“Azərkosmos” mənfəətlə işləməyə başlayıb

“Azərkosmos” mənfəətlə işləməyə başlayıb
  • 15-06-2020, 12:17
  • 2 413 dəfə oxunub
Reklam

“Azərkosmos” ASC 2019-cu ili 3,6 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2018-ci ildən 6,5 milyon manat zərərlə çıxmışdı.

Ötən il “Azərkosmos”un göstərdiyi xidmətlərin satışından gəlirləri 52 milyon manat (əvvəlki ilə nisbətən 41,2% çox), xidmətlərinin maya dəyəri 38 milyon manat (7,1% çox), ümumi və inzibati xərcləri 10,7 milyon manat (21,5% çox), ticarətdən debitor borcları üzrə xalis dəyərsizləşmə zərəri 621 min manat (3,9 dəfə çox), maliyyə gəlirləri 12,2 milyon manat (2,6 dəfə çox), maliyyə xərcləri 19,5 milyon manat (2,6 dəfə çox), maliyyə icarəsi müqavilələri üzrə satışdan tanınmış mənfəəti 7,7 milyon manat (əvvəlki il olmayıb), sair gəlirləri isə 447 min manat (88,3% az) təşkil edib. Səhmdar cəmiyyəti mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Azərkosmos”un aktivləri 628,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,8% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 10,4% azalaraq 663,8 milyon manata, balans kapitalının çatışmazlığı isə 59,7% azalaraq 35,2 milyon manata düşüb.

Xatırladaq ki, “Azərkosmos” 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 169,3 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Daşkəsən Rayon Dövlət Yol Polis Bölməsinə yeni təyinat olub“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana bu gün gətiriləcək - YENİLƏNİBQırğız Respublikası və Tacikistan atəşkəs barədə razılığa gəliblərPrezident İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıbAzərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili barədə yeni qərarMövlud Çavuşoğlu: “Azad Rəhimovun vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladım”Elnur Məmmədli: "Azad Rəhimov evdən yox, eldən getdi" - XATİRƏLƏR"Polisəm" deyib qadınları şantaj edən kişi saxlanılıb“Google”da “Bayraktar TB2” barədə məlumatları ən çox ermənilər axtarırMüəllimlərin iş yerinin dəyişdirilməsinə başlanılırDTX rəisi Gürcüstanda rəsmi səfərdə olubXİN-də struktur dəyişikliyi olub, nazir müavininin səlahiyyətləri artırılıb - EKSKLÜZİVDYP sürücülərə müraciət edibLerikdəki qətlin üstü hələ açılmayıb - RƏSMİAbşeronda toy keçirilən restoran sahibi və 65 nəfər cərimələnibAlimpaşa Məmmədov 3 milyon manatlıq şirkəti öz oğluna 40 manata satıbAlimpaşa Məmmədovun mənimsədiyi vəsaitlər açıqlanıbŞəmkirin sabiq icra başçısı Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunurHindistanda rekord sayda COVID-19 xəstəsi aşkarlanıbMəktəb direktoru koronavirusdan vəfat edibAAYDA-nın zavodunda fəhlə faciəvi şəkildə ölübDTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yaydı