İbrahim Cəfərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır

İbrahim Cəfərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır
  • 15-02-2021, 00:00
  • 181 dəfə oxunub
Reklam

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız hər zaman müəllimə hörmətlə yanaşmışlar.
Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün var qüvvələrini ortaya qoyub, bilik və bacarıqlarını nümayiş etdirirlər. Valideynlərlə bərabər, bəlkə də, onlardan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hal hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun təməlini qoyan memarlardır. Hər birimizin layiqli vətəndaş, gözəl ixtisasçı kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, üzü ağ çıxıb, işində yorulmaz rəhbər, nümunəvi rektordur. Bu şəxs kimidir? Bu şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn tələbələrə yardımçı olmağı özünə borc bilən bir rektordur. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, işinin çətinliyindən asılı olmayaraq, əlindən gələni əsirgəmir.

Görkəmli rus yazıçısı A.P.Çexovun gozəl bir fikri var:
“İnsanın gərək hər şeyi gözəl olsun, özü də, paltarı da, qəlbi də, fikirləri də.”
Bu hikmətli deyim sanki professor İbrahim Cəfərov haqqında deyilib.

İbrahim müəllim sadə, mehriban, təvazökar, xeyirxah, ciddiliyi sevən bir professordur. O, işgüzar, öz işini ürəkdən sevən və tələbələrin, valideynlərin, ictimaiyyətin rəğbətini qazanan, sevib-seçdiyi peşəyə qəlbən bağlanan bir şəxsiyyətdir. İbrahim Cəfərov ona etibar edilən vəzifənin məsuliyyətini dərindən dərk edir, universite rektoru,professor və bir elmlər doktoru kimi təhsil sahəsində aparılan islahatların həyata keçirilməsində yaxından fəal iştirak edir.

Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov həmişə atalıq qayğısı göstərib, onların problemlərinin həllini ən mühüm vəzifə hesab edib. İbrahim Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetində elm adamı, müəllim, ziyalı və müdrik ağsaqqal kimi sevilməsi onun insani xüsusiyyətlərindən irəli gəlir.

Ömür yolundan sətirlər:
İbrahim Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində anadan olub. 1974-1976-cı illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçib.

1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci illərdə həmin institutda tələbə olub, "Bitki mühafizəsi" fakültəsini bitirib. 1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası "Fitopatologiya" kafedrasının əyani aspirantı olub.

13 fevral 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verilib.

1993-cü ildən 2002-ci ilədək Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib. 2005-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi verilib.

İbrahim Cəfərov 25 iyul 2013 tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin olunmuşdur. İbrahim Cəfərov bu təyinatadək ADAU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru idi.

Azərbaycan Dövlət Aqrar Universitetində 8 fakültəsi, 37 kafedrasında 550-dən çox professor-müəllim heyəti çalışır, bakalavriat, magistratura və doktorantura səviyyələrində 33 ixtisas, 75 ixtisaslaşma üzrə 6 mindən çox tələbə əyani və qiyabi təhsil formalarında təhsil alır. Tədris 6 ixtisasda ingilis, 10 ixtisasda rus dilində aparılır.

14 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi ilə həyata keçirilir.

Universitet dünyanın 20 ölkəsinin, o cümlədən MDB ölkələrinin 90 Universiteti və elmi mərkəzləri ilə qarşılıqlı tədris və elmi əlaqələr qurmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası tərəfindən təsdiq olunmuş protokola uyğun olaraq 2020/2021-ci tədris ilindən Türkiyənin Ege Universiteti ilə birgə ikili proqram əsasında “aqronomluq”, “bitki mühafizəsi”, “aqromühəndislik” və “iqtisadiyyat” ixtisasları üzrə kadr hazırlığı aparılır.

Bu gün Universitetdə müasir əmək bazarının tələblərinə uyğun bitkiçilik və heyvandarlıq kompleksləri, “Aqromexanika” Elmi-Tədqiqat İnstitutu, digər sahələr üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığı üçün zəngin maddi-texniki baza mövcuddur.

Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin inkişafına, maddi-texniki bazasının möhkəmləndirlməsinə xüsusi diqqət və qayğı göstərir. Bütün bunlar Universitetdə müasir standartlar çərçivəsində inşa edilmiş yeni tələbə evləri və tədris korpuslarının istifadəyə verilməsində öz bariz nümunəsini tapır. 2016-2020-ci illərdə möhtərəm Prezidentimiz 3 dəfə Universitetdə olmuş, 2 tələbə yataqxanasının və 1 tədris korpusunun açılışında iştirak etmişdir.

