Azərbaycan böhranı iqtisadiyyat üçün daha az itkilərlə keçə bilər

Azərbaycan böhranı iqtisadiyyat üçün daha az itkilərlə keçə bilər
  • 14-03-2020, 00:00
  • 2 937 dəfə oxunub
Reklam

"Azərbaycan beynəlxalq maliyyə bazarlarında yaranmış vəziyyətlə bağlı Rusiya və Qazaxıstan iqtisadiyyatını diqqətlə izləməlidir. Təcrübə onu göstərir ki, ilk iqtisadi zərbə onlara dəyir, onlarda devalvasiya baş verir və sonra biz məcburi olaraq bu addımı atırıq. Bizdə Mərkəzi Bank valyuta məzənnəsini saxladığı üçün öz-özünə devalvasiya ola bilməz".

Bu sözləri açıqlamasında dünya bazarlarında neftin qiymətinin ucuzlaşması və dolların bahalaşması ilə bağlı baş verən prosesləri şərh edən iqtisadçı ekspert Zaur Qardaşov deyib.

Ekspert qeyd edib ki, Rusiya və Qazaxıstanda devalvasiya olarsa, bizdə də hökumət devalvasiya ilə bağlı düşünülmüş qərar verə bilər:

"Rusiyada valyuta dünən günün əvvəlinə 63 rubldan 76-78 rubla qədər qalxdı, sonra günün sonuna bir qədər stabilləşdi. Bu gün stabilləşmə davam edərsə, bizdən də təhlükə qeyri-müəyyən müddətə uzaqlaşa bilər. Rusiyada vəziyyətin necə olduğu, valyutalarını stabil saxlaya bilib-bilmədikləri bu gün bilinəcək. Dünənki tarixə onlarda valyuta satışı dayanmışdı. Ümumiyyətlə, məsələnin iki məğzi var. Bunlardan biri klassik iqtisadi problemdir. Belə ki, ABŞ-la Çin arasında ticarət müharibəsi uzunmüddətli effekt yaratdı, böhrana gətirib çıxartdı, daha sonra koronavirus problemi Çin iqtisadiyyatına zərbə vurdu və sonra da Avropaya və ABŞ-a keçdi.


Böhranın ilk simptonları artıq ötən həftə ABŞ-ın fond bazarlarında özünü biruzə verdi. Dünən neftin qiyməti br qədər yuxarı qalxsa da, vəziyyət eyni olaraq qalır. Məsələnin məğzi ondadır ki, tam kritik məqam nə iqtisadi amillərlə bağlıdır, nə də koronavirusla. Əslində koronavirus və iqtisadi amillər nefti 45-50 ABŞ dolları dəhlizində saxlaya bilər. Əsas problem ondadır ki, Rusiya ilə Səudiyyə Ərəbistanı OPEC+ razılaşmasını pozdular. Əvvəlki razılaşmanın limitini saxlamaq üzrə, yeni 1,5 milyon barellik azalma razılaşmasına Rusiya qoşulmaq istəmədi. Bunun səbəbləri müxtəlif ola bilər. Ortada Qazaxıstan və Rusiyanın bu addımı atması ilə bağlı açıq-aydın səbəblər yoxdur. Bu dövlətlərin rəsmiləri bildirir ki, bizim iqtisadiyyatımız hətta 25-30 ABŞ dollarlıq qiymətlərə də hazırdır və uzun müddət biz bu qiymətləri saxlaya bilərik. Amma faktiki olaraq bilirik ki, bu gün qiymətlər Rusiya iqtisadiyyatı üçün ölümcül ola bilər. Ona görə də güman edirəm ki, yaxın 1 həftə və ya 10 gün müddətində Rusiya və Səudiyyə Ərəbistanı yenidən danışıqlar masasına geri qayıdacaq və OPEC razılaşması ilə bağlı yeni razılaşmalar əldə edəcəklər.

Belə olduğu halda, neft ən azı özünün Azərbaycan iqtisadiyyatı üçün də birbaşa zərbə ola biləcək o kritik 30-40 ABŞ dolları dəhlizindən 45-50 ABŞ dolları dəhlizinə geri qayıdacaq. Danışıqlar bərpa olunmazsa və Rusiya ilə Səudiyyə bu naməlum mübarizələrini davam etdirərlərsə, Azərbaycanda əhali və biznes tərəfindən böyük valyuta pressinqi yaranacaq və dövlət bu tələbi təmin etmək məcburiyyətində qalacaq. Yəni insanlarda bank depozitlərini və manatla olan valyutalarını dollara çevirmək istəyi yaranacaq. Bu da qısa müddət ərzində təqribən 20-25 milyard ABŞ dolların bazara buraxılması ehtiyacı yaradacaq".

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Baş Prokurorluq: "Sosial şəbəkədə əsassız məlumat yayan şəxs həbs olunub"MEDİA-nın icraçı direktoru: "Jurnalistlər zəruri məlumatlarla təmin edilməlidir"Ötən il Baş Prokurorluğun İstintaq İdarəsində 120 şəxs barəsində 96 cinayət işinin istintaqı tamamlanıbsBakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni mətbuat katibi təyin olunubTürkiyənin məşhur aktrisası vəfat edibPrezidentin köməkçisi: "20 Yanvar xalqımızın qəhrəmanlıq tarixinin ayrılmaz hissəsidir"Yeni icra başçısı kollektivə təqdim olunubSəudiyyə Ərəbistanında son 30 ilin ən soyuq temperaturu qeydə alınıbStrasburqda jurnalistlər Makrona etiraz əlaməti olaraq mətbuat konfransını tərk ediblərBayden Rusiyanı indiyə qədər görünməmiş sanksiyalarla hədələyibMehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edibQanlı 20 Yanvar faciəsindən 32 il ötürTeymur Musayev səhiyyə naziri təyin edilibDövlət qurumlarında işləyən daha bir qrup şəxsin maaşları artırılıb - QƏRARBaş Prokurorluq özbaşına tikinti işləri aparan şəxslərə xəbərdarlıq edibQubadlıda DSX-nin yeni qərargah bina­sı istifadəyə verilibXİN-də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir başlayıbDİN Ümumxalq Hüzn Günü ilə əlaqədar vətəndaşlara müraciət edibSaytlara və qəzetlərə maliyyə dəstəyi ilə bağlı müsabiqənin nəticələri açıqlanıbAzərbaycan neftinin qiyməti 90 dolları keçib“Qara qızıl” 1 %-dən çox bahalaşıb"Azərsu" Müştəri İnformasiya Sistemləri proqramının tətbiqini yekunlaşdırıb