Günbəgün gözəlləşən müasir şəhərin ikinci intibahı Zakir Fərəcovun adı ilə bağlıdır.

Günbəgün gözəlləşən müasir şəhərin ikinci intibahı Zakir Fərəcovun adı ilə bağlıdır.
  • 20-02-2021, 00:40
  • 221 dəfə oxunub
Reklam

Sumqayıta gələndə sevinirəm ki, şəhər gözəlləşir, abadlaşır, yaxşı xiyabanlar, küçələr salınır.



lham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər.Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardan biridir.Hazırda öz vəzifəsini uğurla davam etdirən və Sumqayıt şəhərinin inkişafı ilə bağlı cənab Prezidentimiz İlham Əliyevin tapşırıqlarını şərəflə yerinə yetirən icra başçısı işlərin yüksək səviyyədə qurulmasına nail olub.

Bu gün Sumqayıt ən dinamik inkişaf edən şəhərlərdən biridir. Ötən hər ay, hər il özü ilə bu şəhərə yeni, mütərəqqi dəyişikliklər gətirir. Son aylarda Sumqayıtda yaranan canlanma, təkamül özünü xüsusilə qabarıq göstərir. Ötəri bir baxışla da hiss olunur ki, abadlıq, inkişaf hər hansı bir ayrıca sahədə getmir, məhz çoxcəhətli xarakterə malikdir. Sənaye, sosial sfera, infrastruktur və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə gedərək bir-birini tamamlayır. Elə bu da Sumqayıtın inkişafında hərtərəfli modernləşmənin təmin olunmasında əsas rol oynayır.
Sumqayıtda əvvəlki dövrlərdə də abadlıq-quruculuq işləri aparılıb. Ancaq quruculuq sahəsində yetərli təcrübəsi olan Zakir Fərəcov şəhərə icra hakimiyyəti başçısı təyin edildikdən sonra Prezidentin tapşırığı ilə bu işlər daha da sürətlənib. Abadlıq yürüşü bütün cəbhəboyu aparılmağa başlanıb. Əsas problemlər həllini tapıb. İndi şəhərdə abadlıq-quruculuq işlərinin həyata keçirilmədiyi meydan, küçə yoxdur, – desək, mübaliğə etmiş olmarıq.

“Gənclər Şəhəri”nə doğma başçı haqda

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun 2015-ci ilin sentyabr ayının 3-dən şəhərə rəhbərlik etməyə başlaması bu şəhərin tarixində həqiqətən də ikinci intibah dövrü olacaq. Belə ki, bu müddətdə artıq görülən işlər,təsdiq olunan layihələr bu fikri sübut edir və bu sözləri deməyə qətiyyətlə əsas verir. Ölkə başçısının Zakir Fərəcova daha böyük etimad göstərməsi gözlənilən idi. Qeyd edək ki, Zakir Fərəcov Sumqayıta “yad adam” sayılmır. O, sumqayıtlıdır. Uzun illər bu şəhərdə yaşayıb işləyib.

Zakir Fərəcovun ömür yolu

Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur.

1961–1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır.

Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.

1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.

1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur.

1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-ci ildə həmin institutu bitirmişdir.

1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı Birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur.

1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005–2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2625 saylı Sərəncamına əsasən Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2016-cı il tarixili Sərəncamına əsasən Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafındakı xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamına əsasən ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.

Hər şey yoldan başlayır.

Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra yol infrastrukturunun yenilənməsi, bərpası istiqamətində tədbirlər görməyə başlayıb. Yeni başçının ilk verdiyi göstərişlərdən biri də Sumqayıt şəhərinin əsas giriş yolunun – Sülh küçəsinin genişləndirilməsi ilə bağlı oldu. Sumqayıtın giriş və çıxışında insanların əsəbinə təsir edən tıxaclar daha yoxdur. Bu da alqışa layiqdir.
Onu da bildirək ki, Sumqayıtda həllini gözləyən problemlərdən biri də məhəllədaxili yolların yararsız halda olması ilə bağlı idi. Şəhərin yol infrastrukturunun yenilənməsinin tərkib hissəsi olaraq məhəllələ daxili yolların da yenilənməsinə bu günə kimi artıq bitib. İllərdən bəri yararsız vəziyyətdə olan və təmir üzü görməyən küçələrin asfalt örtüyü təzələnib.

