Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı
  • 20-05-2016, 23:36
  • 266 dəfə oxunub
Reklam

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı
DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINDA “AZƏRBAYCAN RESPUBLİKASINDA DƏNİZ NƏQLİYYATI SAHƏSİNDƏ MƏSULİYYƏTİN ARTIRILMASINDA DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINA DƏSTƏK” ADLI TVİNİNQ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ GƏMİ HƏRƏKƏTİNİN İDARƏETMƏ XİDMƏTİNİN OPERATORLARI ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR
Dövlət Dəniz Administrasiyasında 16-20 may tarixlərində İspaniyanın dəniz nəqliyyatı sahəsi üzrə mütəxəssislərinin iştirakı ilə təlim keçirilmişdir. Gəmi hərəkətinin idarəetmə xidmətinin operatorları üçün təşkil olunan təlim «Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək» adlı tvininq layihəsi çərçivəsində baş tutmuşdur. İspan mütəxəssisləri İnigo Landeta Bilbao və Antonio Padial Sayas 5 gün ərzində təlimə qatılan iştirakçılara ətraflı biliklər vermişdir. Mövzulara uyğun olaraq ümumi istiqamətlər nəzərdən keçirilmiş, əsas vəzifələr, məqsəd və prioritetlərə dair fikir mübadiləsi aparılmışdır. Təlimlərin ilk günündə dənizçilik sahəsində beynəlxalq qaydaların və konvensiyaların təkamül yoluna nəzər yetirilmişdir.
“Dənizdə yardım göstərilməsinə dair öhdəliklər” mövzusunda fikir mübadiləsi aparılmışdır. Seminarın qızğın müzakirələrə səbəb olan daha bir günü isə bütünlüklə “Axtarış xilasetmə əməliyyatlarının planlaşdırılması” mövzusuna həsr edilmişdir. Bu zaman dənizdə sağ qalma, meteorologiya şərtləri və ətraf mühit, qərarların qəbulu, prioritetlərin müəyyənləşdirilməsi, komandaların verilməsi, təşkilatçılıq, cavabdehlik və s. istiqamətlərin vacib olması barədə danışılmışdır. Axtarış xilasetmə əməliyyatları planlaşdırıldıqdan sonra onun necə həyata keçirilməsi də iştirakçılara izah edilmişdir.
Bundan başqa, “Ekoloji aspektlər” mövzusunda da müzakirələr yer almış, ətraf mühit çirklənməsinin mənbələri – neft sızmaları, təhlükəli maddələrin axıdılmasından yaranan fəsadlar və bununla mübarizə formaları haqqında fikir mübadiləsi aparılmışdır.
Təlimin gündəliyində “Etibarlı mətbu orqanlara məlumatın daşınması və dəqiq məlumatların cəmiyyətə çatdırılması”, “Ətraf mühitin çirklənməsi zamanı fövqəladə tədbirlərin görülməsi” və digər mövzular da yer almışdır.
Sonda həftə ərzində əldə olunan biliklər təkrar olaraq bir daha nəzərdən keçirilməklə suallar cavablandırılmış, müzakirələr aparılmışdır. İştirakçılara sertifikatlar verilmişdir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Türkiyə XİN başçısı: "Möhlətin başa çatmasına 35 saat qaldı"Xəzərdə zəlzələ olubSalyanda Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün doğum günü ilə əlaqədar tədbir keçirilmişdir.İsveçrənin məşhur bankı Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırırErmənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 23 dəfə pozubABŞ Suriyadakı 1000 hərbçisini İraqa göndərəcəkAVRO-2020-nin himninin müəllifi məlum olubDünyada ən uzun birbaşa aviareys rekordu qeydə alınıbAzərbaycan hökuməti gələn il üçün inflyasiya və manatın məzənnəsinə dair proqnozunu açıqlayıbRusiyada plastik paketlərdən istifadə qadağan ediləcəkNyu-Yorkda dünyanın ən böyük həbsxanası bağlanılacaqTramp: “Hillari Klinton ağlını itirib”Alimlər “Ebola” virusu barədə xəbərdarlıq ediblərSahil Babayev gələn il sosial müdafiəyə ayrılacaq vəsaitin məbləğini açıqlayıbSiyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıbHonkonqda növbəti razılaşdırılmamış aksiya keçirilirPKK terrorçularının açdığı atəş nəticəsində Suriyada 1 türk əsgəri şəhid olubBarselonada polis etirazçıları dağıtmaq üçün rezin güllələr tətbiq edibLondonda "Brexit"in on minlərlə əleyhdarı aksiya keçiribBərdədə avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıbKuba prezidenti Azərbaycana səfər edəcəkBŞBPİ: "Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb"