Sulutəpə dairəsində yeni yol qovşağı istifadəyə verilib

Sulutəpə dairəsində yeni yol qovşağı istifadəyə verilib
  • 19-03-2021, 16:30
  • 88 dəfə oxunub
Reklam

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin rəhbər şəxsləri Sulutəpə dairəsində tıxac və ləngimələri aradan qaldırmaqla vətəndaşlarımızın rahat hərəkətinin təmin olunması üçün inşa edilmiş yeni yol qovşağının açılış mərasimində iştirak ediblər.

Məlumata görə, yeni inşa edilən qovşaq 2 yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edən avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.
Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edir. Sözügedən körpülərin dayaqları və aşırım hissəsi monolit dəmir-betonla inşa edilib, körpülərə yanaşma yolları tikilib.
Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yollar təmir edilib, piyada səkiləri yaradılıb. 600 metrdən çox istinad divarları inşa olunub.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 40 dərəcə isti olacaqElşad Hacıyev: "DİN ailə-məişət zəminində daxil olan bütün müraciətləri nəzarətə götürür"Baş Prokurorluq Yeganə Əmiraslanovanın saxlanılması xəbərlərinə münasibət bildiribMüdafiə Nazirliyi kadr dəyişiklikləri barədə məlumatlara aydınlıq gətiribMN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"Yardımlı meşəsində yanğın başlayıbAğstafada yol tikintisinə 2,2 milyon manat ayrılıbAzərbaycana 20 ölkənin vətəndaşlarının giriş-çıxışına icazə verilib - SİYAHIBakıda saxta COVID-19 pasportu verən tibb işçiləri istintaqa cəlb edilibİntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib - SİYAHIGürcüstan azərbaycanlıları “ov” və “yev” soyad sonluqlarından imtina edirBakıda 38 dərəcə isti olacaqAzərbaycanlılara işgəncə verən erməni cinayətkarlar 20 il müddətinə azadlıqdan məhrum ediliblərSizin icra başçınız - Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov.MN: “Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir”ABŞ-da 8,1 bal zəlzələ olub, sunami təhlükəsi var - YENİLƏNİBYeni smartfon sahiblərinin 40%-i 5G-ni daim söndürülmüş vəziyyətdə saxlayırHava şəraitinin küləkli olması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətiBakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək -İraqda türk əsgərləri həlak olubMüharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldıDİN-də yeni TƏYİNAT