Bütün şəhər boyu tikinti işləri

Sumqayıt şəhərində başlanılan kompleks tikinti-quruculuq işlərinin bir hissəsini də ictimai yaşayış binalarının təmiri və yenidən qurulması təşkil edir. Heydər Əliyev, Azərbaycan prospektləri və 20 Yanvar küçəsi boyunca yaşayış binalarının fasad və dam örtüklərinin əsaslı təmiri, binaların müasir qaydada üzlənməsi işləri tam keyfiyyətlə görülüb. Təmir olunan binaların memarlıq görüntüsü saxlanılır, aşınmaya məruz qalmış və piyadalar üçün təhlükə yaradan elementlər yenilənir. Bu çox böyük və təqdirəlayiq haldır ki, fasadlama işləri zamanı binaların tarixi memarlıq elementlərinə, dizayn və naxışlarına toxunulmur. Keçmiş şəhər rəhbərindən fərqli olaraq, Zakir Fərəcov Sumqayıtı yaxşı tanıdığından və bir müddət şəhər təsərrüfatına rəhbərlik etdiyindən inanırıq ki, bütün bu işlərə daha ciddi fikir verir.

Sumqayıt şəhərində illərdən bəri həllini gözləyən ən problemli məsələlərdən biri də məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti idi. Bu vəziyyət doğrudan da çox acınacaqlı idi. Şəhərdə mövcud baxçaların dam örtüyünün dəyişdirilməsinə, istilik sizsteminin bərpa olunmasına çox ehtiyac vardı.
Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətində fəaliyyətə başladığı ilk gündən şəhərdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin qısa müddətdə təmir olunması göstərişini verdi. Dam örtükləri yenilənərək istilik sistemi bərpa olundu. Sözsüz ki, bütün bunlar burada çalışan kollektivlərin daha yaxşı işləməsinə və uşaqların təlim-tərbiyə işinin yaxşılaşdırılmasına, sağlam böyümələrinə böyük xidmət kimi qiymətləndirmək olar.

Sumqayıtlıların razılığı

Sumqayıtlılar Zakir Fərəcovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi bu müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar. Hətta Symqayıtın tanınmış ziyaliları, ağsaqqalları da bütün görülən bu uğurlu işlərə böyük nikbinliklə, fəxarətlə baxırlar.
Deməli, biz artıq qətiyyətlə deyə bilərik ki, Sumqayıt özünün ikinci intibahına başlayıb və adı yenidən dünyanın ən inkişaf etmiş şəhərləri siyahısına düşəcək. İnanırıq ki, o gün uzaqda deyil.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Daşkəsən Rayon Dövlət Yol Polis Bölməsinə yeni təyinat olub“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana bu gün gətiriləcək - YENİLƏNİBQırğız Respublikası və Tacikistan atəşkəs barədə razılığa gəliblərPrezident İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıbAzərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili barədə yeni qərarMövlud Çavuşoğlu: “Azad Rəhimovun vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladım”Elnur Məmmədli: "Azad Rəhimov evdən yox, eldən getdi" - XATİRƏLƏR"Polisəm" deyib qadınları şantaj edən kişi saxlanılıb“Google”da “Bayraktar TB2” barədə məlumatları ən çox ermənilər axtarırMüəllimlərin iş yerinin dəyişdirilməsinə başlanılırDTX rəisi Gürcüstanda rəsmi səfərdə olubXİN-də struktur dəyişikliyi olub, nazir müavininin səlahiyyətləri artırılıb - EKSKLÜZİVDYP sürücülərə müraciət edibLerikdəki qətlin üstü hələ açılmayıb - RƏSMİAbşeronda toy keçirilən restoran sahibi və 65 nəfər cərimələnibAlimpaşa Məmmədov 3 milyon manatlıq şirkəti öz oğluna 40 manata satıbAlimpaşa Məmmədovun mənimsədiyi vəsaitlər açıqlanıbŞəmkirin sabiq icra başçısı Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunurHindistanda rekord sayda COVID-19 xəstəsi aşkarlanıbMəktəb direktoru koronavirusdan vəfat edibAAYDA-nın zavodunda fəhlə faciəvi şəkildə ölübDTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yaydı