 abunəçini qazsız qoyubAzərbaycan nefti 12%-ə yaxın bahalaşıbErmənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozubGürcüstanda Krım-Konqo qızdırmasından bir nəfər ölübYaponiyanın baş naziri bu ay İran prezidentilə görüşəcəyini bəyan edibQəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulubMaduro Venesuela müxalifəti ilə dialoqa hazır olduğunu bəyan edibTramp: “Son zamanlar neftin qiymətinin artması ciddi problem deyil”"Google"un işində problem yaranıbSəkkiz ayda BTC ilə 21,3 mln. ton neft nəql edilibAZTV və "Mədəniyyət TV"nin loqosu, "İdman Azərbaycan"ın adı dəyişibDövlət qulluğuna qəbul üzrə müsahibələrin vaxtı açıqlanıb