Bu gün tam əminliklə deyə bilərik ki, Şahin Məmmədov Masallı rayon sakinlərinin etimadını qazanıb.

Bu gün tam əminliklə deyə bilərik ki, Şahin Məmmədov Masallı rayon sakinlərinin etimadını qazanıb.
  • 16-04-2021, 00:00
  • 253 dəfə oxunub
Reklam

Bu gün respublikamızın şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq işləri Masallı rayonunda da özünü qabarıq şəkildə büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən əsas məqamlardır. Son illər Masallı rayonunun sosial-iqtisadi həyatında çox böyük müsbət dəyişikliklər baş vermişdir. Ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət proqramları Masallı rayonunda İcra hakimiyyətinin başçısı Şahin Məmmədov tərəfindən uğurla icra olunur.

Mübaliğəsiz demək olar ki, bu istiqamətdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov rayonun inkişafı üçün uğurlu nəticələr əldə etmək istiqamətində apardığı məqsədyönlü siyasəti və planlı işi örnək ola bilər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təbirincə desək, “əsas amal-dövlət məmuru öz xalqına xidmət etməli, ona etimad göstərilən vəzifəni layiqincə doğrultmaqdır”.

Masallı rayonu Azərbaycan Respublikasının dövlətçilik tarixində hər zaman xüsusi yeri və çəkisi olan rayonlardan biri olub.

Buna müxtəlif amillər səbəb olub ki, bu amillər içərisində ən əsası, adı çəkilən rayonunun dövlətçiliyimizin qorunub saxlanılması yöndə oynadığı rol, buraxdığı silinməz izlərin varlığıdır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov həmişə konkret işə üstünlük verir və verdiyi tapşırığa daim nəzarət edir. Bu iş prinsipi isə onun şəxsi təcrübəsindən qaynaqlanır. Rayon icra hakimiyyəti başçısının böyük təcrübə əldə etməsi, insanlarla sıx ünsiyyəti bu gün öz bəhrəsini verir. Rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş hesabat yığıncaqları, eləcə də müxtəlif onlayn tədbirlərdə israrla müxtəlif sahələrin cavabdeh şəxslərinin qarşısında qoyduğu, qaldırdığı məsələlərin həllini, nəticəsini tələb etməsi öz işinə məsuliyyətlə yanaşdığını, vəzifə borcunu layiqincə yerinə yetirdiyini aydın nəzərə çarpdırır. Dövlət başçısı, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, böyuk idarəçilik təcrübəsinə malik cənab İlham Əliyev yerli icra orqanları rəhbərlərinin öz vəzifə borclarını yerinə yetirməli olduqlarını, onların insanlara arxa, dayaq durmalarını dəfələrlə qeyd etdiyini bildirərək demişdir: “Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət”.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sözlərini, fikirlərini işində rəhbər tutan rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov üzərinə düşən vəzifənin məsuliyyətini düzgün qiymətləndirməklə öz fəaliyyətini dövlət başçısının yürütdüyü çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa nail olmuşdur.

Xüsusilə, rayonun həyatında böyük uğurlar əldə edilmiş, uzun müddət yığılıb qalmış problemlər həllini tapmış, hazırda isə bu tendensiya davam etməkdədir. Odur ki, görülən işlər konkret və ünvanlıdır. Bu gün dövlət siyasətinin mərkəzində dayanan Azərbaycan vətəndaşının həyat şəraitini yaxşılaşdırmağa, onların sosial-məişət problemlərinin həllində insanlarla sıx ünsiyyətə böyuk önəm verilir.

Rayonda ötən müddət ərzində digər sahələrlə yanaşı, abadlıq-quruculuq işləri də geniş vüsət almış, küçələr, parklar, məhəllələr gözəlliyə qərq olmuş, insanların asudə vaxtlarının səmərəli keçməsi üçün hər cür şərait yaradılmışdır. Ölkəmizdə qazanılmış bütün nailiyyətlərdə, şübhəsiz ki, şəhər və rayonların, kənd və qəsəbələrin ayrılıqda özünəməxsus payı vardır. Bu yüksəlişə paytaxtın Masallı rayonu da öz layiqli töhfələrini verməkdədir. Rayon rəhbərliyi Şahin Məmmədov dövlət başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrini fəaliyyət proqramı kimi götürmüş, qarşıya qoyulmuş sosial-iqtisadi vəzifələri, o cümlədən quruculuq-abadlıq layihələrini həyata keçirmək istiqamətində böyük addımlar atmışdır. Görülən işlərin fonunda inamla demək olar ki, Masallı rayonu, sözün əsl mənasında, işıqlı yoldadır və rayonun gələcək uğurlu inkişaf perspektivlərinə nikbinlik yaradır. Dövlət başçısının birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər rayonda mühüm obyektlərin inşası uğurla başa çatdırılmış, bəzilərində isə işlər davam etdirilir. Əldə olunan nailiyyətlər sakinlərdə dövlət və dövlətçiliyə, möhtərəm Prezidentimizə, rayon rəhbərliyinə olan inamı, etimadı daha da artırır.

Bu gün Masallı rayonu inkişafın yüksək mərhələsindədir. Ən əsas cəhət odur ki, bu rayonda sağlam mənəvi-psixoloji mühit mövcuddur. Rayon rəhbəri Şahin Məmmədovun tələbkarlığı, idarəçilik təcrübəsi bu rayonun uğurlu gələcəyindən xəbər verir. Odur ki, rayon sakinləri buradakı inkişafı, yüksəlişi ölkə Prezidenti cənab İlham Əliyevin gündəlik qayğısı ilə bağlayır, ölkə rəhbərinin apardığı daxili və xarici siyasət xəttini ürəkdən bəyənirlər.

Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov rayonun bütün sakinləri ilə tez-tez onlayn video qəbul formatında görüşlər keçirir. Həmçinin qəbulda rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri də onlayn iştirak edirlər. Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Masallı Rayon İcra Hakimiyyətinin başçısıŞahin Məmmədov, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Respublika Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarətində olduğunu xüsusi vurğulayaraq, onları narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilir, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar Şahin müəllim tərəfindən verilir.


Bu gün tam əminliklə deyə bilərik ki, Şahin Məmmədov Masallı rayon sakinlərinin etimadını qazanıb.


Bildiyimiz kimi cənub zonası, elə Masallı rayonunun mərd oğulları hər zaman istər I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində ön cəbhədə və arxa cəbhədə çox fəallıq göstərmişlər. I Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində, İyul savaşlarında, o cümlədən Vətən müharibəsində yüzlərlə mərd oğullar şəhidlik zirvəsinə yüksəlmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov Vətən müharibəsində həlak olmuş şəhidlərin məzarlarını tez-tez ziyarət edir, şəhid ailələri ilə görüşür, onları narahat edən sosial problemləri dinləmiş və həlli istiqamətində müvafiq tapşırıqlar verir.
Həmçinin qazi ailələrinə də baş çəkən Şahin Məmmədov bildirir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
Şahin Məmmədov tərəfindən tez-tez baş çəkilən, şəhid, qazi evlərinə həmçinin ərzaq yardımları da göstərilir.

Qeyd etmək istərdik ki, Vətən müharibəsi dövründə Masallı rayonda hər bir şəhid ailəsinə, qazisinə hətta hazırda hərbi xidmətdə olanların ailələrinə belə lazımı yardımlar göstərilir və bu dəstək bu gündə davam etməkdədir.


Bu gün tam əminliklə deyə bilərik ki, Şahin Məmmədov Masallı rayon sakinlərinin etimadını qazanıb.


Həmçinin Masallıda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri də davam etməkdədir. Rayon icra hakimiyyəti başçısı Şahin Məmmədovun tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə və ticarət obyektlərində koronavirusla bağlı tez-tez reydlər keçirilir. Masallıda vaksinasiya prosesi uğurla davam edir. Masallı rayonu üzrə ümumilikdə 34600 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 8057 nəfəri 65 yaşdan yuxarı, 20523 nəfəri 50-65 yaş arası, 4127 nəfəri 40-50 yaş arası və 1897 nəfəri isə 40 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.

Bu gün tam əminliklə deyə bilərik ki, Şahin Məmmədov Masallı rayon sakinlərinin etimadını qazanıb.


Masallı RİH-in internet saytı , elektron poçt ünvanı, facebook, instagram, twitter səhifələri, “Qaynar xətt” telefonu fasiləsiz fəaliyyət göstərmiş, yerlərdə quraşdırılmış “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilmiş, elektron poçt ünvanına daxil olmuş 200 dən çox elektron məktub cavablandırılmışdır.

Bir sözlə, rayonda əldə olunan nailiyyətlər, qazanılan uğurlar sakinlərdə dövlət və dövlətçiliyə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, rayon rəhbərliyinə olan inamı, etimadı daha da artırır.

Atalar yaxşı deyiblər ki, görünən dağa bələdçi lazım deyil. Həqiqətən də Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun gördüyü işləri sadalamaqla bitmir.Ona etibar edilən bütün postlarda Şahin Məmmədov özünü doğruldub. Bizdə "İqtisad.Org" xəbər portalı olaraq hörmətli Şahin Məmmədova və operativ kollektivinə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Daşkəsən Rayon Dövlət Yol Polis Bölməsinə yeni təyinat olub“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana bu gün gətiriləcək - YENİLƏNİBQırğız Respublikası və Tacikistan atəşkəs barədə razılığa gəliblərPrezident İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıbAzərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili barədə yeni qərarMövlud Çavuşoğlu: “Azad Rəhimovun vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladım”Elnur Məmmədli: "Azad Rəhimov evdən yox, eldən getdi" - XATİRƏLƏR"Polisəm" deyib qadınları şantaj edən kişi saxlanılıb“Google”da “Bayraktar TB2” barədə məlumatları ən çox ermənilər axtarırMüəllimlərin iş yerinin dəyişdirilməsinə başlanılırDTX rəisi Gürcüstanda rəsmi səfərdə olubXİN-də struktur dəyişikliyi olub, nazir müavininin səlahiyyətləri artırılıb - EKSKLÜZİVDYP sürücülərə müraciət edibLerikdəki qətlin üstü hələ açılmayıb - RƏSMİAbşeronda toy keçirilən restoran sahibi və 65 nəfər cərimələnibAlimpaşa Məmmədov 3 milyon manatlıq şirkəti öz oğluna 40 manata satıbAlimpaşa Məmmədovun mənimsədiyi vəsaitlər açıqlanıbŞəmkirin sabiq icra başçısı Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunurHindistanda rekord sayda COVID-19 xəstəsi aşkarlanıbMəktəb direktoru koronavirusdan vəfat edibAAYDA-nın zavodunda fəhlə faciəvi şəkildə ölübDTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yaydı