Azərbaycan içki ixracını 48%-dən çox azaldıb

Azərbaycan içki ixracını 48%-dən çox azaldıb
  • 20-07-2020, 04:34
  • 2 391 dəfə oxunub
Reklam

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 4,8 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, eləcə də spirt ixrac edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 milyon ABŞ dolları və yaxud 48,4% azdır.

Hesabat dövründə içki ixracı Azərbaycanın ümumi ixracının 0,1%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 0,9%-ni təşkil edib.

4 ay ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin, spirtin dəyəri isə 18,2 milyon ABŞ dolları təşkil edib. Bu isə bir il əvvələ nisbətən 1,1 milyon ABŞ dolları və yaxud 5,6% azdır.

Hesabat dövründə içki idxalı Azərbaycanın ümumi idxalının 0,5%-ni təşkil edib.

Xatırladaq ki, yanvar-apreldə Azərbaycanın xarici ticarət dövriyyəsinin dəyəri 9,7 milyard ABŞ dolları olub ki, onun da 6,3 milyard ABŞ dolları ixracın, 3,4 milyard ABŞ dolları isə idxalın payına düşüb.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Daşkəsən Rayon Dövlət Yol Polis Bölməsinə yeni təyinat olub“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana bu gün gətiriləcək - YENİLƏNİBQırğız Respublikası və Tacikistan atəşkəs barədə razılığa gəliblərPrezident İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıbAzərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili barədə yeni qərarMövlud Çavuşoğlu: “Azad Rəhimovun vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladım”Elnur Məmmədli: "Azad Rəhimov evdən yox, eldən getdi" - XATİRƏLƏR"Polisəm" deyib qadınları şantaj edən kişi saxlanılıb“Google”da “Bayraktar TB2” barədə məlumatları ən çox ermənilər axtarırMüəllimlərin iş yerinin dəyişdirilməsinə başlanılırDTX rəisi Gürcüstanda rəsmi səfərdə olubXİN-də struktur dəyişikliyi olub, nazir müavininin səlahiyyətləri artırılıb - EKSKLÜZİVDYP sürücülərə müraciət edibLerikdəki qətlin üstü hələ açılmayıb - RƏSMİAbşeronda toy keçirilən restoran sahibi və 65 nəfər cərimələnibAlimpaşa Məmmədov 3 milyon manatlıq şirkəti öz oğluna 40 manata satıbAlimpaşa Məmmədovun mənimsədiyi vəsaitlər açıqlanıbŞəmkirin sabiq icra başçısı Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunurHindistanda rekord sayda COVID-19 xəstəsi aşkarlanıbMəktəb direktoru koronavirusdan vəfat edibAAYDA-nın zavodunda fəhlə faciəvi şəkildə ölübDTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yaydı