Doğru qərarları ilə seçilən içimizdən biri - Vaqif Həsənov

Doğru qərarları ilə seçilən içimizdən biri - Vaqif Həsənov
  • 18-01-2021, 00:53
  • 173 dəfə oxunub
Reklam

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov : 44 gün davam edən, amma bütün tarixboyu danışılacaq Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra artıq ölkəmizin həyatında
yeni mərhələ-quruculuq, inkişaf, işğaldan azad edilmiş torpaqlarımızın bərpası dövrü başlayır. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev istər Vətən müharibəsi dövründə cəbhədən gələn qələbə xəbərlərini xalqa çatdırarkən, istər xarici mətbuata müsahibələrində, istər
Azərbaycanın hərbi-siyasi Qələbəsinin təsdiqi olan 10 noyabr üçtərəfli razılaşmasından sonra, istərsə də Zəfər sevincini bölüşmək üçün işğaldan
azad edilmiş şəhər və kəndlərimizə səfərləri zamanı bu əminliyi ifadə etmişdir ki, Qarabağ bölgəsində cənnət yaradacağıq. Xalqımız buna layiqdir.
Böyük qayıdış proqramı hazırlanır. Tezliklə Azərbaycan xalqı və bütün dünya işğaldan azad olunmuş, dirçəldilmiş şəhərlərimizi, kəndlərimizi
görəcək, xarici qonaqlar bu ərazilərimizi ziyarət etməyə maraq göstərəcək, bir sözlə, inkişaf modeli daim dünyaya nümunə olan Azərbaycanın
həyatında yeni mərhələ başlayacaq. Dağlıq Qarabağ münaqişəsi geridə qalmaqla Azərbaycanın yeni iqtisadi və sosial inkişaf konsepsiyasının
hazırlanmasını və uğurlu icrasını şərtləndirdi.

Vaqif Bəhram oğlu Həsənov 18 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olmuşdur.Əmək fəaliyyətinə 1977-ci ildə Bərdə Kolxozlararası Tikinti idarəsində fəhlə kimi başlamışdır. 1980-1987-ci illərdə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma İdarəsinin elektrik çilingər, 1987-1989-cu illərdə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının partiya təşkilatının katibi işləmişdir. 1991-ci ildə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma İdarəsinin partiya komitəsinin katibi, 1991-1995-ci illərdə Ə.Ç.Əmirov adına Neft Qaz Çıxarma İdarəsinin Xüsusi şöbəsinin rəisi, 1995-2001-ci illərdə H.Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının rəisi, 2001-2005-ci illərdə H.Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Kadrlar şöbəsinin rəisi, 2005-2006-cı illərdə N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin rəisin ümumi məsələlər üzrə müavini, 2006-2011-ci illərdə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011-2013-cü illərdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır.

Son vaxtlarda rayon icra başçılarının həbsi bütünlükdə digər məmurların da gördüyü yaxşı işi, yaxşı təcrübəni kölgə altına salmış oldu. Bizdə dəfələrlə bu mövzuya toxunaraq daim bu xarakterdə olan insanları tənqid etməklə onları həmdə birinci şəxsə təqdim edənləri diqqətli olmağa səsləmişik. Və açıq etiraf etmək lazımdır ki, iş o yerə çatıb ki, artıq idarəçilikdə regional idarəetməyə keçidin reallaşacağı gün uzaqda olmaması hiss edilməkdədir.

Sözsüz ki, hər kəsin fəaliyyəti bu gün göz önündədir. Hər bir məmura qiyməti isə zamanında verilir. Onu da qeyd edim ki, bu sistemdə həqiqətən səviyyəli, bacarıqlı, dövlətinə və Vətəninə sədaqətlə xidmət edən məmurlar da az deyil.

Bunlardan biri də Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovdur. Daim səmimiliyi ilə, savadı və bacarığı ilə seçilən Vaqif Həsənovu digərlərindən fərqləndirən əsas cəhət sözünə bütov olması, vətəndaşlarla təmas qurmağa maraqlı olması, fəaliyyətində açıq, şəffaf olmasıdır.

Uzun illər bir çox dövlət qurumlarında çalışan Vaqif Həsənov Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Vaqif müəllimin icra başçısı kimi 2 illik fəaliyyətinə nəzər salsaq rayonda ciddi layihələrə imza atmaqla, ölkə başçısının verdiyi tövsiyələrə əməl etməklə rayonun inkişafına da öz töhvəsini verməkdədir.Həqiqətən araşdırsaq bu 2 il müddətində saysız hesabsız layihələrin icra edildiyinin şahidi olarıq.

