Uğurlarına kölgə salmaq mümkün olmayan bir şəxsiyyət - SALEH Məmmədov

Uğurlarına kölgə salmaq mümkün olmayan bir şəxsiyyət - SALEH Məmmədov
  • 21-04-2021, 00:00
  • 75 dəfə oxunub
Reklam

Bugünkü yaşadığımız cəmiyyət hər kəs üçündür, ona görə də, gənclər, orta nəslin nümayəndələri, ahıllar və digər yaş həddində olanlar, ictimai həyatımızda baş verən inkişaf proseslərində yaxından iştirak etməlidirlər. Belə bir proseslərdə həmçinin ali düşüncəli olan şəxsiyyətlərin həyat təcrübəsindən, onların bilik və bacarıqlarından bəhrələnmək, nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək və s. kimi addımları atmaq olduqca əhəmiyyət kəsb edir.
Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.
Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, əməkdar mühəndis Saleh Məmmədov bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, əməkdar mühəndis Saleh Məmmədov öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Saleh müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir.Saleh Məmmədovu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Bəli, bu gün o, olduqca ölkəmiz üçün hər tərəfli strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edir, yorulmadan çalışır, zəhmət çəkir və o, böyük Allah-Təalanın bəxş etdiyi ömür yollarında silinməz izlər də buraxır. Bir anlığa diqqət yetirək ki, indiyə kimi Avtomobil Yolları Dövlət Agentliyinə aid sahələrdə nə kimi yeniliklər əldə olunub, bu gün də hansı yeniliklər əldə olunmaqdadır. Çox dəyişikliklər, çox irəliləyiş görərik. Hər kəsə bəllidir ki, Saleh Məmmədov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub.

O da hər kəsə bəllidir ki, AAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, əməkdar mühəndis Saleh Məmmədo , yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması, məhz Saleh Məmmədov hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini də göstərir. Saleh Məmmədov ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Saleh Məmmədov əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.

S.Ə.Məmmədov əmək fəaliyyətinə 06.08.1980-15.10.1980-ci illərdə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlamışdır.

1980-1982-ci illərdə Sovet Ordusu silahlı qüvvələri sıralarında hərbi xidmət etdikdən sonra 1982-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki İnventar Bürosunda mühəndis kimi fəaliyyətini davam etdirmişdir.

O, 1982-1991-ci illərdə “Yoltəmirtikinti” Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis və rəis, 1991-1993-cü illərdə “Azərneft” Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsində rəis, 1994-1995-ci illərdə “Azkommunkomplekttexnika ” İstehsalat Birliyində rəis vəzifələrində işləmişdir.

1995-2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2003-2015-ci illərdə Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, 2007-ci ilin fevralında “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqadar “Azəryolservis” ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işləmişdir.

2015-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsini bitirmişdir.

S.Ə. Məmmədov 19.02. 2015-ci il tarixdən “Azəryolservis” ASC sədrinin birinci müavini təyin edilmiş və “Azəryolservis” ASC sədrinin vəzifəsi ona həvalə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə S.Ə. Məmmədov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.

S.Ə. Məmmədovun rəhbərliyi ilə tikintisi başa çatdırılmış və Azərbacan Respublikası Prezidentinin iştirakı ilə 2015-ci il sentyabrın 17-də Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində bu yolun Ağsu-Kürdəmir hissəsi, oktyabrın 6-da yenidən qurulan Göyçay-Ucar avtomobil yolu nəqliyyatın hərəkəti üçün açılmışdır.

Saleh müəllim 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işlədiyi dövrdə respublikanın ümumi istifadədə olan Beynəlxalq əhəmiyyətli (E-119, AH-8), M-1, M-4 və M-2 magistiral avtomobil yollarının böyük bir hissəsinin istismarı, həmçinin yerli əhəmiyyətli yollarının 100 km uzunluqda hissəsinin istismarı işlərinə rəhbərlik etmişdir. Onun fədakar əməyi və bir bacarıqlı mühəndis kimi verdiyi təkliflər nəticəsində 1 saylı Yol İstismar İdarəsinin xidmət göstərdiyi avtomobil yollarında nəqliyyatın hərəkətinin təhlükəsizliyi təmin olunmuşdur. Bunun nəticəsində yol-nəqliyyat hadisələrinin sayı azalmış və respublika iqtisadiyyatına gəlir gətirmiş, həmçinin yollarda sərnişinlərin rahatlılığı və təhlükəsizliyi təmin olunmuşdur.

Saleh Məmmədovun əməyi Azərbacan Respublikası Prezidenti tərəfindən yüksək qiymətləndirilib. O, Respublika Prezidentinin 22.09. 2010-cu il tarixli 744 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş və ona Azərbaycan Respublikası Prezidentinin 10.04. 2012 ci il tarixli 2151 nömrəli Sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adı verilmişdir.

Biz də "İqtisad.Org" xəbər portalı olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, əməkdar mühəndis Saleh Məmmədova uğurlar arzu edir, işlərində hər zaman daim belə nəaliyyətlər diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 40 dərəcə isti olacaqElşad Hacıyev: "DİN ailə-məişət zəminində daxil olan bütün müraciətləri nəzarətə götürür"Baş Prokurorluq Yeganə Əmiraslanovanın saxlanılması xəbərlərinə münasibət bildiribMüdafiə Nazirliyi kadr dəyişiklikləri barədə məlumatlara aydınlıq gətiribMN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"Yardımlı meşəsində yanğın başlayıbAğstafada yol tikintisinə 2,2 milyon manat ayrılıbAzərbaycana 20 ölkənin vətəndaşlarının giriş-çıxışına icazə verilib - SİYAHIBakıda saxta COVID-19 pasportu verən tibb işçiləri istintaqa cəlb edilibİntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib - SİYAHIGürcüstan azərbaycanlıları “ov” və “yev” soyad sonluqlarından imtina edirBakıda 38 dərəcə isti olacaqAzərbaycanlılara işgəncə verən erməni cinayətkarlar 20 il müddətinə azadlıqdan məhrum ediliblərSizin icra başçınız - Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov.MN: “Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir”ABŞ-da 8,1 bal zəlzələ olub, sunami təhlükəsi var - YENİLƏNİBYeni smartfon sahiblərinin 40%-i 5G-ni daim söndürülmüş vəziyyətdə saxlayırHava şəraitinin küləkli olması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətiBakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək -İraqda türk əsgərləri həlak olubMüharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldıDİN-də yeni TƏYİNAT