Bakıda evlər ucuzlaşacaq – Proqnoz

Bakıda evlər ucuzlaşacaq – Proqnoz
  • 31-07-2016, 20:32
  • 274 dəfə oxunub
Reklam

2016-ci ilin sonunadək Bakıda daşınmaz əmlak bazarında qiymətlərin ciddi dəyişikliyini gözləməyə dəyməz.
Bakıda evlər ucuzlaşacaq – Proqnoz
Axar.az xəbər verir ki, bunu MBA Qrup konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, bu il daşınmaz əmlak bazarında qiymətlərin ciddi dəyişikliyi üçün zəmin yoxdur:

“Lakin 2017-ci ildə bu sahədə həyata keçirilən tədbirlər nəticəsində müsbət dəyişikliklər gözləmək lazımdır. Xüsusilə ucuz mənzil seqmentində, daşınmaz əmlakın dəyərinə müsbət təsir göstərəcək sosial mənzil tikintisini nəzərdə tuturam”.

Ekspertin fikrincə, 2016-ci ildə sosial mənzil tikintisi ilə bağlı hazırlıq işləri aparılacaq:

“Bazarın monitorinqi aparılacaq, belə mənzillərin alınması, şərait və sair izah ediləcək, tikintinin özü isə bilavasitə gələn ilin əvvəlində başlayacaq”.

Daşınmaz əmlak bazarında mövcud vəziyyətə gəlincə, MBA Qrupun başçısının sözlərinə görə, iyun ayında daşınmaz əmlakın dəyəri may ayı ilə müqayisədə orta hesabla 1,95 faiz azalıb:

“Ən çox azalma əvvəlki aylarda olduğu kimi, kommersiya obyektləri bazarında - 4,55 faiz müşahidə olunub. Mənzillərin qiyməti ilkin bazarda 1,1 faiz , təkrar bazarda isə 2,72 faiz azalıb”.

Trend-in məlumatına görə, ekspert yay fəslinin də qiymətələrə təsir göstərdiyini deyib:

“Ənənəvi olaraq yay aylarında mənzil ucuzlaşır, çünki bu dövr "ölmüş mövsüm" sayılır. Belə ki, iyunda aktivlik 1,7 faiz azalıb. Daşınmaz əmlakın qiymətinin artması adətən martdan iyunadək, eləcə də payızda baş verir”.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Dörd qəsəbədə avtomobil yollarının, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 6 milyon manat ayrılıbAzərbaycanda minik avtomobili istehsalı 3 dəfə artıbBaş Prokurorluq açıqlama yayıbOktyabr ayında Prezident İlham Əliyevin reytinqində yüksəlmə müşahidə olunub - SORĞUMehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcəkSiyavuş Novruzov: "YAP-ın builki bələdiyyə seçkilərində qələbə qazanacağı şəksizdir"Masallıya yeni icra başçısı təyin olunub - SƏRƏNCAMAğcabədiyə yeni icra başçısı təyin edilib - SƏRƏNCAMSabah sulu qar, qar yağacaq, güclü külək əsəcək“Bakı Fond Birjası”nın dövriyyəsi 2% azalıbŞahin Mustafayev: "2015-ci ildən bəri Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb"Azərbaycanda onlayn tətbiqlə bağlı yeni qurğular fəaliyyətə başlayırRamil Usubov Moskvada Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edibDünyada ilk dəfə Azərbaycanda İctimai İşlərə Nəzarət Qurğusu istifadəyə verilibAQTA Bakıda bazarda reyd keçirib, kiloqramı 5 manat 50 qəpiyə satılan ət aşkarlanıbƏvəz Qocayev: Azərbaycanda ən müasir yol infrastrukturu qurulur - ÖZƏL FOTOLARDİN əməliyyat keçirib, Bakıya narkotik və psixotrop maddələr gətirənlər saxlanılıbAzərbaycanda mobil etibarnamə sistemi fəaliyyətə başlayır“Facebook”a rəqib sosial şəbəkə yaradılıbTürkiyənin Azərbaycan avtomobil sənayesi ixracı 86% artıbAzərbaycanda tikinti şirkətindən oğurluq edilibErmənistan Baş Qərargahının rəisi işdən çıxarılır