Prezidentin etimadını doğruldan - Taleh Qaraşov

Prezidentin etimadını doğruldan - Taleh Qaraşov
  • 3-03-2021, 00:00
  • 210 dəfə oxunub
Reklam

Siyasi fəaliyyətin istənilən məqbul formasının son hədəfi reallığa adekvat mütərəqqi ideya və proqramların xalqın iradəsinə söykənən hakimiyyət vasitəsilə həyata keçirilməsidir. Çoxluğun gələcək taleyini, onun mənafeyini özündə ehtiva edən ümummilli siyasətə isə yalnız dövlətinə və xalqına bağlı şəxsiyyətlərin fəaliyyətində təsadüf olunur. Hakimiyyəti xalqa güvənən, onun dəstəyini hiss edən ləyaqətli, peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli, vətəndaş isə özünü daha inamlı hiss edir.

Yaxın bir vaxtda rayon icra başçılarının həbsi bütünlükdə digər məmurların da gördüyü yaxşı işi, yaxşı təcrübəni kölgə altına salmış oldu. Bizdə dəfələrlə bu mövzuya toxunaraq daim bu xarakterdə olan insanları tənqid etməklə onları həmdə birinci şəxsə təqdim edənləri diqqətli olmağa səsləmişik. Və açıq etiraf etmək lazımdır ki, iş o yerə çatıb ki, artıq idarəçilikdə regional idarəetməyə keçidin reallaşacağı gün uzaqda olmaması hiss edilməkdədir.

Sözsüz ki, hər kəsin fəaliyyəti bu gün göz önündədir. Hər bir məmura qiyməti isə zamanında verilir. Onu da qeyd edim ki, bu sistemdə həqiqətən səviyyəli, bacarıqlı, dövlətinə və Vətəninə sədaqətlə xidmət edən məmurlar da az deyil.

Bunlardan biri də Lənkəran rayon İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşovdur. Taleh Azay oğlu Qaraşov 14 aprel 2012-ci il tarixində Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir Daim səmimiliyi ilə, savadı və bacarığı ilə seçilən Taleh müəllim digərlərindən fərqləndirən əsas cəhət sözünə bütov olması, vətəndaşlarla təmas qurmağa maraqlı olması, fəaliyyətində açıq, şəffaf olmasıdır.

Bu gün Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlətin əsas prioritetlərindən biridir. Təbii ki, ölkə rəhbərliyinin regionlarla bağlı qarşıya qoyduğu məqsədlərə nail olmaqda yerli icra strukturlarının səmərəli fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tam əminliklə demək olar ki, 2012-ci ildə rayonunun İcra Hakimiyyəti rəhbərliyindəki dəyişiklik bölgənin bütün sahələr üzrə inkişafında yeni mərhələ açmış oldu.

Lənkəran rayonunun icra başçısı Taleh Qaraşov bu vəzifəyə təyinat aldıqdan sonra özündən əvvəlki dövrdə yığılıb qalmış çoxsaylı problemlərin həlli istiqamətində ciddi, əməli tədbirlərin həyata keçirilməsinə start verdi. Xüsusilə Taleh müəllim gəldikdən sonra rayon sakinlərinin yaddaşında iqtisadiyyatda, mədəniyyətdə, abadlıq-quruculuq işlərində ciddi irəliləyişlərlə yadda qalmışdır.

Taleh Qaraşovun həyat yolun : Taleh Azay oğlu Qaraşov - 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur.

1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və Politoloqdur.

1981-1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti" trestində mühəndis, 1982-1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983-1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986-1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991-1996-cı illərdə Kürdəmir rayon İcra hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala rayon İcra hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Yadımdadır, vaxt var idi ki, rayon icra hakimiyyətinin binası əksər hallarda şikayətçilərlə əhatə olunurdu. Günün hansı vaxtında getsən giley-güzar edən, hay-küy salan, yardım istəyən adamlara rast gəlirdik. İndi tamam başqa mənzərədir.Lənkəranda hərə öz işi ilə məşğuldur. İcra hakimiyyəti aparatında da hər kəs vəzifəsini bilir, ona uyğun hərəkət edir.

Vəziyyətin nizama salınmasının başlıca səbəblərindən biri rayon əhalisinin maddi-rifah halının tədricən yüksəlməsidir. Burada iş görən, torpağından səmərəli istifadə etmək istəyən adamlara münbit şəraitin yaradılması, izahat-təbliğat işinin gücləndirilməsi, hüquqi biliklərin təbliği də mühüm əhəmiyyət kəsb edir. Amma ən başlıca amil adamlara münasibətdir, diqqətdir. Bəri başdan qeyd edək ki, Lənkəran rayon İcra hakimiyyətinin başçısı Taleh Qaraşov bu ada rayonunda fəaliyyətə başladığı gündən adamlara qaynayıb-qarışıb, onların dərdini-sərini öyrənib, kömək göstərib. Rayonun infrastrukturunun da dəyişdirilməsi, yeni iş yerlərinin açılması, problemlərin imkan daxilində həlli vəziyyəti nizama salıb.

Taleh Qaraşov bu qədər işin öhdəsindən peşəkar səviyyədə gəlir. Gördüyü işlərin çətinliyini, məsuliyyətini dərk edən Taleh Qaraşov və kollektivinə "İqtisad.Org" müstəqil xəbər portalı olaraq uğurlar arzu edirik

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Daşkəsən Rayon Dövlət Yol Polis Bölməsinə yeni təyinat olub“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana bu gün gətiriləcək - YENİLƏNİBQırğız Respublikası və Tacikistan atəşkəs barədə razılığa gəliblərPrezident İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıbAzərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili barədə yeni qərarMövlud Çavuşoğlu: “Azad Rəhimovun vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladım”Elnur Məmmədli: "Azad Rəhimov evdən yox, eldən getdi" - XATİRƏLƏR"Polisəm" deyib qadınları şantaj edən kişi saxlanılıb“Google”da “Bayraktar TB2” barədə məlumatları ən çox ermənilər axtarırMüəllimlərin iş yerinin dəyişdirilməsinə başlanılırDTX rəisi Gürcüstanda rəsmi səfərdə olubXİN-də struktur dəyişikliyi olub, nazir müavininin səlahiyyətləri artırılıb - EKSKLÜZİVDYP sürücülərə müraciət edibLerikdəki qətlin üstü hələ açılmayıb - RƏSMİAbşeronda toy keçirilən restoran sahibi və 65 nəfər cərimələnibAlimpaşa Məmmədov 3 milyon manatlıq şirkəti öz oğluna 40 manata satıbAlimpaşa Məmmədovun mənimsədiyi vəsaitlər açıqlanıbŞəmkirin sabiq icra başçısı Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunurHindistanda rekord sayda COVID-19 xəstəsi aşkarlanıbMəktəb direktoru koronavirusdan vəfat edibAAYDA-nın zavodunda fəhlə faciəvi şəkildə ölübDTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yaydı