Neftin ucuzlaşmasına baxmayaraq, SOCAR-ın əməliyyatları dayanıqlıdır

Neftin ucuzlaşmasına baxmayaraq, SOCAR-ın əməliyyatları dayanıqlıdır
  • 9-03-2020, 02:31
  • 2 929 dəfə oxunub
Reklam

“Mənim fikrimcə, son iclasda razılıq əldə olunmamasına baxmayaraq, OPEC+ formatının aktuallığı tükənməyib. Ekspert birliyi bu qənaətdədir ki, formatın əsas məqsədləri olan neftin bazarda birgə tənzimlənməsi və neftin qiymətinin uzunmüddətli ucuzlaşmasının əngəllənməsi hədəfləri öz aktuallığını qorumaqda davam edir”.

“İqtisad.Org” xəbər verir ki, bu sözləri SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəsmi nümayəndəsi İbrahim Əhmədov deyib.

O, qeyd edib ki, ehtimala görə, bəzi iştirakçılar neftin qiymətinin qısa müddətə ucuzlaşmasını məqsədəuyğun hesab edir: “Necə ki, uzaq 2014-cü ildə olduğu kimi, burada qeyri-ənənəvi neft istehsalçılarının, xüsusən sıx kollektorların neftlərinin, yəni şist neftin bazar mövqelərinə təzyiq arqumenti mövcuddur.

Çünki onlar üçün itkisizlik həddi adi neft istehsalçılarına nisbətən daha yüksəkdir. Bu əsaslandırmanı əsas götürsək, çox güman ki, neft qiymətlərinin müvəqqəti enməsindən söhbət gedə bilər.

SOCAR isə son illər qeyri-konvensional neftin hasilatına yatırımlar etməyib. Bizim investisiyalarımız əsasən Azərbaycanda və ölkə xaricində neft emalı və neft-kimya komplekslərinə olub. Bu bizə biznes portfelimizi tarazlaşdırmağa və bir məhsul növündən asılılığı azaltmağa şərait yaradıb.

Beləliklə, aşağı qiymətlər səbəbindən xam neftin satışından itkilər olarsa, onda neft emalı və neft-kimya sahələrində marjanın artması ehtimalı var, çünki burada nefti qismən digər şirkətlərdən bazar qiymətinə alırıq. Beləliklə, son on ildə SOCAR əməliyyatların sabitliyinə nail olmaq və ümumi mənfəətin bir məhsul növündən asılılığını azaltmaq üçün mühüm işlər gördü.

Ümumiyyətlə, hesab edirəm ki, OPEC+ formatı aktuallığını saxlayacaq və gələcəkdə bazarın tələblərinə uyğun olaraq neft hasilatının məhdudlaşdırılması üçün ortaq kvotalar məsələsi yenidən qaldırıla bilər”.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycanda Milli Mətbuat GünüdürRusiyada meymunçiçəyini aşkar edən test hazırlanıbPutin Ukrayna taxılının ixracının şərtini açıqlayıbUkraynanın Rusiya nəzarətində olan kənd və qəsəbələrinin sayı açıqlanıbABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaqBakıdan Naxçıvana yeni avtobus reysi açılırRusiya FTX Ermənistanın Türkiyə hərbçiləri barədə dezinformasiyasını təkzib edib“Amazon” 3,9 milyard dollara tibbi şirkət alıbVatsapda yeni funksiya yaranıb29 il əvvəl 54 gün erməni mühasirəsində qalan azərbaycanlılar haqqında sənədli film çəkilirKoronavirusla mübarizədə iştirak edənlərə 4,3 milyon manatdan çox əlavə pul ödənilibSabah havanın temperaturu 38 dərəcəyədək artacaqSəhiyyə Nazirliyi koronavirus pandemiyası ilə bağlı vətəndaşlara çağırış edibTələbələrin böyük ümidlərinini, xəyallarını hər zaman yüksək tutan rektor - İbrahim Cəfərovİtaliya Prezidenti Azərbaycan liderinə məktub ünvanlayıbNarkotik qaçaqmalçıları Zəngilanda sərhədçilərə atəş açıb, saxlanılan varAzərbaycanın radiolarında aşkarlanan nöqsanlar açıqlanıbABŞ dövlət katibinin müavini Azərbaycana səfərə gəlibNeftçalada yol tikintisinə 3,9 milyon manat ayrılıb - SƏRƏNCAMTƏBİB qəzaya düşən məktəblilərin durumu ilə bağlı daha bir məlumat yayıbSənayenin qeyri-neft-qaz sektorunda istehsal 14 %-dən çox artıbAzərbaycanın qeyri neft-qaz sektoruna investisiyalar 15 %-dək artıb