Azərbaycanın iri bankı 230 milyon manat xalis mənfəət açıqladı

Azərbaycanın iri bankı 230 milyon manat xalis mənfəət açıqladı
  • 16-07-2018, 13:48
  • 227 dəfə oxunub
Reklam

“Azərbaycan Beynəlxalq Bankı” ASC 2018-ci ilin birinci yarısını 229 milyon 792 min manat xalis mənfəətlə başa vurub.
Azərbaycanın iri bankı 230 milyon manat xalis mənfəət açıqladı


“Iqtisad.org” xəbər verir ki, cari ilin yanvar-iyun dövründə Beynəlxalq Bankın faiz gəlirləri 206 milyon 793 min manat, qeyri-faiz gəlirləri 52 milyon 489 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 141 milyon 105 min manat əməliyyat mənfəəti yaranıb. Kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatlardan 88 milyon 169 min manat azad olduğundan mənfəət 229 milyon 792 min manata yüksəlib. Beynəlxalq Bank 2018-ci ilin birinci yarısında mənfəət vergisi ödəməyib.



KAPİTALI ARTIB



30 İyun 2018-ci il tarixində Beynəlxalq Bank 7 milyard 615 milyon 553 min manat cəmi aktivlərə, 6 milyard 427 milyon 14 min manat cəmi öhdəliklərə və 1 milyard 188 milyon 538 min manat cəmi kapitala malik olub.



31 Dekabr 2017-ci il tarixində Beynəlxalq Bank 8 milyard 695 milyon 106 min manat cəmi aktivlərə, 7 milyard 746 milyon 920 min manat cəmi öhdəliklərə və 948 milyon 186 min manat cəmi kapitala malik idi. Birinci yarımildə likvid aktivlər ötən ilin sonundakı 2 milyard 205 milyon 523 min manatdan 1 milyard 71 milyon 896 min manata düşdüyünüdən Bankın cəmi aktivləri azalıb.



ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN



Müqayisə olunan dövrdə müştərilərə verilən kreditlər 1 milyard 784 milyon 359 min manatdan 1 milyard 675 milyon 969 min manata düşüb. Beynəlxalq Bankın digər banklardakı depozitləri isə 3 milyard 430 milyon 207 min manatdan 3 milyard 489 milyon 209 min manata yüksəlib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Dörd qəsəbədə avtomobil yollarının, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 6 milyon manat ayrılıbAzərbaycanda minik avtomobili istehsalı 3 dəfə artıbBaş Prokurorluq açıqlama yayıbOktyabr ayında Prezident İlham Əliyevin reytinqində yüksəlmə müşahidə olunub - SORĞUMehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcəkSiyavuş Novruzov: "YAP-ın builki bələdiyyə seçkilərində qələbə qazanacağı şəksizdir"Masallıya yeni icra başçısı təyin olunub - SƏRƏNCAMAğcabədiyə yeni icra başçısı təyin edilib - SƏRƏNCAMSabah sulu qar, qar yağacaq, güclü külək əsəcək“Bakı Fond Birjası”nın dövriyyəsi 2% azalıbŞahin Mustafayev: "2015-ci ildən bəri Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb"Azərbaycanda onlayn tətbiqlə bağlı yeni qurğular fəaliyyətə başlayırRamil Usubov Moskvada Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edibDünyada ilk dəfə Azərbaycanda İctimai İşlərə Nəzarət Qurğusu istifadəyə verilibAQTA Bakıda bazarda reyd keçirib, kiloqramı 5 manat 50 qəpiyə satılan ət aşkarlanıbƏvəz Qocayev: Azərbaycanda ən müasir yol infrastrukturu qurulur - ÖZƏL FOTOLARDİN əməliyyat keçirib, Bakıya narkotik və psixotrop maddələr gətirənlər saxlanılıbAzərbaycanda mobil etibarnamə sistemi fəaliyyətə başlayır“Facebook”a rəqib sosial şəbəkə yaradılıbTürkiyənin Azərbaycan avtomobil sənayesi ixracı 86% artıbAzərbaycanda tikinti şirkətindən oğurluq edilibErmənistan Baş Qərargahının rəisi işdən çıxarılır