Ağdam Yol İstismar İdarəsinin rəisi Faiq Əliyev öhdəsinə düşən bütün işləri layiqincə yerinə yetirir.

Ağdam Yol İstismar İdarəsinin rəisi Faiq Əliyev  öhdəsinə düşən bütün işləri layiqincə yerinə yetirir.
  • 20-04-2021, 00:00
  • 84 dəfə oxunub
Reklam

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə infrastruktur imkanları getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra həyatın bütün sahələrində olduğu kimi, nəqliyyat-yol sektorunun fəaliyyətində də tənəzzülə son qoyuldu. Ulu öndərin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri də məhz yol təsərrüfatının inkişafına göstərilən diqqət və qayğının parlaq təzahürü idi.


AAYDA Ağdam Yol İstismar İdarəsinin rəisi Faiq Əliyev uğurlu xidmətləri sayəsində onların Ağdam rayonunda iş apardığı küçələr, yollar əsaslı şəkildə təmir olunub. İdarə üçün əsas hədəf sakinlərin, qonaqların rahat hərəkəti üçün yolların bərpasıdır. Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Eləcə də Ağdam Yol İstismar İdarəsinin rəisi Faiq Əliyev da bunu əsas tutaraq gördüyü işləri mükəmməl şəkildə icra edir. Onun sayəsində yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.Ağdam Yol İstismar İdarəsinin rəsi Faiq Əliyevin uğurlu xidmətləri sayəsində Ağdam rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub.
Bu gün Faiq müəllim var gücü ilə çalışır ki, yol sarıdan insanların problemi olmasın. Ağdamda hamıya məlumdur ki,Faiq Əliyevin güclü idarəetmə bacarığı sayəsində Ağdam Yol İstismar İdarəsi qısa vaxt ərzində böyük uğurlara imza atıb.

Faiq Əliyev hər zaman dövlətə - dövlətçiliyə, xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir . Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir. Faiq Əliyevin həyat səlnaməsinə nəzər salanda görürük ki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır.

İşğaldan azad edilən Ağdam şəhərinə yeni yol çəkilir.

Hazırda yeni asfalt yolun tam bərpa olunması istiqamətində işlər görülür.

Öz zəngin və səmərəli işi ilə ilk gündən ağdamlıların dərin hörmətini və rəğbətini qazanmış Faiq müəllimin gördüyü işlərdən çox danışmaq, çox yazmaq olar. Buna o qədər də ehtiyac yoxdur.Ağdama gələnlər bunun əyani şahidi olur, reallıq olduğunu görürlər. Bir şeyi də qeyd edim ki,Faiq Əliyevin nə mənim, nə də başqalarının tərifinə ehtiyacı yoxdur. Sadəcə olaraq onun gördüyü bütün işlər özlüyündə tərifə layiqdir.

Ona etibar edilən bütün işlərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağdam Yol İstismar İdarəsinin rəisi Faiq Əliyev özünü doğruldub. Bizdə "İqtisad.Org" müstəqil xəbər portalı olaraq hörmətli Faiq müəllimə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Daşkəsən Rayon Dövlət Yol Polis Bölməsinə yeni təyinat olub“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana bu gün gətiriləcək - YENİLƏNİBQırğız Respublikası və Tacikistan atəşkəs barədə razılığa gəliblərPrezident İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıbAzərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili barədə yeni qərarMövlud Çavuşoğlu: “Azad Rəhimovun vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladım”Elnur Məmmədli: "Azad Rəhimov evdən yox, eldən getdi" - XATİRƏLƏR"Polisəm" deyib qadınları şantaj edən kişi saxlanılıb“Google”da “Bayraktar TB2” barədə məlumatları ən çox ermənilər axtarırMüəllimlərin iş yerinin dəyişdirilməsinə başlanılırDTX rəisi Gürcüstanda rəsmi səfərdə olubXİN-də struktur dəyişikliyi olub, nazir müavininin səlahiyyətləri artırılıb - EKSKLÜZİVDYP sürücülərə müraciət edibLerikdəki qətlin üstü hələ açılmayıb - RƏSMİAbşeronda toy keçirilən restoran sahibi və 65 nəfər cərimələnibAlimpaşa Məmmədov 3 milyon manatlıq şirkəti öz oğluna 40 manata satıbAlimpaşa Məmmədovun mənimsədiyi vəsaitlər açıqlanıbŞəmkirin sabiq icra başçısı Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunurHindistanda rekord sayda COVID-19 xəstəsi aşkarlanıbMəktəb direktoru koronavirusdan vəfat edibAAYDA-nın zavodunda fəhlə faciəvi şəkildə ölübDTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yaydı