DOSTLUQ ƏNƏNƏSİ DAVAM ETDİRİLİR

DOSTLUQ ƏNƏNƏSİ DAVAM ETDİRİLİR
  • 7-12-2016, 00:45
  • 341 dəfə oxunub
Reklam

23 oktyabr 2016-cı il tarixdə İstanbul Universitetinin rektoru professor Dr. Mahmut Ak və Mühəndislik fakültəsinin dekanı professor Dr.Mehmet Bilgin Gəncə Dövlət Universitetinin qonağı olmuşdur. Dəyirmi masa arxasında “iki dövlət bir millətin” iki universitetinin rektoru qardaşlığı daha da möhkəmlətmək naminə təhsildə də birgə iş birliyi haqqında qərarlaşmışdılar. Bu işbirliyi Gəncə Dövlət Universiteti üçün ən mühüm uğurlardan biridir. Çünki İstanbul Universiteti Türk xalqının, Türk dövlətinin qürur mənbəyidir.
DOSTLUQ ƏNƏNƏSİ DAVAM ETDİRİLİR
Universitetin tarixi 1453-cü ildən başlayır. Osmalı sultanı Sultan Mehmet tərəfindən fəth edilmiş Konstantinopol o zamandan İstanbul adlandırılmışdır. Roma İmperiyası dövründə “Öküz meydanı” kimi məşhur olan Bəyazit meydanında yerləşir.

Dünyanın 20, Avropada isə yaranan ilk 10 universitetdən biridir. 2011-ci ildə Türkiyə Cümhuriyyəti universitetlərindən yalnız dünyanın ən yaxşı 500 universitetinin sırasına daxil olan bu Universitetdə 18 fakültə, rektorluğa bağlı 50 mərkəz fəaliyyət göstərir. 250 minə yaxın tələbə ilə 5000-dən çox professor-müəllim heyəti çalışır. 1925-ci ildən universitetdə Türkiyənin ən böyük kitabxanası fəaliyyətə başlamışdır ki, burada 250 mindən çox kitab və 18 mindən çox əl yazısı saxlanılır.

Bu günlərdə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov İstanbul Universitetində işgüzar səfərdə olmuşdur. Universitetin rektoru professor Nahmut Ak professor Yusif Yusibovu eyni qardaşlıq istəyi ilə qarşılayıb ilk öncə İstanbul Universitetinin tarixi keçmişi, müasir inkişaf istiqamətləri, təhsil məsələləri haqqında ətraflı məlumat vermişdir.

Rəsmi hissədə hər iki Universitet arasında işbirliyi protokolu imzalanmışdır. Protokolun müddəalarına əsasən birgə elmi tədqiqatların aparılması, nəşriyyat sahəsində əməkdaşlıq, birgə elmi-praktik konfransların keçirilməsi və s. məsəllələr nəzərdə tutulmuşdur. Bununla bərabər Türkiyə ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin dünyanın müxtəlif qitələrində yerləşən universitetlərdə və eyni zamanda həmin universitetlərdə fəaliyyət göstərən akademik heyətin və təhsil alan tələbələrin Türkiyənin müxtəlif universitetlərində təcrübə görməsi və təhsilini davam etdirməsi məqsədilə Türkiyə Yüksek Öğretim Kurulu tərəfindən yaradılan Mövlana Mübadilə Proqramı çərçivəsində də protokol imzalanmışdır. Həmin protokola uyğun olaraq riyaziyyat,coğrafiya,kimya, tarix,iqtisadiyyat və ictimai elmləri əhatə edən ixtisaslar üzrə müəllim və tələbə mübadiləsi həyata keçiriləcəkdir.

Rəsmi hissədən sonra professor Nahmut Ak professor Yusif Yusibovu Universitetlə və İstanbul şəhərinin ecazkar gözəllikləri ilə tanış etmişdir.

Professor Yusif Yusibov göstərilən diqqətdən, qardaşlıq münasibətindən olduqca məmnun qaldığını bildirmişdir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ərdoğan Trampın yazdığı təhqiredici məktubu özünə qaytarıb“Facebook” 3 milyarddan çox saxta hesabı silibAzərbaycanlı deputatlar Belarusda parlament seçkilərini müşahidə edəcəklərDələduzluqda təqsirləndirilən "makler" məhkəmə zalında həbs edilibPrezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edibPalata: Banklar bu ilin 9 ayında 7 milyard manat kredit veribAzərbaycanda istilik xidməti üzrə yığım səviyyəsi 90-100% civarındadırBir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilibUEFA “Qarabağ”a 1 milyon 460 min manat ödəyibDSMF-nin iki rayon şöbəsinin müdirləri barəsində cinayət işi başlanıbDeputat: "Müsavat Partiyası Azərbaycanın adına ləkə gətirəcək "miqrant alveri"lə bağlı ictimaiyyətə açıqlama verməlidir"Qida Təhlükəsizliyi İnstitutu işə qəbul üçün vakansiya elan edibQazaxa yeni DYP rəisi təyin olunubBakıda sahibkarların maliyyə bazarlarına çıxışına həsr olunmuş forum keçirilirAzərbaycanlı mühacir Fransada saxlanılıbAzərbaycanda birdəfəlik şprislərlə bağlı yeni standart təsdiqlənibİrandan Azərbaycana 25 kq narkotik gətirilməsinin qarşısı alınıb, saxlanılan varMaliyyə Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənibLionel Messi: "Karyeramda yalnız bir dəfə rəqib futbolçudan forma istəmişəm"Azərbaycan nefti ucuzlaşıbAlmaniyada "miqrant alveri"nə görə Azərbaycanın 7 vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib - SİYAHINazir: “Tezliklə daha iki Dost Mərkəzi istifadəyə veriləcək"