Azyaşlının ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılır

Azyaşlının ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılır
  • 16-04-2021, 13:49
  • 24 dəfə oxunub
Reklam

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəşid İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Əhməd Quliyevin icraatına verilib.
Qeyd edək ki, hadisə bu il fevral ayında Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verib. Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə evinin qarşısında oynayan 2013-cü il təvəllüdlü, 2-ci sinif şagirdi Nəcəfzadə Kənan Elnur oğlunu vurub. Azyaşlı xəstəxanaya çatdırılsa da, onun dünyasını dəyişdiyi məlum olub.
R.İbrahimova Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdürZöhrə Abdullayeva xəstəxanaya yerləşdirildiPrezident İlham Əliyev ulu öndər Heydər Əliyevlə bağlı paylaşım edibErmənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başlayıbMaliyyə Nazirliyi müraciət yayıbYılmaz Vural istefaya göndərildiBakıda sürücü 6 yaşlı uşağı vuraraq hadisə yerindən qaçdıDüzgün idarəçilik hər kəsə başucalığı gətirir ! - Rüstəm Xəlilov.Füzulidə yol infrastrukturunun inkişafı geniş vüsət alıbFüzuli Kərimlinin uğurlarına kölgə salmaq mümkün olmayacaqƏli Həsənovun oğlunun şirkəti məhkəməyə verildi“Taliban”a qoşulan azərbaycanlılar həbs edildiBakının küçə və parklarından birinə Polad Həşimovun adı verildiTəhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələndiBakıda qanunsuz aksiya keçirməyə cəhd edilibÇin peyvəndi vurduranlar Avropa İttifaqına buraxılmayacaq?Bakı metrosunda sərnişindaşımanın maya dəyəri 3 dəfə artıbVətən müharibəsi qəhrəmanları üçün nəzərdə tutulan güzəşt və imtiyazlar genişləndirilirMarsda yeni vulkan püskürmələrinin izləri aşkarlandıPREZİDENTİN ETİMADINI DOĞRULDAN İCRA BAŞÇISI - SÜLEYMAN MİKAYILOVRafiq Quliyev Xətai sakinlərinin etimadını qazanıbQaz Emalı Zavodunun direktoru Aqşin Paşayev gördüyü işlərlə hər kəsə nümunədir.