Mədəniyyət üçün böyük işlər görən bir idarə - Biləsuvar Regional Mədəniyyət İdarəsi

Mədəniyyət üçün böyük işlər görən bir idarə -  Biləsuvar Regional Mədəniyyət İdarəsi
  • 17-03-2021, 00:00
  • 159 dəfə oxunub
Reklam

Biləsuvar rayonunda 1 memarlıq, 12 arxeoloji abidə var. Bunlar keçmiş Biləsuvar yaşayış məntəqəsi ərazisində "Şəhriyar qalası" memarlıq abidəsindən, həmçinin Bəydilli kəndi ərazisində tunc dövrünə aid 7 Kurqan təpəsi, Təzəkənd kəndi ərazisində tunc dövrünə aid 2 Kurqan (qoşatəpə), dəmir dövrünə aid "Torpağay təpə", Dərvişli kəndi ərazisində dəmir dövrünə aid "Seyid altı təpə" kurqanı, Yuxarı Ağalı kəndi ərazisində "Ceyran təpə" kurqanı, Əmənkənd kəndi ərazisində tunc dövrünə aid "Şəhriyar təpə" kurqanı, Şəhriyar kəndində orta əsrlərə aid Ağ dam qalası, yenə həmin ərazidə orta əsrlərin əvvəllərinə aid "Çöl Ağ dam şəhərciyi" və "İçəri Ağ dam yaşayış ərazisində" arxeoloji abidələrindən ibarətdir.
Rayon mərkəzi Biləsuvar şəhərində və Xırmandalı kəndində 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olmuş əsgərlərin xatirə abidələri, həmçinin rayon mərkəzindəki H. Əliyev adına İdman və Sağlamlıq Kompleksi ərazisində Qarabağ döyüşlərində həlak olmuş şəhidlərə, 20 Yanvar şəhidlərinə Xatirə kompleksi, 2016-cı il aprel şəhidlərinin əziz xatirəsinə “Zəfərə aparan yol-Lələtəpə” abidə kompleksləri ucaldılmışdır.

Rayonda Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi, Tarix Diyarşünaslıq Muzeyi, Biləsuvar rayon Dövlət Rəsm Qalareyası, Gənclər Evi fəaliyyət göstərir.

Yarandığı gündən etibarən qızğın iş rejiminə keçən Biləsuvar Regional Mədəniyyət İdarəsi qısa vaxt ərzində onlarla tədbir keçirmiş, bir sıra yeni layihələrə imza atmışdır.Regional İdarəni əhatə edən bölgələrdə, Biləsuvar,Salyan,Neftçala,Cəbrayıl dəfələrlə görüşlər, müşavirələr keçirilmiş, qarşılıqlı fikir mübadilələri aparılmış, problemlər yerindəcə araşdırılmış, həlli istiqamətində tədbirlər görülmüş və görülməkdədir.Biləsuvar Regional Mədəniyyət idarəsinin bazasında bir sıra yeni kollektivlər yaranmış və təqdimatı keçirilmişdir. Bu rayonlarda keçirilən mədəniyyət günləri, Beynəlxalq mədəni əlaqələr çərçivəsində keçirilən konsertlərdə də Mədəniyyət İdarəsi böyük həvəslə iştirak etmiş, istedadlarını nümayiş etdirmişlər.

Biləsuvar Regional Mədəniyyət idarəsinin rəisi Əlisultan Sadıxov həmişə konkret işə üstünlük verir və verdiyi tapşırığa daim nəzarət edir. Bu iş prinsipi isə onun şəxsi təcrübəsindən qaynaqlanır. Regional İdarəni əhatə edən rayonlarda mədəniyyət üçün görülən işlərdən bilinir ki Əlisultan müəllim öz işinə məsuliyyətlə yanaşır, vəzifə borcunu layiqincə yerinə yetirir.
Biləsuvar Regional Mədəniyyət idarəsinin rəisi Əlisultan Sadıxov dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət edən rəhbərdir. Əlisultan Sadıxovun həyat səlnaməsinə nəzər salanda görürük ki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O , hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur .

Hər zaman şəhid adını uca tutan, tez-tez şəhid, qazi ailələrini ziyarət edən, onların problemləri ilə yaxından tanış olub əlindən gələni etməyi özünə borc bilən Əlisultan müəllim bu yaxınlarda ll ci Qarabag savaşında İgidlik göstərmiş Mədəniyyət mərkəzinin əmakfaşlarını ziyarət etmışdir.


Mədəniyyət üçün böyük işlər görən bir idarə -  Biləsuvar Regional Mədəniyyət İdarəsi


Əlisultan Sadıxov bu qədər işin öhdəsindən peşəkar səviyyədə gəlir. Gördüyü işlərin çətinliyini, məsuliyyətini dərk edən Əlisultan Sadıxov və kollektivinə "İqtisad.Org" müstəqil xəbər portalı olaraq uğurlar arzu edir, qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirik.


FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Daşkəsən Rayon Dövlət Yol Polis Bölməsinə yeni təyinat olub“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana bu gün gətiriləcək - YENİLƏNİBQırğız Respublikası və Tacikistan atəşkəs barədə razılığa gəliblərPrezident İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıbAzərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili barədə yeni qərarMövlud Çavuşoğlu: “Azad Rəhimovun vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladım”Elnur Məmmədli: "Azad Rəhimov evdən yox, eldən getdi" - XATİRƏLƏR"Polisəm" deyib qadınları şantaj edən kişi saxlanılıb“Google”da “Bayraktar TB2” barədə məlumatları ən çox ermənilər axtarırMüəllimlərin iş yerinin dəyişdirilməsinə başlanılırDTX rəisi Gürcüstanda rəsmi səfərdə olubXİN-də struktur dəyişikliyi olub, nazir müavininin səlahiyyətləri artırılıb - EKSKLÜZİVDYP sürücülərə müraciət edibLerikdəki qətlin üstü hələ açılmayıb - RƏSMİAbşeronda toy keçirilən restoran sahibi və 65 nəfər cərimələnibAlimpaşa Məmmədov 3 milyon manatlıq şirkəti öz oğluna 40 manata satıbAlimpaşa Məmmədovun mənimsədiyi vəsaitlər açıqlanıbŞəmkirin sabiq icra başçısı Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunurHindistanda rekord sayda COVID-19 xəstəsi aşkarlanıbMəktəb direktoru koronavirusdan vəfat edibAAYDA-nın zavodunda fəhlə faciəvi şəkildə ölübDTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yaydı