Yadımdadır, vaxt var idi ki, rayon icra hakimiyyətinin binası əksər hallarda şikayətçilərlə əhatə olunurdu. Günün hansı vaxtında getsən giley-güzar edən, hay-küy salan, yardım istəyən adamlara rast gəlirdik. İndi tamam başqa mənzərədir.Ağdamda hərə öz işi ilə məşğuldur. İcra hakimiyyəti aparatında da hər kəs vəzifəsini bilir, ona uyğun hərəkət edir.

Vəziyyətin nizama salınmasının başlıca səbəblərindən biri rayon əhalisinin maddi-rifah halının tədricən yüksəlməsidir. Burada iş görən, torpağından səmərəli istifadə etmək istəyən adamlara münbit şəraitin yaradılması, izahat-təbliğat işinin gücləndirilməsi, hüquqi biliklərin təbliği də mühüm əhəmiyyət kəsb edir. Amma ən başlıca amil adamlara münasibətdir, diqqətdir. Bəri başdan qeyd edək ki, Ağdam rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənov bu ada rayonunda fəaliyyətə başladığı gündən adamlara qaynayıb-qarışıb, onların dərdini-sərini öyrənib, kömək göstərib. Rayonun infrastrukturunun da dəyişdirilməsi, yeni iş yerlərinin açılması, problemlərin imkan daxilində həlli vəziyyəti nizama salıb.


Sakinlər daimi diqqət və qayğiya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və Ağdam rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənova minnətdarlıqlarını bildirdilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Ağdam rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə reydlər keçirilməyə davam etdirilir.Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, mobil qruplar və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə rayon ərazisində reydlər keçirir.İcra başçısı xidmət heyətləri ilə marifləndirici söhbətlər apardı və pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah etdi. Həmçinin, sakinlərlə ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin və sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyinə dair təbliğat-izahat və maarifləndirmə işləri aparıldı.

Düzgün idarəçilik hər kəsə başucalığı gətirir.


Məlum olduğu kimi, şəhər və rayon icra hakimiyyətlərinin başçılarını təyin etmək dövlət başçısının sərəncamında olan məsələdir. Prezident İlham Əliyevin kadr siyasətinin təhlili göstərir ki, heç bir seçim arqumentsiz deyil, bütün siyasi kurs, aparılan islahatlar olduğu kimi, bu dəyişikliklər də elmi və praktik bazaya, ciddi arqumentlərə əsaslanır.
Bəs gəlin görək Vaqif Həsənov Ağdam rayonuna təyin olunması hansı səbəblərdən təsadüfi deyil və nəyə görə sakinləri qane edir?

Birincisi, Vaqif Həsənov rayon üçün yeni kadr deyil, o Ağdamı tanıyan, regionun və region əhalisinin problemləri ilə tanış olan şəxsdir. Bu səbəbdən də o, idarə və strukturlarının rəhbərlərini tanımaq üçün aylarla vaxt itirməyib. Bu, o deməkdir ki, yolun yarısı qət olunub – birbaşa həllini gözləyən məsələlərin üstünə getmək, Ağdam sakinlərini narahat edən problemləri həll etmək daha az vaxt alacaq.

İkincisi, Vaqif Həsənov işləyən, qurub-yaradan kadr kimi tanınır. Bu mənada onun digər vəzifələrdə gördüyü işləri, xatirlatmaq bəs edər.

Üçüncüsü, Başçı yerli əhalinin tanıdığı və hörmət etdiyi adamdır. Ağdam əhalisinin böyük kəsiminin yerli cammat olmasını unutmaq olmaz. Vaqif Həsənov ötən illərdə bu əhalinin simpatiyasını qazana bilib. Bu isə başçıya yerli əhali ilə iki ampuluada dialoq qurmağa imkan verəcək: icra başçısı və “yaxşı insan” olan Vaqif Həsənov. Belə fonda işləmək, yerli problemləri həll etmək, regionun potensialını realizə etmək, beləliklə də dövlət başçısının təyinat zamanı qarşıya qoyduğu problemləri daha çevik həll etmək mümkündür.
Görünür, kadr seçimində bütün bu detallar dəyərləndirilib.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən təxirəsalınmaz tədbirlər, tətbiq olunan gücləndirilmiş karantin rejimi şəraitində aparılan tibbi-profilaktik dezinfeksiya işləri və tənha ahıl insanlara, aztəminatlı ailələrə göstərilən qayğıdan bəhs etməklə, rayonda bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Vaqif Həsənov çıxışında xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından irəli gələn məsələlərə toxunaraq, yeni qaydaların inzibati ərazi dairələrində əhaliyə çatdırılmasını bildirib.
Həmçinin rayonda koronavirus infeksiyasına qarşı aparılan mübarizə tədbirlərinin səmərəliliyinin artırılması, vətəndaşlar tərəfindən xüsusi karantin rejiminə riayət olunması, xüsusi qayğıya ehtiyacı olan vətəndaşların daim diqqətdə saxlanılması, eyni zamanda kənd təsərrüfatı sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin bundan sonra da ciddi şəkildə yerinə yetirilməsi üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib.Əhaliylə tez-tez onlayn qəbullar keçirən Vaqif Həsənov onların qeydinə qalaraq bir-başa videokonfranslarla rayonun dövlət qurumlarına tapşırıqlar verir.

