Qobunu su ilə təmin edəcək yeni anbarların tikintisi yekunlaşır

Qobunu su ilə təmin edəcək yeni anbarların tikintisi yekunlaşır
  • 15-09-2020, 00:04
  • 486 dəfə oxunub
Reklam

Abşeron rayonunun Qobu qəsəbəsinin və ətraf yaşayış massivlərinin, eləcə də Qobu Park Məcburi köçkün şəhərciyinin içməli su təchizatında dayanıqlığın təmin olunması məqsədilə yeni anbarların tikintisi yekunlaşmaq üzrədir.

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, Qobu qəsəbəsinin böyük bir hissəsində içməli su şəbəkəsi yaradılsa da paylayıcı anbar olmadığından qəsəbəyə verilən suyun tənzimlənməsində çətinliklər yaranırdı. Bunlar nəzərə alınaraq Qobu qəsəbəsində relyef baxımından yüksək ərazidə ümumi tutumu 10 min kubmetr olan 4 su anbarının inşası layihələndirilib. İlkin mərhələdə hər birinin tutumu 2,5 min kubmetr olan 2 anbar inşa edilib. Hazırda həmin anbarlarda son tamamlama işləri aparılır. Növbəti mərhələdə ümumi tutumu 5 min kubmetr olan daha 2 anbarın inşası nəzərdə tutulur.

Yeni tikilən anbarlar Oğuz-Qəbələ-Bakı magistral su kəmərindən ayrılan 280 mm diametrli xətdən qidalanacaq. Bu xətdə suyun təzyiqi yüksək olduğundan məcburi köçkünlərin yaşadığı Qobu Park yaşayış massivini qidalandıran magistral kəmər üzərində hər birinin tutumu 50 kubmetr olan tənzimləyici çənlər də inşa edilib. Yeni yaradılan su təchizatı sistemləri Qobu qəsəbəsi və Qobu Park yaşayış kompleksinin paylayıcı su şəbəkələrində sabit hidravlik rejimləri təmin etməklə əhalinin içməli su təminatında dayanıqlığa imkan verəcək.

Qeyd edək ki, cari ilin may ayında Qobu Park yaşayış kompleksinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 225 mm diametrli borularla 5,4 km uzunluğunda magistral su kəməri çəkilərək yaşayış kompleksinin anbarlarına birləşdirilib. Bununla da kompleksə Kür-Bakı magistral su kəməri ilə yanaşı, Oğuz-Qəbələ-Bakı su xətti hesabına içməli suyun verilməsi təmin olunub.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Baş Prokurorluq: "Sosial şəbəkədə əsassız məlumat yayan şəxs həbs olunub"MEDİA-nın icraçı direktoru: "Jurnalistlər zəruri məlumatlarla təmin edilməlidir"Ötən il Baş Prokurorluğun İstintaq İdarəsində 120 şəxs barəsində 96 cinayət işinin istintaqı tamamlanıbsBakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni mətbuat katibi təyin olunubTürkiyənin məşhur aktrisası vəfat edibPrezidentin köməkçisi: "20 Yanvar xalqımızın qəhrəmanlıq tarixinin ayrılmaz hissəsidir"Yeni icra başçısı kollektivə təqdim olunubSəudiyyə Ərəbistanında son 30 ilin ən soyuq temperaturu qeydə alınıbStrasburqda jurnalistlər Makrona etiraz əlaməti olaraq mətbuat konfransını tərk ediblərBayden Rusiyanı indiyə qədər görünməmiş sanksiyalarla hədələyibMehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edibQanlı 20 Yanvar faciəsindən 32 il ötürTeymur Musayev səhiyyə naziri təyin edilibDövlət qurumlarında işləyən daha bir qrup şəxsin maaşları artırılıb - QƏRARBaş Prokurorluq özbaşına tikinti işləri aparan şəxslərə xəbərdarlıq edibQubadlıda DSX-nin yeni qərargah bina­sı istifadəyə verilibXİN-də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir başlayıbDİN Ümumxalq Hüzn Günü ilə əlaqədar vətəndaşlara müraciət edibSaytlara və qəzetlərə maliyyə dəstəyi ilə bağlı müsabiqənin nəticələri açıqlanıbAzərbaycan neftinin qiyməti 90 dolları keçib“Qara qızıl” 1 %-dən çox bahalaşıb"Azərsu" Müştəri İnformasiya Sistemləri proqramının tətbiqini yekunlaşdırıb