Universitetin hədəfi mütəxəssis hazırlığı keyfiyyətini daha da yaxşılaşdırmaq, tələbə sayını əhəmiyyətli dərəcədə artırmaq, beynəlxalq əlaqələri genişləndirmək, reytinqli ali təhsil müəssisələri sırasına daxil olmaqdır.

İbrahim Cəfərov 3 dərslik, 1 dərs vəsaiti, 100-dən artıq elmi məqalə, 4 metodiki tövsiyə, fənn proqramları və metodik göstərişlərin müəllifidir. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 148-dir. Bu əsərlərdən 43-ü xaricdə, 13-ü Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap edilmişdir. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 2-dir.

Ölkəmizdə rəhbərlik etdiyi bütün dövrlərdə daima müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”. Bütün bu xüsusiyyətləri özündə cəmləşdirən kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərovdur . O, sözün əsl mənasında rəhbərlik müəllimlik peşəsinin ən yüksək zirvəsində duran insandır!

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor İbrahim Cəfərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
İbrahim Cəfərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

ADAU-nun rektoru İbrahim Cəfərov pandemiyaya görə qəbul olunan karantin vaxtlarında tələbələri evdə oturub, kitab oxumağa tövsiyyə edib :“Əziz tələbələrim, hörmətli həmkarlarım, evdə qal, sağlam ol hərəkatına hamımız qoşulmaqla, karantin tədbirlərinə ciddi əməl etməliyik, hər birimiz şəxsi həyatımızı qorumaqla həm də yaxınlarımızın, əzizlərimizin sağlamlığına dəstək oluruq". Bunu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov özünün facebook səhifəsində yazıb.

Tələbələrə mesaj göndərən rektor bildirib: Darıxmayın, ADAU TV vasitəsilə hər gün 6-7 online mühazirələr söyləyirik, bu mühazirələrə qulaq asın, kitab oxuyun, evdə oturub fərdi qaydada xarici dillərdən birini öyrənməyə çalışın, yaddan çıxarmayın ki, bu istirahət tətili deyildir, dövlət öz vətəndaşını planeti iflic edən bu bəladan xilas etmək üçün müvafiq addımlar atır, gəlin qayda qanunlara, karantinin tələblərinə əməl edək və sağlamlığımızı qoruyaq!!!”

Bizdə "İqtisad.Og" xəbər portalı olaraq kənd təsərrüfatı elmləri doktoru, professor, ADAU-nin rektoru İbrahim Cəfərov uğurlar arzu edir, gələcək işlərində də pedaqoji kollektivləri ilə birlikdə nəaliyyətlər diləyirik .


FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdürZöhrə Abdullayeva xəstəxanaya yerləşdirildiPrezident İlham Əliyev ulu öndər Heydər Əliyevlə bağlı paylaşım edibErmənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başlayıbMaliyyə Nazirliyi müraciət yayıbYılmaz Vural istefaya göndərildiBakıda sürücü 6 yaşlı uşağı vuraraq hadisə yerindən qaçdıDüzgün idarəçilik hər kəsə başucalığı gətirir ! - Rüstəm Xəlilov.Füzulidə yol infrastrukturunun inkişafı geniş vüsət alıbFüzuli Kərimlinin uğurlarına kölgə salmaq mümkün olmayacaqƏli Həsənovun oğlunun şirkəti məhkəməyə verildi“Taliban”a qoşulan azərbaycanlılar həbs edildiBakının küçə və parklarından birinə Polad Həşimovun adı verildiTəhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələndiBakıda qanunsuz aksiya keçirməyə cəhd edilibÇin peyvəndi vurduranlar Avropa İttifaqına buraxılmayacaq?Bakı metrosunda sərnişindaşımanın maya dəyəri 3 dəfə artıbVətən müharibəsi qəhrəmanları üçün nəzərdə tutulan güzəşt və imtiyazlar genişləndirilirMarsda yeni vulkan püskürmələrinin izləri aşkarlandıPREZİDENTİN ETİMADINI DOĞRULDAN İCRA BAŞÇISI - SÜLEYMAN MİKAYILOVRafiq Quliyev Xətai sakinlərinin etimadını qazanıbQaz Emalı Zavodunun direktoru Aqşin Paşayev gördüyü işlərlə hər kəsə nümunədir.