Bakıda ata qızını zəhərli iynə ilə öldürdü

Bakıda ata qızını zəhərli iynə ilə öldürdü
  • 24-03-2021, 00:20
  • 46 dəfə oxunub
Reklam

Martın 22-də saat 23 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Salamova Gülər Hacı Ağa qızına məxsus meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Xəzər rayon Prokurorluğundan məlumat verilib.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan ilkin araşdırmalarla zərərçəkmiş şəxsin atası 1960-cı il təvəllüdlü Salamov Hacı Ağa Əziz Ağa oğlunun qısqanclıq zəminində Gülər Salamovanın əzələsinə qanunla müəyyən edilən miqdardan artıq narkotik vasitə - heroin vuraraq zəhərləyib qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hacı Ağa Salamov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdürZöhrə Abdullayeva xəstəxanaya yerləşdirildiPrezident İlham Əliyev ulu öndər Heydər Əliyevlə bağlı paylaşım edibErmənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başlayıbMaliyyə Nazirliyi müraciət yayıbYılmaz Vural istefaya göndərildiBakıda sürücü 6 yaşlı uşağı vuraraq hadisə yerindən qaçdıDüzgün idarəçilik hər kəsə başucalığı gətirir ! - Rüstəm Xəlilov.Füzulidə yol infrastrukturunun inkişafı geniş vüsət alıbFüzuli Kərimlinin uğurlarına kölgə salmaq mümkün olmayacaqƏli Həsənovun oğlunun şirkəti məhkəməyə verildi“Taliban”a qoşulan azərbaycanlılar həbs edildiBakının küçə və parklarından birinə Polad Həşimovun adı verildiTəhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələndiBakıda qanunsuz aksiya keçirməyə cəhd edilibÇin peyvəndi vurduranlar Avropa İttifaqına buraxılmayacaq?Bakı metrosunda sərnişindaşımanın maya dəyəri 3 dəfə artıbVətən müharibəsi qəhrəmanları üçün nəzərdə tutulan güzəşt və imtiyazlar genişləndirilirMarsda yeni vulkan püskürmələrinin izləri aşkarlandıPREZİDENTİN ETİMADINI DOĞRULDAN İCRA BAŞÇISI - SÜLEYMAN MİKAYILOVRafiq Quliyev Xətai sakinlərinin etimadını qazanıbQaz Emalı Zavodunun direktoru Aqşin Paşayev gördüyü işlərlə hər kəsə nümunədir.