Ali Baş Komandan, cənab Prezident İlham Əliyev: “Ağdamlılar İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində də cəsarətlə vuruşublar, şəhidlər veriblər”

Hər bir dövlətin tarixində əlamətdar günlər olur. Azərbaycan xalqı da əlamətdar, yaddaqalan günləri unutmur. Uzun illərdir ki, xalqımız torpaqlarımızın işğal tarixlərinin ildönümlərini böyük hüznlə qeyd edir, bu ərazilərin danışıqlar yolu ilə azad ediləcəyinə ümid bəsləyirdi. Lakin hadisələrin məcrası dəyişdi, daha doğrusu düşmənin məkrli niyyətləri, separatçı addımları, insanlığa sığmayan hərəkətləri torpaqlarımızın sülh danışıqları yoli ilə deyil, müharibə yolu ilə azad edilmısinə yol açdı. Bu il sentyabrın 27-də düşmınin növbəti silahlı hücumları ilə başlanan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı zəfərləri ilə yurdumuza qələbə sevincini bəxş etdi. Bəli, noyabr ayının 10-u ölkəmiz üçün tarixi bir gündür.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov istər I Qarabağ müharibəsinin istərsə də II Qarabağ, Vətən Müharibəsində şəhid ailələrini, qazi, veteran olmuş sakinlərinin hər zaman qayğısına qalmış, baş çəkmiş, maddi və mənəvi yardımlarının əsirgəməmişdir.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Əfətli kənd sakini, şəhid anası Səriyyə Quliyeva ilə görüşmüş, onu narahat edən problemi dinləyərək aidiyyəti üzrə göstəriş vermişdir. Şəhid anası ona göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirmişdir.

Həmçinin, Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan Qaradağlı kənd sakini, 1-ci qrup əlil, 2002-ci il təvəllüdlü Qasımov Fərid Elman oğlu əlil arabası ilə təmin olunmuşdur.





Gördüyü işlərin çətinliyini, məsuliyyətini dərk edən Vaqif Həsənova və kollektivinə "İqtisad.Org" müstəqil xəbər portalı olaraq uğurlar arzu edirik !

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Daşkəsən Rayon Dövlət Yol Polis Bölməsinə yeni təyinat olub“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana bu gün gətiriləcək - YENİLƏNİBQırğız Respublikası və Tacikistan atəşkəs barədə razılığa gəliblərPrezident İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıbAzərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili barədə yeni qərarMövlud Çavuşoğlu: “Azad Rəhimovun vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladım”Elnur Məmmədli: "Azad Rəhimov evdən yox, eldən getdi" - XATİRƏLƏR"Polisəm" deyib qadınları şantaj edən kişi saxlanılıb“Google”da “Bayraktar TB2” barədə məlumatları ən çox ermənilər axtarırMüəllimlərin iş yerinin dəyişdirilməsinə başlanılırDTX rəisi Gürcüstanda rəsmi səfərdə olubXİN-də struktur dəyişikliyi olub, nazir müavininin səlahiyyətləri artırılıb - EKSKLÜZİVDYP sürücülərə müraciət edibLerikdəki qətlin üstü hələ açılmayıb - RƏSMİAbşeronda toy keçirilən restoran sahibi və 65 nəfər cərimələnibAlimpaşa Məmmədov 3 milyon manatlıq şirkəti öz oğluna 40 manata satıbAlimpaşa Məmmədovun mənimsədiyi vəsaitlər açıqlanıbŞəmkirin sabiq icra başçısı Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunurHindistanda rekord sayda COVID-19 xəstəsi aşkarlanıbMəktəb direktoru koronavirusdan vəfat edibAAYDA-nın zavodunda fəhlə faciəvi şəkildə ölübDTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yaydı