Bu ilin əvvəlindən fermerlər 157 milyon manat subsidiya alıb

Bu ilin əvvəlindən fermerlər 157 milyon manat subsidiya alıb
  • 28-04-2020, 00:57
  • 2 482 dəfə oxunub
Reklam

Bu ilin əvvəlindən Azərbaycanda fermerlərə 157 milyon manat subsidiya verilib.

Bu barədə "İqtisad.Org"a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə məlumat verib.

Onun sözlərinə görə, həmin vəsait 342 min fermerə ödənilib və bu proses davam edir.

Xatırladaq ki, bu ildən subsidiya ödənişi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Fermerlər EKTİS-də əkinləri ilə bağlı məlumatlarını bəyan edir və buna uyğun subsidiya alırlar.

Yeni subsidiya qaydaları ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanı ilə təsdiq olunub. Fərmanın icrası və subsidiyaların yeni qaydalarla verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları fermerlərin EKTİS-də qeydiyyatı üçün mobil qruplar yaradıb, fermerləri məlumatlandırmaq üçün təlimçilər hazırlayıb və yeni subsidiya mexanizmi təsərrüfat sahiblərinə izah olunub.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdürZöhrə Abdullayeva xəstəxanaya yerləşdirildiPrezident İlham Əliyev ulu öndər Heydər Əliyevlə bağlı paylaşım edibErmənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başlayıbMaliyyə Nazirliyi müraciət yayıbYılmaz Vural istefaya göndərildiBakıda sürücü 6 yaşlı uşağı vuraraq hadisə yerindən qaçdıDüzgün idarəçilik hər kəsə başucalığı gətirir ! - Rüstəm Xəlilov.Füzulidə yol infrastrukturunun inkişafı geniş vüsət alıbFüzuli Kərimlinin uğurlarına kölgə salmaq mümkün olmayacaqƏli Həsənovun oğlunun şirkəti məhkəməyə verildi“Taliban”a qoşulan azərbaycanlılar həbs edildiBakının küçə və parklarından birinə Polad Həşimovun adı verildiTəhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələndiBakıda qanunsuz aksiya keçirməyə cəhd edilibÇin peyvəndi vurduranlar Avropa İttifaqına buraxılmayacaq?Bakı metrosunda sərnişindaşımanın maya dəyəri 3 dəfə artıbVətən müharibəsi qəhrəmanları üçün nəzərdə tutulan güzəşt və imtiyazlar genişləndirilirMarsda yeni vulkan püskürmələrinin izləri aşkarlandıPREZİDENTİN ETİMADINI DOĞRULDAN İCRA BAŞÇISI - SÜLEYMAN MİKAYILOVRafiq Quliyev Xətai sakinlərinin etimadını qazanıbQaz Emalı Zavodunun direktoru Aqşin Paşayev gördüyü işlərlə hər kəsə nümunədir.