Düzgün idarəçilik hər kəsə başucalığı gətirir ! - Rüstəm Xəlilov.

Düzgün idarəçilik hər kəsə başucalığı gətirir ! - Rüstəm Xəlilov.
  • 10-05-2021, 00:00
  • 270 dəfə oxunub
Reklam

Son günlər Hacıqabul rayonunda alqışa layiq işlərin görülməsi bir növ rayon sakinlərinin böyük sevincinə səbəb oldu. Bunlardan əlavə ölkə başçısının rayona olan diqqət və qağısı görülən işlərin bariz nümünəsidir. İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.
Bu gün Hacıqabul rayonunda aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları təyin olunmuş icra başçısı tərəfindən uğurla yerinə yetirilir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş, ümumi inkişafın miqyası genişlənmiş, sürəti bir az da artmışdır.
Hazırda Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun gərgin əməyi və zəhməti sayəsində Hacıqabul rayonu sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Rüstəm müəllim bu rayona başçı təyin olunduğu vaxtdan bəri, rayonun əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Yolların çəkilişi, kəndlərdə qaz, su, işıq problemi demək olarki tam həllini tapmışdır.
Bəli, xalqına arxalanan, amalı xalqına xidmətdə olan, xalq üçün quran, yaradan insanlar xoşbəxt insanlardır. Onlar millətin taleyini təyin etmək məsuliyyətinin nə demək olduğunu anlayır, bu məsuliyyəti ləyaqətlə daşıyır, həyatda xoşbəxtliyi ancaq gələcək nəsillərin şərəfi, varlığı və rahatlığı üçün çalışmaqda görürlər. Bu cür insanlar tək-tək olur, bəlkə də yüz ildə bir dəfə dünyaya gəlirlər. Millətlə birlikdə özləri də yüksəlirlər, millətlə birlikdə onları da bütün dünya tanıyır, şöhrəti aləmə yayılır.


Rüstəm Gülabba oğlu Xəlilov 1958-ci ildə anadan olub.
4 dekabr 2019 cu ildən Rüstəm Gülabba oğlu Xəlilov Prezident İlham Əliyevin sərəncamı ilə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib
Rüstəm Xəlilov Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatır.
2005-ci ildən 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib.
Milli Məclisin Regional Məsələlər Komitəsi yanında yaradılan İşçi qrupunun rəhbəri kimi çoxsaylı təkliflərin müəllifidir.
Prezident İlham Əliyev Rüstəm Xəlilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Düzgün idarəçilik hər kəsə başucalığı gətirir ! - Rüstəm Xəlilov.


Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov hər zaman vətənpərvərlik ideyalarına sadiq olduğunu əməli addımları ilə sübuta yetirən və ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü siyasi kursun müdafiə olunmasında əzmkarlıq nümayiş etdirən bir icra başçısıdır.Ötən 1 ildən çox müddət ərzində Hacıqabul rayonunun hər bir problemini diqqətdə saxlayan, xüsusilə də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yöndə əməli addımlarını atan Rüstəm Xəlilov, bu gün də ona göstərilən etimad və etibarı lazımi səviyyədə doğrultmağa çalışır.

Hacıqabul sakinləri Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun gördüyü bütün işlərdən öz razılığını bildirir.

İcra başçısı da bu insanların dövlətimizə olan inamından doğan müraciətlərini Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq böyük həvəslə dinləyib, problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verir.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. "Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün... "– deyir prezident İlham Əliyev.
Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işlərində hər zaman nümayiş etdirdiyi prinsipiallığı onlara göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onların adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onların həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil.
Sonda isə reallığı görməyən, yaxud görmək istəməyən şəxslərin diqqətinə çatdırmaq istəyirəm ki, bu gün Hacıqabul rayonu sözün həqiqi mənasında etibarlı əllərdədir. Rəhbərlik ilə rayon sakinləri arasında dərin inam, etibar var. Sizlər bu inamı qıra bilməzsiniz. Elin gözü tərəzidir.


Düzgün idarəçilik hər kəsə başucalığı gətirir ! - Rüstəm Xəlilov.


Biz də "İqtisad.Org" olaraq Rüstəm müəllimə möhkəm cansağlığı, işlərində müvəffəqiyyət, dövlət vəzifəsində daim böyük uğurlar qazanmağı arzu edirik. Xalqımızın rifahı naminə qarşıya qoyduğunuz hədəflərə çatmaqda uğurlar arzulayırıq.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
DİN azarkeşlərə müraciət edibAzərbaycanda daha bir instituta doktorant hazırlamaq səlahiyyəti verilibTəhsil Nazirliyi 1 448 müəllimlə bağlı qərar verdiKəlbəcərə keçməyə cəhd göstərən şəxslər saxlanılıbNaxçıvanda 24 mln manatlıq informasiya və rabitə xidməti göstərilibQubada 85 yaşlı qadın yanaraq ölübABŞ Ukraynaya əlavə 150 milyon dollarlıq hərbi yardım ayırdıPutin Baydenin ona qatil deməsindən narahat deyilKürdəmir rayon 43 saylı yol istismar idarəsi uğurlu inkişaf yolundaSumqayıt Baş Gömrük idarəsinin rəisi,general Vəzir Həsənov hər kəs tərəfindən sevilir, sayılıb-seçilir.Səmimi insan və öz işinin öhdəsindən layiqincə gələn - polkovnik Arif HəsənovRəfael Mehrəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!MM-in İnsan hüquqları komitəsi Kəlbəcərdəki hadisə ilə bağlı dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət edəcəkKəlbəcərdə həlak olanların nəşi yaxınlarına təhvil verilərək yola salınıb - YENİLƏNİBMehriban Əliyeva Kəlbəcərdə mülki şəxslərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı veribMəhərrəmin böyük planları, arzuları vardı...Bakı metrosu qarşıdakı 2 gündə işləməyəcəkAzərbaycanda enerji içkisi adı ilə satılan içkilərin bir qismi adi sərinləşdirici sulardırCeyhun Bayramov mina xəritələrini verməsi üçün Ermənistana çağırış edibAzərbaycan XİN Kəlbəcərdə jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıbŞəhid jurnalistlər Bakıda anılırAzərbaycan MN ilə Türkiyənin Baş Qərargahı arasında protokol imzalanıb